Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8817/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi X1, digər nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 da cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona 23 avqust 2013-cü il tarixdə 32 nömrəli müqavilə əsasında satılmış ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 45 nömrəli mənzilin MMC tərəfindən Cavabdeh2 satılmasına dair müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə sahiblik, istifadə, mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, onunla Cavabdeh1 MMC-nin (satıcı) direktoru X3 arasında 23.08.2013-cü il tarixdə 32 №-li müqavilə bağlanmış, müqaviləyə görə MMC, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı 45 №-li mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri tərəfindən tam ödənilmiş, bu barədə MMC-nin direktoru tərəfindən maliyyə arayışı verilmişdir. Müqavil bağlandıqdan təxminən bir il sonra binanın komendantı ona mənzilin açarlarını təqdim etmiş, 2020-ci ilin oktyabr ayının sonlarınadək mənzil onun istifadəsində və sahibliyində olmuş, lakin aşayış binasında tikinti-təmir işləri tam başa çatmadığından aldığı mənzili təmir etdirməmiş və köçüb yaşamamışdır. 2020-ci ilin oktyabr ayının axırlarına yaxın mənzilə gedərkən binanın komendantı kimi tanıdığı Cavanşirlə binanın qarşısında qarşılaşmış, Cavanşir ona bildirmişdir ki, mənzil sahəsi almış şəxslərin müqavilələri direktor tərəfindən yığılıb yoxlanılır və müqaviləsinin surətini direktora təqdim etsin. Mənzilinin müqaviləsini Cavabdeh1 MMC-nin direktoru olduğunu bildirən Adil Hüseynova təqdim etmiş, Adil Hüseynov 20.11.2020-ci il tarixdə ona demişdir ki, onunla bağlanmış 23.08.2013-cü il tarixli müqavilə MMC-də qeydiyyatdan keçməyib və onun adına ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasında 11-ci mərtəbədə olan 5 otaqlı 45 №-li mənzilin satılması qeydə alınmayıb. Halbuki, MMC tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasında eyni mənzil sahələrinin bir neçə şəxsə satılması faktına görə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanmış və istintaq aparılmış, həmin istintaq zamanı almış olduğu 45 №-li mənzilin ondan başqa digər şəxslərə satılmadığı müəyyən edilmişdir. Buna baxmayaraq mənzil sonradan qanunsuz və səlahiyyəti olmayan direktor tərəfindən Cavabdeh2 satılmışdır ki, adı çəkilən şəxslə bağlanan müqavilə həm də onunla bağlanan müqavilədən sonrakı tarixdə rəsmiləşdirildiyindən etibarsız hesab olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, obyektiv və hərtərəfli araşdırma aparmayaraq mənzilə dair X4 ilə bağlandığı irəli sürülən müqavilənin sonradan əvvəlki tarixlə tərtib edildiyinə dair şübhələri aydınlaşdırmadığını, bununla bağlı ekspertiza təyin olunması barədə vəsatətlərinə əhəmiyyət vermədiyini, müvafiq müqavilələri, o cümlədən Cavabdeh2la bağlanan müqaviləni tədqiq etmədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı İddiaçı və Cavabdeh1 MMC-nin nümayəndəsi bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin şərtlərinə görə: “1.ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 11 mərtəbəsində, ümumi tikinti sahəsi 226,6 kv.m ibarət olan 5 otaqlı 45 №-li mənzilə (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M11, m2) dair Cavabdeh1 MMC və İddiaçı arasında bağlandığı iddia edilən 32 №-li, 23.08.2013-cü il tarixli müqaviləyə əsasən sonuncunun Cavabdeh1 MMC-yə ödənildiyi bildirilən 131 428 manat məbləğində pul vəsaitini Cavabdeh1 MMC 2 ay müddətində - 2021-ci ilin dekabr ayının 31-nə qədər İddiaçı ödəməyi öz öhdəsinə götürür. 2.İddiaçı Bakı Apelyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair 2(103)-8817/2021 nömrəli mülki iş üzrə mübahisə predmeti olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 11 mərtəbəsində, ümumi tikinti sahəsi 226,6 kv.m ibarət olan 5 otaqlı 45 №-li mənzilin (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M11, m2) Cavabdeh2 mülkiyyətində olduğunu qəbul edir. 3.Tərəflər yuxarıda qeyd olunan məbləğ tam ödənildikdə heç bir iddia və tələblərinin olmayacağını öz öhdələrinə götürürlər və həmin məsələlər gələcəkdə məhkəmədə mübahisə predmeti ola bilməz, həmin tələblər məhkəmədə və ya digər hüquq mühafizə orqanlarında mübahisələndirilə bilməz. 4.Tərəflər barışıq sazişinin şərtlərini tam və vaxtında yerinə yetirəcəklərinə dair öhdəlik götürürlər. 5.Tərəflər barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar”. Kollegiya izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin imzaladıqları barışıq sazişi təsdiq olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması” tələblərinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1.ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 11 mərtəbəsində, ümumi tikinti sahəsi 226,6 kv.m ibarət olan 5 otaqlı 45 №-li mənzilə (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M11, m2) dair Cavabdeh1 MMC və İddiaçı arasında bağlandığı iddia edilən 32 №-li, 23.08.2013-cü il tarixli müqaviləyə əsasən sonuncunun Cavabdeh1 MMC-yə ödənildiyi bildirilən 131 428 manat məbləğində pul vəsaitini Cavabdeh1 MMC 2 ay müddətində - 2021-ci ilin dekabr ayının 31-nə qədər İddiaçı ödəməyi öz öhdəsinə götürür. 2.İddiaçı Bakı Apelyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair 2(103)-8817/2021 nömrəli mülki iş üzrə mübahisə predmeti olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 11 mərtəbəsində, ümumi tikinti sahəsi 226,6 kv.m ibarət olan 5 otaqlı 45 №-li mənzilin (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M11, m2) Cavabdeh2 mülkiyyətində olduğunu qəbul edir. 3.Tərəflər yuxarıda qeyd olunan məbləğ tam ödənildikdə heç bir iddia və tələblərinin olmayacağını öz öhdələrinə götürürlər və həmin məsələlər gələcəkdə məhkəmədə mübahisə predmeti ola bilməz, həmin tələblər məhkəmədə və ya digər hüquq mühafizə orqanlarında mübahisələndirilə bilməz. 4.Tərəflər barışıq sazişinin şərtlərini tam və vaxtında yerinə yetirəcəklərinə dair öhdəlik götürürlər. 5.Tərəflər barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2081/2019 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək həmin mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8817/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8817/2021
21.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver