Məhkəmə qərarları › İş №2(103)-8805/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8805/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8805/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı " Bı̇ rlı̇ yinin cavabdeh X1 qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(003)- 3102/2020-014 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 18386.35 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 saylı 25.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hazırda Cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətin verilməsi üçün prosessual müddətin buraxılmasını üzrlü hesab edilərək müdətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, yalnız icra məmuru onunla əlaqə saxladıqdan sonra qətnamə barəsində məlumatı olmuşdur. Barəsində məhkəmə qətnaməsinin olmasını bildikdə o, rəsmi qaydada məhkəməyə müraciət edərək qətnaməni almış və apellyasiya şikayəti vermişdir. Qətnamənin alınması üçün məhkəməyə ərizə ilə müraciət etdikdə bildirmişdir ki, o, mülkiyyəti olan ünvan 1 ünvanda yaşayır. Qətnamənin və qərardadın surətlərini o, almamışdır. Belə ki, qeydiyyatda olduğu ünvanda yaşamır. Göndərilmiş məktubların kimin tərəfindən qəbul edilməsi barədə onun məlumatı yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 saylı 13.07.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməklə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş peosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 saylı 25.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadan narazı qalan İddiaçı nümayəndəsi Çingiz Dibirov şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 saylı 13.07.2021-ci il tarixli qərardadı ləğv edilərək Cavabdeh apelyasiya şikayəti verilməsi üçün “buraxılmış prosessual müddətin bərpasına dair” ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilmisini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 saylı 02.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3102/2020 saylı 01.04.2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddəti ötürülməklə verildiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan ərizəyə əlavə edilmiş seriya RX ******* nömrəli daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsində yerləşən 7 nömrəli evin 56 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir Məhkəmə kollegiyası hesab edir ki, ərizə ilə müraciət edən şəxsin qeydiyyat ünvanına qətnamənin surəti çatdırılmış olsa da, onun tərəfindən imzalanmamaqla qəbul edilməməsi barədə dəlili əsaslıdır. Belə ki, iş materiallarında olan xəbərnamənin kötüyündəki imza vizual baxımından cavabdehin imzası ilə oxşarlıq təşkil etmir. Həmçinin, şəxsin qeydiyyatda olduğu deyil, mülkiyyətində olan daşınmaz əmlakda yaşaması işin halları ilə müəyyən edilir. Mülki işin materiallarında olan sənədlərdən mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin Cavabdeh göndərildiyi görünsə də, qətnamənin məhz onun tərəfindən alındığı və beləliklə də, rəsmi qaydada verildiyi təsdiq olunmur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyiy nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzürlü hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3102/2020 saylı, 13.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar