Məhkəmə qərarları › İş №2(103)-8788/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8788/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8788/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2015-ci il təvəllüdlü Həsənova Aylaxanım İmran qızının müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 70 % hissəsinin - 5.617 manat pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, Həsənova Aylaxanım İmran qızının yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay Cavabdeh gəlirinin 25 % hissəsinin və əlavə olaraq 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(004)-9210/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh 01 dekabr 2015-ci il təvəllüdlü Həsənova Aylaxanım İmran qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 01 dekabr 2015-ci il təvəllüdlü Həsənova Aylaxanım İmran qızının müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 50%-i, 4012 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 10 (on manat) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə Cavabdeh izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsindən onun tərəfindən də apellyasiya şikayəti verilmişdir. Lakin Həmin apellyasiya şikayəti vaxtında verilib və dövlət rüsmu da ödənilməklə iş materiallarına əlavə edilmişdir. Lakin səbəbsiz olaraq birinci instansiya məhkəməsi qeyd edilən apellyasiya şikayətinin mümkünlüyünü yoxlamayıb və şikayətin apellyasiya icraatında baxılmasına göndərməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuyu yol verilmişdir. Ona görə həmin pozuntunun aradan qaldırılması üçün hazırki mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli müşayiət məktubundan görünür ki, birinci instansiya məhkəməsi yalnız Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2021 saylı 04 mart 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2021 saylı 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar