Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8764/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(006)-787/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 (otuz min) manat, X7 10.000 (on min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 manatın iddianın təmin olunan hissəsinə nisbətdə cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ələkbərova X2 Bəylər Nəriman oğluna və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-1942 nömrəsi ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin və 16 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-2213 nömrəsi ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinə Əlavə Sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 16.08.2019-cu ildə X1 ilə (bundan sonra cavabdeh) Bakı şəhəri, A.D.Qurbanov küçəsində yerləşən cavabdehə məxsus 43 saylı evin ilkin alqı-satqısına dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən ilkin olaraq 15000 (on beş min) manat, daha sonra isə 5000 (beş min) manat ödəmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən alqı-satqı bir ay ərzində rəsmiləşdirilməli idi. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Müqavilənin 4.3-cü maddəsinə əsasən müqavilənin rəsmiləşdirilmədiyi halda cavabdeh aldığı pulu geri qaytarmaqla yanaşı, 10000 manat kompensasiya ödəməlidir. 16.09.2019-cu ildə ilkin müqavilənin 2.2-ci maddəsinə əlavə edilmişdir. Əlavədə 15000 manatın satıcının depozit hesabına ödənildiyi göstərilmişdir. Artıq bir ildir ki, cavabdeh müqavilə şərtlərinə əməl etmir və ödədiyi 20000 manat puldan qanunsuz olaraq faydalanır. Eyni zamanda evi satmaqdan imtina edir. Başqa sözlə müqavilənin şərtlərinə əməl etmir. Cavabdeh evi başqasına artıq qiymətə satdıqdan sonra onun pulunu qaytaracağını bildirir. Hansı ki, evin nə vaxt satılacağı məlum deyil. Digər tərəfdən cavabdehin pulu qaytaracağı ehtimaldır. 16.08.2019-cu il tarixli müqavilənin ilkin alqı-satqı müqaviləsi və ya beh müqaviləsi olmasından asılı olmayaraq, cavabdehlər tərəfindən iddiaçıya ziyan vurulmuşdur və bunun məsuliyyəti cavabdehlərin üzərinə düşür. Tərəflər arasındakı müqavilə beh məqsədi daşıdığından və alqı-satqı onların təqsiri ucbatından baş tutmadığından 30000 manat Cavabdeh, 10000 manat isə Fuad Ələkbərovdan alınıb ona ödənilməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 43 paylı mülkiyyət hüququ əsasında Cavabdeh, X19, X14, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və X12 məxsusdur. Həmin evdə onların hərəsinin 1/60 hissə payı vardır. İddiaçılara məxsus ev ayrıca hasar daxilində yerləşmişdir. Sənəd üzrə bir həyət göstərilsə də, faktiki olaraq qonşuların evi bölünmüşdür və hərə ayrıca olaraq öz həyətinə və evinə malikdir. Belə olan halda ayrı-ayrı şəxslərə mənsub evlər bir ünvan kimi qeyd olunur. Hansı ki, bu da, bütün mülkiyyətçilər üçün problem yaradır. Göründüyü kimi, həmin ev köhnə həyət evi olduğu üçün, ünvanı birdir, ona görə də, qonşular da, evin ümumi payçılarıdır. Yəni evin çıxarışında hamı, istər qohumlar, istərsə də, qonşular evin payçılarıdır. Cavabdeh, X19, X14, Aslanova (Ələkbərova) Səbinə Kamal qızı və X12 məxsus ev qonşulara məxsus evlərdən ayrıca hasar və giriş qapısı ilə tam təcrid olunmuşdur. Cavabdeh və övladları evi satmaq qərarına gəldikdə, həmin ərəfədə ev alqı-satqısı ilə məşğul olan X23 bildirmişdir ki, evin satışı ilə məşğul olacaq, hətta alıcı da var. Qısa müddət sonra X32 adlı şəxslə gəlmiş və bildirmişdir ki, bu şəxs (yəni Bəylər) evi almaq istəyir. Cavabdeh oğlu Fuad Ələkbərov bildirmişdir ki, onlar evi mövcud vəziyyətdə 165000 manata satırlar. Vaqif İmanov ona bildirmişdir ki, çıxarışda evin ünvanları bir olduğu üçün sənədləşmə işlərində problem çıxacaq. Belə ki, evin ünvanı ayrılmadan iddiaçılara ayrıca çıxarış alına bilməz. Bunun üçün isə müvafiq sənədləşmə işləri aparılmalıdır. Lakin, evin sənədləşdirilməsi ilə özü məşğul olacaq və noyabr ayında rəsmi alqı-satqı rəsmiləşəcək. Razılıq əldə olunduqdan sonra, Vaqif İmanov 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində Cavabdeh adından öz adına işlərin aparılması üçün etibarnamə almışdır. Aylar keçməsinə baxmayaraq, sənədləşmədən xəbər çıxmadığından X23 ilə əlaqə saxlanılmış, o da, arxayın olmalarını, heç bir narahatçılığa əsas olmadığını bildirərək, alıcının artıq beh verdiyini, yalnız sənədləşmə işlərinin davam etməsini bildirərək, Cavabdehnm oğlu X12 beh olaraq 5000 manat pul vermişdir. Daha sonra danışıqlar Vaqif İmanovun birlikdə işlədiyi Salman adlı şəxsin vasitəsilə olmuşdur. Alıcı tərəfdən isə İlqar adlı şəxs danışıqlar aparırdı. X23 xəstələnib, yataq xəstəsi olduğundan (bu yaxınlarda vəfat etmişdir) İddiaçı adlı şəxs onlarla əlaqə saxlayıb ev üçün beh verdiyini, evin alqı-satqısının nə vaxt baş tutacağını maraqlandıqda Fuad Ələkbərov ona bildirmişdir ki, artıq çox vaxt keçib, aylardır ki evi almır. O, artıq evi 180.000 manata satır. İddiaçı isə ona bildirmişdir ki, evə görə Vaqif İmanova 20.000 manat beh verib və ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bunu eşidən Fuad Ələkbərov ona bildirmişdir ki, onlar Vaqif İmanova evi satmaq üçün yox, sənədləşmə işlərinin aparılması üçün səlahiyyət veriblər və Vaqif İmanov cəmi 5000 manat beh vermişdir, 15000 manatdan xəbəri yoxdur. Aralarında olan söhbətdən narazı qalan İddiaçı məlum olduğu kimi məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, nə Cavabdeh, nə də ki, övladlarının sözügedən ilkin alqı-satqı müqaviləsindən xəbərləri olmayıb. Həmin müqavilənin bağlanması üçün heç Vaqif İmanova səlahiyyət belə verilməmişdir. Digər tərəfdən digər payçılar ola-ola evə dair alqı-satqı necə bir nəfərin adından bağlana bilərdi. Göründüyü kimi açıq-aydın şəkildə qanunsuz olaraq ilkin alqısatqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən X20 verilmiş etibarnamədə yalnız təmsilçilik və sənədləşmə işlərinin aparılması səlahiyyəti verilsə də, notarius verilməyən səlahiyyət əsasında ilkin alqı-satqını həyata keçirmişdir. Yuxarıda qeyd olunanlardan da. görünür ki, İddiaçı pul məbləğlərini məhz Vaqif İmanova vermişdir. Vaqif İmanov tərəfindən isə beh olaraq, cəmi 5000 manat ev sahiblərinə çatdırılmışdır. İddiaçı bu günkü gün pul vermədiyi, danışıq aparmadığı şəxsdən 30030 manat məbləğində pul tələb edir, hansı ki, həmin məbləğin cavabdehə heç bir aidiyyatı yoxdur. Həmin məbləğ S.Ələkbərovuya deyil, müqavilə bağlamağa və müqavilə üzrə pul almağa səlahiyyəti olmayan şəxs Vaqif İmanova verilmişdir. İşə məhkəmədə baxılması zamanı ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, X8 5.000 (beş min) manat aldığını bildirmiş, 10.000 manat iddia tələbindən imtina edərək X13 dair hissəsində mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(006)-787/2021 saylı qərardadı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə icraata cavabdeh X13 münasibətdə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(006)-787/2021 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 15000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsinə əsasən bağlanmış 16 avqust 2019-cu il tarixli Əlavə sazişin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ilkin iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hazırki işdə birinci instansiya məhkəməsinin mövqeyinə görə, faktiki olaraq, şəxs etibarnamə üzrə vermədiyi səlahiyyət üzrə cavabdehlik daşımalıdır. Məhkəmə qətnaməsində mərhum Vaqif İmanovun pis niyyətlə, iddiaçının vermiş olduğu səlahiyyətdən kənara çıxmaqla alqı-satqı müqaviləsini bağlamasını göstərsə də, həmin müqavilənin Bakı şəhəri 14 saylı Notariat Ofisində hansı əsasla təsdiqlənməsinə münasibət bildirilməmişdir. Əksinə qətnamədə qeyd etmişdir ki, “məhkəmə Cavabdeh düşdüyü zərərin X15 vərəsələrindən tələb etmək hüququna malik olduğunu izah edir.” Həmin izah da, onunla əsaslandırılmışdır ki, “X23 ona etibar edilən səlahiyyətləri aşmaqla ilkin alqı-satqı müqaviləsini bağlamışdır. Yəni, vicdanla həyata keçirməli olduğu vəkalət verənin tapşırığını müvafiq şərtlərə uyğun icra etməmişdir. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə (Cavabdeh) dəymiş zərər üçün o, məsuliyyət daşıyır.” Qeyd edilməlidir ki, Cavabdeh X20 yalnız sənədləşdirmə işləri aparmaq üçün etibarnamə vermişdir. Əgər həqiqətən də, həmin etibarnamədə bütün səlahiyyətlər verilsəydi, onda məhkəmənin mövqeyi ədalətli və qanuni olardı. Çünki, həmin vaxt söhbət ancaq X18 Ələkbərovaya qarşı etmiş olduğu pis niyyətdən, yaxud, etibarından sui istifadədən gedərdi. Yəni, Cavabdeh ümumiyyətlə hər hansı müqavilənin bağlanmasından və pul məbləğinin alınmasından məlumatı olmamış, qeyd edilənlərə dair Vaqif İmanova heç bir səlahiyyət verməmişdir. Hazırki işin mübahisəsiz halı odur ki, Cavabdeh Vaqif İmanova vermədiyi səlahiyyət üzrə, ilkin alqısatqı müqaviləsi bağlanmış və pul məbləği götürülmüşdür. Hansı ki, həmin səlahiyyətlərin heç biri etibarnamə ilə ona verilməmişdir. Hazırki iş üzrə zərər dəymiş İddiaçı əslində 14 saylı Notariat Ofisinin hərəkətləri nəticəsində zərər çəkmişdir. Çünki, həmin notariat ofisi müvafiq alqı-satqı müqaviləsini təsdiq etməsəydi, ona zərər dəyməyəcəkdi. Məhkəmə isə işi obyektiv araşdırmayaraq, düzgün olmayan nəticəyə gələrək, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış qarşılıqlı iddia tələbi üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilkin iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/60 hissəsi Ələkbərova X6 adına daşınmaz əmlakın dövlət reyestrində 06.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən 09.08.2019-cu il tarixdə 7E-4849 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ 841115 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh həmin etibarnamə ilə onu bütün idarə, təşkilatlarda təmsil etməyi, adından ərizə ilə müraciət etməyi, əvəzinə bütün növ sənədləşdirmə işlərini aparmağı, lazımi sənədləri imzalamağı, sənədləri toplamağı, təqdim etməyi, ona çatası sənədləri, arayışları, dublikatları almağı, buna dair imza etməyi, bütün növ daşınmaz əmlaklarla əlaqədar özəlləşdirmə işlərini aparmağı, torpaq sahəsi üzərində tikinti işləri aparmağı, tikintini müvafiq dövlət orqanları ilə aparmağı, layihələndirməyi, texniki şərtin alınmasını, torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi, müvafiq icra, bələdiyyə, məhkəmə orqanlarını torpaq şöbələrindən ərazi və inzibati nümayəndəlikləri, Milli Arxivdən, digər arxiv orqanlarından, qeydiyyat şöbələrindən ona çatası arayışları, dublikatları, şəhadətnamələri, təkrar şəhadətnamələri, akt qeydlərindən çıxarışları, aktları, qərarları, sərəncamları, “Torpaq sahəsinin planı və ölçüsü"nü, şəhadətnamələri, akt qeydlərindən çıxarışları və digər lazımi sənədləri almağı, buna dair imza etməyi, bütün ASAN Xidmət Mərkəzlərində, Notariat ofislərində əvəzindən iştirak etməyi, adından ərizələr verməyi, bölgü sxemlərini imzalamağı, vərəsəlik işini icra etməyi, miras payın qəbuluna dair vərəsəlik ərizəsini, o cümlədən vərəsəlik işi ilə əlaqədar bütün növ sənədləri imzalamağı, lazımi sənədləri notariat ofisinə təqdim etməyi, ona çatası vərəsəlik şəhadətnaməsini almağı, buna dair imza etməyi toplanmış sənədləri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in müvafiq Əİ-nə təqdim edib ona çatası çıxarışları (və ya vahid çıxarışları), texniki pasportları, yüklülük arayışları almağı, buna dair imza etməyi, bütün polis, prokurorluq, istintaq orqanlarında, icra və probasiya şöbələrində təmsil etməyi, adından ərizə verməyi, sənədləri təqdim etməyi və almağı, lazımi sənədləri imzalamağı, vəkillə müqavilə bağlamağı, o cümlədən qaz, işıq, su və rabitə (telefon) xətlərinin çəkilməsi, lahiyələndirilməsi, texniki şərtin alınması, bununla əlaqədar müqavilələr bağlanması, adından ərizələr verilməsi, lazımi sənədlərin imzalanması, qaz, su, işıq sayğaclarının və rabitə avadanlıqlarının quraşdırılması, rüsumların ödənilməsi, ona çatası müqavilələrin, qaz, su, işıq kartlarının, abonent (abunə) kodlarının, telefon nömrələrinin alınması, buna dair imza edilməsi, əvəzinə bütün növ kommunal ödənişlərin ödənilməsi ilə əlaqədar Asan Kommunal Mərkəzlərində, İşıq, Qaz, Su İdarələrində, Telefon və Rabitə qovşaqlarında, "xxxx" ASC-də, Azərbaycan Dövlət Neft Şirkətinin “X11”ndə, "xxxx" ASC-də, “X9”-ndə təmsil etməyi və digər bütün hərəkətləri yerinə yetirməyi əlaqədar digər hərəkətləri etməyi 1 il müddətinə 09.08.2020-ci il tarixədək X20,etibar etmişdir. İş materiallarında olan Cavabdeh əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində 09.08.2019-cu il tarixdə 4849 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə əsasında nümayəndəsi X23 ilə İddiaçı arasında bağlanılmış 16.08.2019-cu il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən alıcı əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 15.000 (on beş min) manatını “Satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, qalan pul məbləğini isə bir ay ərzində rəsmiləşdiriləcək əsas alqı-satqı müqaviləsi zamanı ödəməyi, “Satıcı” istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində birinci tərəfin istifadəsində olan 120 kv.m.-dən ibarət torpaq sahəsini və üzərində inşa edilmiş 16.7 kv.m.-dən ibarət evi bu müqavilə bağlandığı andan İddiaçı 1 ay müddətinə təhvil verməyi, həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. Əmlakın qiyməti 175.000 (yüz yetmiş beş min) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, tərəflərin üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa “Satıcı” “Alıcı”dan aldıqları vəsaiti və bundan başqa əlavə olaraq 10000 manat kompensasiyanı geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. İş materiallarında olan X23 ilə İddiaçı arasında bağlanmış 16.08.2019-cu il tarixli 3M/1942 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə 16.09.2019-cu il tarixli Əlavə Sazişdən görünür ki, “Alıcı” əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 15.000 (on beş min) manatını “Satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, Alıcı qalan pul məbləğini isə 16.10.2019-cu il tarixinə qədər rəsmiləşdiriləcək əsas alqı-satqı müqaviləsi zamanı ödəməyi öz öhdəsinə götürmüşdür” Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən X16 bildirmişdir ki, o, əvvəllər Bəylərlə bir yerdə işləyirdi. Vaqif ona bir ev təklif etmiş, o, həmin evi Bəylərə təklif etmişdir. Ev 160.000 manata təklif olunurdu. Evi bəyəndikdən sonra 14 saylı notarisuda Vaqiflə Bəylər arasında müqavilə bağlanmışdır. Bəylərlə Vaqifi söhbət edərkən görmüşdür. 5000 manatın Fuada çatdırılmasını bilirdi. Noyabra kimi evin pulunu çatdırmasına dair söz vermişdi. Müqaviləyə görə ödənilmiş 15.000 manatı Vaqif götürmüş, bu pula görə sənədləşmə işlərini aparmağa söz vermişdi. 5.000 manatın Fuada ilkin olaraq verildiyini bilirdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən X17 bildirmişdir ki, Vaqifin kubinkadakı evlərin satışı ilə məşğul olduğunu, bu evin 160.000 manata satıldığını da bilirdi. Vaqif ilə Bəylər arasında ev ilə bağlı danışıqlar oldu. Vaqif sənədləşmə işlərini 15.000 manata həll edəcəyinə vəd vermişdi. 5.000 manatın Fuada ilkin olaraq verildiyini bilirdi. Notariusda olmamışdır. 15.000 manat məbləğində pulun sənədləşmə işlərinə görə Vaqifə verildiyi barədə məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi ilkin iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, həqiqətən də Cavabdeh X20 verdiyi etibarnamədə etibar edənə məxsus əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq səlahiyyətlərinin etibar edilənə verilməsi göstərilmir. Həmin etibarnamə ilə qarşılıqlı iddia üzrə iddiaçı etibar edilənə yalnız onun mülkiyyətində olan əmlak ilə əlaqədar bütün növ sənədləşmə işlərini həyata keçirməklə bağlı səlahiyyət vermişdir. Etibarnamədə göstərilən səlahiyyətlərdən hər hansı biri X20 Cavabdeh adından alqı-satqı müqaviləsini bağlaması və ya digər şəkildə ona məxsus əmlaka dair sərəncam verməsini mümkün etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, X23 faktiki olaraq iddiaçının adından müqavilə bağlayan zaman ona verilmiş səlahiyyətlərdən kənara çıxmışdır. Digər tərəfdən işin hər hansı bir halı ilə təsdiq olunmur ki, Cavabdeh müqavilənin bağlanmasından məlumatı olmuş, şəxsən müqavilənin bağlanmasında iştirak etmiş və əgər belə müqavilənin bağlanması zəruri idisə, şəxsən özü belə müqaviləni bağlamaq və müqavilənin şərtlərini razılaşdırmaq imkanından məhrum olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, mərhum X23 pis niyyətlə, iddiaçının vermiş olduğu səlahiyyətdən kənara çıxmaqla, ona etibar edilən səlahiyyətləri aşmaqla alqı-satqı müqaviləsini bağlamışdır. Cavabdeh X20 etibarnamə verməklə onunla birlikdə tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişdir. Yəni vicdanla həyata keçirməli olduğu vəkalət verənin tapşırığını müvafiq şərtlərə uyğun icra etməmişdir. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə (Cavabdeh) dəymiş zərər üçün o, məsuliyyət daşıyır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh düşdüyü zərərin X15 vərəsələrindən tələb etmək hüququna malik olduğunu izah etmişdir. Məhkəmə hesab etmişdir ki, 16.08.2019-cu il tarixli mədaxil orderinə əsasən İddiaçı tərəfindən 16.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 15.000 manat məbləğində pul notariusun depozitinə köçürülmüşdür, ona görə də Cavabdeh real ödənilmiş 15000 manat məbləğində pul tutulmalıdır. Kollegiyanın qənaətinə görə, Cavabdeh ilə mərhum X23 arasındakı hazırki mübahisə ilə bağlı məsələ tapşırıq müqaviləsinin müddəaları əsasında qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinin tələblərinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Halbuki, Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən 09.08.2019-cu il tarixdə 7E-4849 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ 841115 nömrəli etibarnamədən görünür ki, Cavabdeh mərhum X20 öz əmlakı barəsində sərəncam vermək, əmlakının alqı-satqısını həyata keçirmək kimi səlahiyyətləri verməmiş, bu barədə tapşırığı icra etmək X15 öhdəsinə qoyulmamışdır. Kollegiya belə hesab edir ki, X23 Cavabdeh adından hərəkət edərək, belə bir səlahiyyəti olmadığı halda 16.08.2019-cu il tarixli İlkin alqı-satqı müqaviləsini və həmin alqı-satqı müqaviləsinə 16.09.2019-cu il tarixli “Əlavə Saziş”i İddiaçı ilə bağlamış, sonuncu da 16.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 15.000 manat məbləğində pulu notariusun depozitinə köçürmüşdür. Yəni, X23 Cavabdeh əmlakı barəsində vicdansızcasına və ixtiyarı olmadığı halda səlahiyyətlərini aşmaqla hərəkət etmiş, Cavabdeh isə öz əmlakı barəsində yalnız sənədləşdirmə işlərinin aparılmasını etibar etdiyi şəxsin əmlakın alqı-satqısını aparması və İddiaçı tərəfindən ödənilən məbləğlər barədə məlumatının olması nə iş materialları, nə də şahid ifadələri ilə təsdiq olunmamışdır. Belə ki, iş materiallarından da görünür ki, 16.08.2019-cu il tarixli mədaxil orderinə əsasən İddiaçı tərəfindən 16.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 15.000 manat məbləğində pul notariusun depozitinə köçürülmüş, Cavabdeh əmlakının alqı-satqısı üzrə hər hansı məbləğin ödənilməsi barədə əsaslı və mötəbər sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə hesab edir ki, səlahiyyəti olmayan şəxsin, yəni X15 onun adından bağladığı əqdlərə görə Cavabdeh üzərinə mülki vəzifələr və öhdəliklər qoyula bilməz, əmlaka dair ilkin alqı-satqının aparılması onun öz iradə ifadəsinin təzahürü olmamışdır, ona görə də Cavabdeh belə əqdlərin yaratdığı hüquqi nəticələrə və dəymiş zərərə görə məsuliyyət daşımır, bununla əlaqədar olaraq da 15000 manat məbləğində pulun ondan tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Qanunvericiliyin də tələbindən açıq-aydın görünür ki, səlahiyyət verilməyən şəxsin əqd bağladığı halda, əqdin digər tərəfi həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini təmsilçidən tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarına əsasən ilkin iddia tələbinə dair hissədə yanlış nəticəyə gəlmiş, maddi hüquq normasını səhv təfsir etmişdir. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(006)-787/2021 saylı qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı özünə aid edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(006)-787/2021 saylı qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8764/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8764/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver