Məhkəmə qərarları › İş №2(103)-8754/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8754/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8754/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanovanın və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Bahar Dünyamalıyevanın iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə iddia ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılmalı deyil. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Müəyyən olunur ki, cavabdehlərin heç biri Xəzər rayonunun ərazisində qeydiyyada deyil. Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də qərardad qanuna uyğundur. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə tələblərə Mülki-Prosessual Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş müstəsna aidiyyət qaydası tətbiq edilmir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar