Məhkəmə qərarları › İş №2(103)-8803/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8803/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8803/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2, Cavabdehı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-3672/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək İMEİ kodu **********49561 X7 7 markalı telefon, X1qlıq üçün 474 manat ödənilməmiş hissə, 47 manat cərimə, cəmi 521 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 551 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-3672/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 474 manat əsas borc, 47 manat cərimə olmaqla, cəmi 521 (beş yüz iyirmi bir) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mobil telefonun qiyməti 474 manat, qulaqlığın qiyməti isə 72 manat olmuşdur. Qulaqlıqda problem olmadığından 72 manatı tam ödəmişdir, lakin mobil telefon alındığı vaxtdan iddiaçı ona yeni telefon yerinə işlənmiş telefon vermiş, telefonu aldıqdan bir neçə gün sonra iddiaçıya müraciət edərək, telefonu servisə təqdim etsə də, həmin telefon hal-hazırkı vaxtadək ona geri qaytarılmamışdır. Servisdə telefonun platasının xarab olmasını, onu təmir etdirməyin mümkün olmamasını bildirdiklərindən, iddiaçıya müraciət edərək, telefonun yenisi ilə əvəz edilməsini və ya təmir olunmasını xahiş etsə də, iddiaçı ona xarab işlənmiş telefonu verdiyi halda, onun istehlakçı hüquqlarını pozaraq, telefonun pulunu tələb etməyə başlamış, məhkəmə isə qanunsuz olaraq iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. xx.xx.2020-cü il tarixli müqavilə üzrə öhdəliklər ilk növbədə iddiaçı “xxxx” MMC tərəfindən pozulmuşdur. Belə ki, İMEİ kodu **********49561 X7 7 markalı mobil telefon üçün cavabdeh tərəfindən alındığı gündən bir neçə gün sonra xx.xx.2019-cu il tarixdə iddiaçıya aid mağazaya qaytarılmışdır. Mobil telefon həmin gündən hal-hazıradək iddiaçıda olsa, cavabdehdən əsassız olaraq həmin əşyanın dəyəri tələb olunur. İddiaçının nümayəndəsi tərəfindən Mobil telefonun platasının yanmasına görə qüsurun cavabdehin təqsiri üzündən yaranmasına dair halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən, iddiaçının nümayəndəsi isə məhkəməyə bu barədə məhkəmə mötəbər sübut təqdim edə bilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı tərəf elə mobil telefonun təmirinin mümkün olduğunu qeyd etsə də, buna dair real bir iş görməmiş, yəni əşyanı təmir edib alıcıya qaytarmaq əvəzinə, əslində cavabdehin istifadəsində olmayan əşyaya görə ona qarşı pul tələbinə dair məhkəməyə müraciət etmişdir. Bu cür iddianın təmin olunması isə, istehlakçı kimi Cavabdehnun hüquqlarının kobud pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə arasında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyanı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 474 manat tutularaq iddiaçıya verilməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə etirazla müraciət etmiş, iddianın rədd edilməsini, ona yeni telefon verilməsi və ya servisdə olan telefonun platasının yenilənməsinə qiymət verilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən iddiaçıdan 474 manata telefon və 72 manata qulaqlıq almış, qulaqlığın pulunu ödəsə də telefonun pulunu ödəməkdən imtina etmişdir. Səbəbi odur ki, iddiaçı tərəfindən ona xarab telefon verilmiş, bunu telefonu aldıqdan bir neçə gün sonra bilmiş, iddiaçıya bununla bağlı müraciət etmiş, telefon servisə verilmiş, servisdə telefonun platasının xarab olduğu müəyyən edilmiş, ona xarab telefonun verildiyini bildirərək telefonu götürməkdən imtina etmiş, telefonu sonradan da götürməmişdir. Cavabdeh hesab eddir ki, telefonun pulunu ödəməsi üçün iddiaçı ya ona yeni telefon verməli, ya da əvvəlki telefonun platasını dəyişməlidir. Ancaq bu halda telefon üçün pul ödəyə bilər. Cavabdeh etiraza müqavilə üzrə 72 manat ödəniş etdiyini təsdiq edən qəbzin surətini, iddiaçıya müraciət etdiyi ərizənin surətini və xx.xx.2019-cu il tarixli “xxxx” MMC rəsmi servis mərkəzi tərəfindən verilmiş X7 7 64GB Space Black telefonun diaqnostikasının nəticəsi ilə bağlı sənədin surətini əlavə etmişdir. İlk növbədə cavabdeh etirazına müqavilə üzrə 72 manat ödədiyini təsdiq edən qəbzin surətini əlavə etmişdir ki, iddiaçı tərəfindən işin bu halı onsuz da mübahisələndirilmir. Belə ki, iddia ərizəsində cavabdeh tərəfindən cəmi 72 manat ödənildiyi qeyd edilmiş, ərizəyə əlavə edilmiş maliyyə və ödəniş cədvəlində də cavabdeh tərəfindən ödənilmiş 72 manat göstərilmişdir. Deməli etirazın bu halı iş üçün əhəmiyyətsizdir. Etirazda telefonun xarab olması ilə bağlı qeyd edilənlərlə bağlı məhkəmə cavabdehin diqqətinə çatdırır ki, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçıdan hissə-hissə ödəmək şərtilə nisyə alınmış telefonun pulunun ödənilməməsi ilə bağlıdır ki, iddiaçı tərəfindən həmin halı sübut edəcək bütün zəruri sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin, cavabdeh özü də etirazında telefonun pulunu ödəmədiyini bildirmişdir. Telefonun xarab olması, ona yeni telefon verilməsi və ya əvvəlki telefonun iddiaçının hesabına düzəldilməsi ilə bağlı cavabdehin qeyd etdiklərinə gəldikdə isə məhkəmə bildirir ki, cavabdeh istehlakçı kimi hüquqlarının pozulduğunu və iddiaçı MMC tərəfindən ona hər hansı ziyan vurulduğunu hesab edirsə pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edə bilər. Hazırkı mülki mübahisə nisyə alğı-satqı müqaviləsinin icra edilməməsi ilə, yəni müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır və iş materialları ilə iddianın əsaslılığı tam sübut edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, cərimə hissəsində ləğv edilməsi üçün əsasdır. Əvvəla, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğidir(MM.mad.462.1). Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz(MM.mad.462.2). Cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi iş materialları ilə təsdiq olunur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini həm də aldığı telefonu iddiaçıya qaytarması ilə əlaqədar icra etmədiyini göstərir. Başqa sözlə cavabdeh bu dövrdə həm də həmin telefondan istifadə etməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehdən müqavilə üzrə ödəməli olduğu ödənişləri tələb etməklə yanaşı 47 manat dəbbə pulu tələb etməkdə haqlı olmamışdır. Çünki, onsuzda ağır olan maddi vəziyyətinin nəzərə almayaraq cavabdehin həddindən artıq maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-3672/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilən cərimə hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 3672/2020 saylı qətnaməsi qismən, 47 manat cərimənin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar