Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8816/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD İş No 2(103)-8816/2020 “08” dekabr 2020-cu il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna (üçüncü şəxs X2 cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabeh Cavabdeh1 ASC-nin nümayəndəsi vəsatət verərək, Cavabdeh1 ASC-nin hüquqi ünvanının Nərimanov rayonu, Qarabağ küçəsi 31 olduğu üçün mülki işin aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 3992/2020 saylı qərardadı ilə cavabeh Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən verilmiş həmin vəsatət təmin edilməmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş Şöbəsinin müdiri X1 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq kredit müqaviləsi Cavabdeh1 ASC ilə bağlanmışdır. İddiaçı isə Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı (Nəsimi rayonu, Bülbül prospekti 40) üzrə məhkəməyə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh1 ASC-nin hüquqi ünvanı ünvan 1 Mülki Prosessual Məcəlləsinin 35.2 maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsindən göründüyü kimi, iddia bir neçə cavabdehə qarşı verilmiş və İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondunun rəsmi qeydiyyatda olduğu hüquqi ünvanı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, hazırki mülki iş xx.xx.2020-ci il tarixdə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna (üçüncü şəxs X2 clb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş Şöbəsinin müdiri X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8816/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8816/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver