Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8761/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Rauf Əzimovun, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh Fərəməz oğlu və “Sədərək” firmasına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 51.789 manat, faiz borcu kimi 4.113.47 manat, cəmi 55.852,47 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 51.318,78 manat, cərimə kimi 200 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu (əldə çıxmış fayda) kimi 500 manat, cəmi 57.166,85 manat Cavabdeh iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. İddiaçı ASC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilərək iddia qismən təmin olunsun, Cavabdeh iddiaçının xeyrinə 24.000 manat kredit borcu tutulsun. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı ASC-nin nümayəndəsi Ruaf Əzimov iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu, Cavabdeh isə özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh “Sədərək” firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.03.2014-cü il tarixli, 260 nömrəli kredit müqaviləsinə görə iddiaçı cavabdehə 57.000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit 36 ay müddətinə verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 18 faiz müəyyən olunmuşdur. Təqdim edilmiş sübutlardan, o cümlədən məhkəmə-mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, Cavabdeh iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu vardır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh həmin məbləğdə pul tutmaqla düzgün nəticəyə gəlmişdir. O cümlədən birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin cavabdeh “Sədərək” firmasına münasibətdə rədd etmişdir. Belə ki, iddiaçı həmin firmanı “zamin” kimi təqdim etsə də yazılı formada zaminlik müqaviləsi bağlanmayıb. Mülki Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8761/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8761/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver