Məhkəmə qərarları › İş №2(103)-8806/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8806/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8806/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı zərərin əvəzinin ödənilməsi, otağın boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)-1795/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)-1795/2021 saylı qətnaməsi (hakim R.Xəzri) ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Dalğa düşərgəsi ünvanında yerləşən, İddiaçı məskunlaşdığı otaqdan çıxarılaraq, həmin yaşayış sahəsi İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Dalğa düşərgəsi ünvanında yerləşən 2 ədəd işlək Orsk soyuducu, 1 ədəd 200 manat dəyərində Samsunq televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.20 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı setqası, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 1 ədəd balaca, 1 ədəd tavaçok, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl 4 qaşıq 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində plotinik stanoku, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mirmar çəkən, 1 ədəd çəkic 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba 1 ədəd təzə arabadan ibarət əşyalar, onlar olmadıqda dəyərləri Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Dalğa” düşərgəsində yerləşən ona məxsus otağın boşaldılmasına, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Dalğa” düşərgəsində yerləşən ona məxsus otağın boşaldılmasına, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsi, həmçinin əşyalarının qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ildən məlum Qarabağ hadisələri ilə əlaqədar yaşadığı Fizuli rayonunu tərk edərək, Bakı şəhəri, Xəzər rayonunda “Dalğa” düşərgəsində ailəsi ilə birlikdə yaşayır. 86 yaşı var, 2010-cu ilin dekabr ayının sonlarında həyat yoldaşı xəstələndiyinə görə “Savalan” qəsəbəsində kirayə yaşayan oğlanlarının yanına müalicə üçün aparmışdır. 1994-cü ilin aprel ayından Buzovna qəsəbəsi ”Dalğa”düşərgəsində ona məxsus olan otağa Cavabdeh və qardaşı Ərşad tərəfindən dəhlizin və otağın qıfıllarını sındıraraq evinə girmiş və aşağıda siyahıda göstərilən əşyaları oğurlayaraq hara aparmasını xəstəliklə başı qarışdığı üçün bilməmişdir. Bu ilin fevral ayının 12-də yoldaşının səhhəti bərpa olunduğuna görə bu tarixdə “Dalğa” düşərgəsinə gəlib görmüşdür ki, evin içərisində təmir gedir, qıfıllar isə sındırılmışdır. Eminin həyat yoldaşı otaqda idi. Sözügedən “Dalğa” düşərgəsində ona məxsus əşyalar var. Düşərgədə ona məxsus otaqdan iş üzrə 1-ci Cavabdeh və qardaşı icazəsiz otağın qapısının açarlarını sındırmaqla ora daxil olmuş, otaqda olan əşyalarını köhnə otağa küçürmüşdür. 2021-ci ilin fevral ayının 14-də Ərşad Əsədov köhnə açarlarını ona verib bildirmişdir ki, Eminin köhnə evində yaşayacaq. O isə buna etiraz etmişdir. Əlavə olaraq, Cavabdeh belə qanunsuz icazəni iş üzrə 3-cü şəxs Xəzər rayon Məcburi Köçkün işlər üzrə Dövlət Komitəsinin müdiri Şəhla Xələfova vermişdir. Nəticədə ona məxsus əmlakın bir hissəsi zay olub sıradan çıxmış, digər qismi isə təyinatı üzrə xarakterik xüsusiyyətlərini itirmişdir. Cavabdeh tərəfindən iradənin ziddinə götürülərək köhnə otağa yığılmış əşyalar bunlardır: 2 ədəd işlək Orsk soyuducu, 1 ədəd 200 manat dəyərində Samsunq televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.20 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı setqası, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 1 ədəd balaca, 1 ədəd tavaçok, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl 4 qaşıq 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində plotinik stanoku, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mirmar çəkən, 1 ədəd çəkic 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba 1 ədəd təzə araba. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Dalğa” düşərgəsində yerləşən ona məxsus otağın boşaldılmasına, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi qismində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tələb üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, da Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Dalğa” düsərgəsində məskunlaşmışdır. Yaşadığı ev qəzalı vəziyyətdə olduğundan, qaçqınların işlari üzrə komitəyə müraciət etmişdir. Həmin komitənin əməkdaşı ona hal-hazırda mübahisə predmeti olan otaqda yaşamağa icazə vermişdir. Bundan sonra o, qonşuların iştirakı ilə va həmçinin video çəkiliş vasitəsi ilə həmin otağı boşaldaraq təmir etməyə başlamışdır. Həmin video görüntünü məhkəməyə təqdim etmişdir. Orda olan məişət əşyalarına da heç bir zərər vurmamışdır. Həmin otaqda qanuni şəkildə yerləşmişdir. İddiaçı X5 8 ildir ki, orada yaşamır O, özünə başqa yerdə ev tikmişdir və orada yaşayır. Əgər iddiaçı orada yaşasaydı, o, oraya necə köçə bilərdi? Məhkəmə qətnaməsində qeyd edilib ki, video görüntüdə olan bəzi nüanslar, məsələn soyuducuda ərzaqların olması və s. iddiaçının həmin ünvanda yaşamadığı faktını təkzib edir. İddiaçı X5 məhkəmədə bildirib ki, o bir müddətdir ki, hayat yoldaşının müalicəsi ilə əlaqədar başqa yerdə yaşayıb, əgər iddiaçı başqa yerdə qalıbsa soyuducuda təzə arzaq məhsullarının olması absurd bir fikirdir. Məhkəmənin bu halı sübut kimi qiymətləndirməsi anlaşılmazdır. Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Xəzər rayonu üzrə Sektorunun əməkdaşı tərəfindən verilmiş 15.02.2021-ci il tarixli arayışdan da görünür ki, iddiaçı X5 “Dalğa” düşərgəsində müvəqqəti qeydiyyata alınmaqla orada məskunlaşmışdır. Lakin həmin arayışda onun hal-hazırda orada yaşaması barədə heç bir məlumat verilmir. Məhkəmə bu halı da sübut olaraq qətnamədə göstərmişdir. Məhkəməyə qonşular tərəfindən tərtib olunan akt təqdim olunmuşdur. Lakin məhkəmə qətnamasində göstarilir ki, aktın nə vaxt yazıldığı müəyyən deyil. Bildirir ki, mübahisə yarandıqdan sonra bu akt tərtib edilib. Bunu aktı imzalayan bütün şəxslər də təsdiq edirlər. Cavabdeh vermiş olduğu apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)-1795/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçı X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Cavabdeh vermiş olduğu apelyasiya şikayətinin dəlillərini müdafiə edərək Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini mübahisə predmeti təşkil edən daşınmaz əmlaka iddiaçının müvəqqəti qeydiyyata düşməklə oradan istifadə və sahiblik hüququnun olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk öncə iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddianın cavabdehin iddianın əsassızlığı ilə bağlı göstərdiyi hallar və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar (iki hal) üzrə aparılmasını məqsədə müvafiq hesab edir:

1. İddiaçı cavabdehə qarşı iddia tələbində haqlıdırmı (tələbin hüquqi əsasının tapılması);

2. Cavabdehin dəlilləri nəzərə alınmaqla iddia tələbi əsaslıdır yaxud rədd edilməlidir Birinci hal üzrə: İddiaçı məhkəməyə müraciət edərək, Dalğa düşərgəsində yaşadığını, həyat yoldaşının səhhəti ilə əlaqədar müvəqqəti olaraq evdə olmadığı müddətdə cavabdeh tərəfindən məskunlaşdığı otağın qapısı sındırılaraq, evinin zəbt edildiyini bildirmiş, cavabdehin ona məxsus evdən çıxarılması və dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən edir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Xəzər rayonu üzrə Sektor tərəfindən verilmiş 15.02.2021-ci il tarixli arayışdan görünür ki, İsakov X3 rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu, Buzovna qəsəbəsi Dalğa düşərgəsində məskunlaşmış, orada müvəqqəti qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 07 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı 25.02.2021-ci il tarixli şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. İşin hallarından görünür ki, Cavabdeh Dalğa düşərgəsində yerləşən otaqda məskunlaşdırılması, həmin düşərgədə müvəqqəti qeydiyyata düşmüş və həmin otaqda daimi yaşamaqla istifadə hüququnu həyata keçirən, oranı müvəqqəti tərk etmiş digər məcburi köçkün olan İddiaçı hüquqlarını pozmuşdur. İddiaçı müvəqqəti qeydiyyata düşdüyü və məskunlaşdığı Dalğa düşərgəsində olan otağa dair mülkiyyət hüququ (sərəncam vermək hüququ) olmasa da, həmin otağa dair istifadə və sahiblik hüququ mövcuddur. Belə ki, işdən görünür ki, İddiaçı müvəqqəti qeydiyyata düşməklə mübahisəli otağa məskunlaşaraq orada yaşamış, onun həmin otağı tərk edib getməyi ilə bağlı səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırma aparılmamış, ona ayrılmış otağa başqa şəxsin köçürülməyi barədə heç bir məlumat verilməmişdir. İddiaçı əşyaları otaqdan çıxarılmış, otağın açarı isə dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının xəbəri olmadan otağına başqa şəxsin daxil olması onun sahiblik və istifadə hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İkinci hal üzrə: Cavabdeh iddia tələbinə qarşı etirazı apellyasiya şikayətinin dəlilləri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli otağa daxil olarkən qeydə aldığı videogörüntüdə olan bəzi nüanslar, soyuducuda ərzaqların olması və s. iddiaçının qeyd olunduğu kimi 10 ildir həmin ünvanda yaşamadığı faktını təkzib edir. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Xəzər rayonu üzrə Sektor tərəfindən verilmiş 15.02.2021-ci il tarixli arayışdan da görünür ki, İddiaçı Dalğa düşərgəsində müvəqqəti qeydiyyata alınmaqla orada məskunlaşmışdır. İddiaçının həmin evdən daimi köçməsi və ya çıxarılmasına dair səlahiyyətli orqan tərəfindən hər hansı akt tərtib olunmamışdır. Məhkəmə iclasına təqdim olunan və qonşular tərəfindən tərtib olunan aktın isə nə vaxt tərtib edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, iddiaçının yaşayış yerini müvəqqəti tərk etdiyinə dair dəlilini ağlabatan hesab edir. Beləliklə məhkəmə kollegiyası hər iki hal üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, apellyasiya şikayətinə münasibətdə Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)-1795/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar