Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8772/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Sahib Məmmədovun, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dizel yanacağının alqı-satqısına görə borcun ödənilməsi və borcun vaxtında ödənilməməsinə görə qiymət fərqinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, dizel yanacağının alqı-satqısı nəticəsində yaranmış borc kimi 4.389 manat, borcun vaxtında ödənilməməsinə görə qiymət fərqi kimi 1.493 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçnın nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı bildirir ki, cavabdeh iddiaçıya məxsus olan, Bakı-Quba avtomobil yolunda yerləşən 1 saylı yanacaqdoldurma məntəqəsindən 2020-ci ilin aprel-iyun aylarında hissə-hissə dizel yanacağı almış, nəticədə yanacağın qiyməti kimi iddiaçıya 4.389 manat borcu yaranmışdır. Borcun ödənilməsi cavabdehə təklif olunsa da o, borcu ödəməkdən boyun qaçırmışdır. Bundan başqa, 2020-ci ildə 4.389 mantla 7.315 litr dizel yanağı almaq mümkün olduğu halda indiki qiymətlə 5.486 litr dizel yanağı almaq mümkündür. Cavabdeh iddiaya etiraz edir, iddiaçıdan dizel yanacağı almadığını, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə adları qeyd olunan şəxsləri isə tanımadığını bildirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı ilə cavabdehin arasında dizel alqı-satqısı barədə şifahi və ya yazılı formada müqavilə bağlanadığını tədiq edən sübut yoxdur. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Beləliklə, apellyasiya şikayəti təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8772/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8772/2021
17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver