Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-881/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-341/2021 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1317,26 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 27.11.1012-ci il tarixli, 01L000003193 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə 27.11.1012-ci il tarixli 01L000003193 saylı kredit razılaşmasına əsasən cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Lakin cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.11.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan cəmi 5682 manat ödəmiş, onun 1317,26 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 3.1.2 bəndinin “a” yarımbəndinə əsasən kreditalan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-341/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı ASC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 1317,26 (min üç yüz on yeddi manat iyirmi altı qəpik) manat manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması qət olunmuşdur. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-341/2021 saylı qətnaməsinin zamin Cavabdeh4 münasibədə dəyişdirilərək, zaminliyin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Cavabdeh4 heç bir zaminlik müqaviləsinə imza etməmişdir, ümumiyyətlə belə bir kredit müqaviləsindən xəbəri olmamışdır. Odur ki, zaminlik müqaviləsi etibarsız hesab olunmalıdır. İddiaçı QSC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin zamin Cavabdeh4 aid iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın Cavabdeh4 aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında 27.11.1012-ci il tarixdə bağlanmış 01L000003193 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Kreditlər tərəflər arasında “Kredit razılaşması” və “Bank qarantiyası verilmsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma (bandan sonra “Kredit Razılaşması”) əsasında veriləcək. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir. İş materiallarından İddiaçı QSC ilə Cavabdeh1 arasında 27.11.1012-ci il tarixdə bağlanmış 001R********** saylı Kredit Razılaşmasına əsasən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 24 ay müddətinə hər ay 380 manat ödəniş etməyi öhdəsinə götürmüşür. İş materiallarında olan köçürmə qəbzindən görünür ki, 7000 manat məbləğində pul vəsaiti Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan 27.11.2012-ci il tarixli 01S000005981 saylı zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh4 borca alan Cavabdeh1 Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 30.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.06.2020-ci il tarixə İddiaçı QSC-yə 1317,26 manat borcu vardır. İş materiallarında olan 13.07.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AR Mərkəzi Bankının 08.01.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 27.11.1012-ci il tarixli 01L000003193 saylı kredit xətti müqaviləsi üzrə rəsmiləşdirilən 28.01.2015-ci il tarixli kredit razılaşması Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə -01.03.2019-cu il tarixinə sözügedən kredit razılaşması üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 1317.26 manat təşkil etdiyindən həmin borcun restruktirizasiya edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, apellyator zaminlik müqaviləsini imzalamadığını qeyd etsə də, bununla bağlı müvafiq ekspertizanın keçirilməsi üçün özünün xahiş etdiyi vaxtlara təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, kollegiya apellyatorun dəlilini əsasssız hesab edərək, zaminlik müqaviləsinin etibarsızlığı üçün əsas müəyyən etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya hesab edir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 27 noyabr 2014-cü ildə başa çatdığı gündən bir il ərzində iddiaçı Cavabdeh4 qarşı iddia irəli sürmədiyindən qanunvericiliyin tələbinə əsasən zaminin kreditor qarşısında öhdəliyinə xitam verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı zamin Cavabdeh4 aid hissədə təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Kollegiya qeyd edir ki, əsas öhdəlik 27.11.1012-ci il tarixdə bağlanmış 001R********** saylı Kredit Razılaşmasına əsasında yaranmışdır. Çünki 27.11.1012-ci il tarixdə bağlanmış 001R********** saylı Kredit Razılaşmasında öhdəliyin həddi barədə dəqiq məlumatlar mövcuddur. Ona görə də, Cavabdeh4 zaminliklə bağlı məsuliyyəti əsas öhdəliyin həddini müəyyən edən 27.11.1012-ci il tarixdə bağlanmış 001R********** saylı Kredit Razılaşmasından irəli gəlir. Kollegiya hesab edir ki, apellyatora münasibətdə bir illik müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-341/2021saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh4 aid təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia 1317,26 (min üç yüz on yeddi manat iyirmi altı qəpik) manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh4 tutulması hissəsində təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-881/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-881/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver