Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-883/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1749/2020 saylı qətnaməsindən iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 2685,70 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2715,70 manat pulun məcburi qaydada tutularaq “İddiaçı” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2018-ci il tarixli AKX- 00523xx/xx-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00730 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 820,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat “İddiaçı” İstehsalat Birliyinə ziyan dəymişdir. Bundan öncə cavabdehin Birliyə 223,30 manat debitor borcu var idi. Dəymiş ziyanlar üzrə isə 2462,40 manat borcu yaranmışdır. Ümumi olaraq 2685,70 manat borcu var. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2685,70 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurət yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Göründüyü kimi cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hal aşkar olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən ”X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1749/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 784,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 814,8 (səkkiz yüz on dörd manat səksən qəpik) manat məbləğində pul tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı “İddiaçı” İBapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də, itirilmiş qazın dəyərinə görə 2685,70 manat hesablanaraq abonentdən tələb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, “İddiaçı” İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən, məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxx 2003cü il tarixli 3N-1İ qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər.Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd olunan qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, həqiqətən əvvəllər kənar xətt mövcud olmuş, həmin xəttən yalnız onların evinə deyil, digər qonşulara da qaz xətti getmişdir. Lakin həmin xəttən istifadə olunmur. Yalnız bir dəfə yeni sayğac qoyularkən 3 gün həmin xəttə qoşulma olmuşdur ki, bunu qaz işçiləri özləri etmişlər, çünki yeni quraşdırılmış qaz sayğacının kartı 3 gündən sonra verilmişdir. Dəfələrlə kənar xəttin ləğv edilməsi ilə bağlı qaz İdarəsinə müraciət etsələr də, onlar gəlib həmin xətti kəsməmişlər. İş üzrə iddiaçı “İddiaçı” İB-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsiməhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə “Paylayıcı” qismində “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8208 kub metr əlavə sərfiyyat, yəni 820,80 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, abonent qeyri-qanuni təbii qazdan sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent mənzildə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent qeyri-qanuni təbii qazdan sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “İddiaçı” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdəsayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2736 kub metr əlavə sərfiyyat, yəni 273,60 manat məbləğində ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar-MM) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icraedilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu iləmüəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “X1nın Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. “Qaz istifadə Qaydaları”nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, “İddiaçı” İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, AKX-00523xx/xx-2018 saylı müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və “X1”nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. “X1nın Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, “İddiaçı” İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirmişlər və baxış zamanı cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulması faktlarını aşkar etmişlər. Həmçinin müəyyən olunur ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 90 gün nəzərə alınmaqla 8208 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2736 kub metr dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan dəfələrlə istifadə etməsi faktları öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir. Cavabdehin kənar xəttdən istifadə etməmələri barədə gəlilləri üzrə qeyd olunmalıdır ki, abonentin saldosundan 2020-ci ilin yanvar ayından iyul ayınadək cavabdeh tərəfindən hər hansı bir ödənişin həyata keçirilməməsi müəyyən olunur. Bu hal özlüyündə qazdan mütamadi istifadə edən şəxsin kənar xətdən istifadə etməməsi barədə dediklərinin təkzib edən hal kimi qəbul edilməlidir. Belə olan halda, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halları öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus mənzildə hər ay baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Buna görə də, həmin hesabat dövrü akt üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər. “X1nın Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən hesabat dövrü kimi 90 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün 90 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. Məhkəmə iddiaçı təşkilatın istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarla bağlı qeyd etmişdir ki, Qaydalar normativ akt hesab olunmadığından, iddiaçı tərəfindən qərar qəbul edilərkən həmin Qaydaların əsas tutulması qanuni hesab edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra – Hüquqi Aktların Dövlət Reyestri) daxil edilməlidir. Belə olan halda xx.xx.2020-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanmış ziyan məbləğini də ağlabatan hesab etməmişdir. Belə ki, təqdim edilmiş aktlardan görünür ki, iddiaçının evində iki qaz avadanlığından (PQ-4 və Kombi) istifadə olunur. Akt komissiyasının qərarlarına əsasən həmin avadanlıqlar nəzərə alınmaqla qış və yay ayları üçün eyni sərfiyyat hesablanmışdır. Məhkəmə qeyd etmişdir ki, həmin hesabatın həm qış ayları üçün, həm yay ayları üçün eyni hesablanması ağlabatan deyil. Eyni zamanda abonentin saldosunda da aylıq sərfiyyatın aktlar hesablanmış sərfiyyatdan kifayət qədər aşağı olması müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, aktlar üzrə aparılmış hesabat azaldılmalıdır. Belə ki, akt komissiyasının qərarı ilə kombinin və PQ4 qaz işlədicisinin orta günlük rejimi 24 saat götürülməsi ağlabatan deyil. Ona görə aktlarda müəyyən edilən aylar üzrə PQ4 qaz işlədicisinin orta gündəlik rejiminin 6 saat, aprel, may və iyun ayları üzrə kombi üçün 4 saat, götürülməsi daha ağlabatan hesab edilə bilər. Belə olan halda iki avadanlıq üzrə orta yanvar, fevral və mart ayları üzrə sərfiyyat (kombi üçün 2.6 x 24 saat x 30 = 1872 kub.m, PQ4 üçün 1,2 x 6 x 30 = 216 kub.m, cəmi 2088 kub.m, yəni 208,8 manat) 208,8 manat kimi qəbul edilməlidir. Aprel, may və iyun ayları üçün iki avadanlıq üzrə sərfiyyat (kombi üçün 2.6 x 4 saat x 30 = 312 kub.m, PQ4 üçün 1,2 x 6 x 30 = 216 kub.m, cəmi 528 kub.m, yəni 52,8 manat) 52,8 manat kimi qəbul edilməlidir. Beləliklə 2020-ci ilin yanvar, fevral, mart ayları üçün hər aya görə hesablanmış ziyan 208,8 manat kimi, aprel may və iyun ayları üçün hər aya görə hesablanmış ziyan 52,8 manat kimi, cəmi 784,8 manat kimi nəzərə alınmalıdır. Həmçinin abonentin saldosundan cavabdehin 223,30 manat debitor borcunun olması təsdiq olunmur. Beləliklə, kollegiya hesab edir ki, məhkəmə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 1749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-883/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-883/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver