Məhkəmə qərarları › İş №2(103)-8833/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8833/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8833/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” 2(008)-2554/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 18500 manat, hüquqi xidmətə görə çəkdiyi xərcin əvəzi olaraq 260 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 18791 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10.02.2016-cı il tarixdə oğlu Vüsal Kərimov Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 31 ünvanında yerləşən Cavabdeh işlədiyi lombarda gedərək 700 manat pulu 6 faizlə, hər ay 50 manat ödəmək şərti ilə 51,2 qram çəkidə 01 ədəd boyunbağını girov qoymuş və ona G.TN 763841 nömrəli girov bileti verilmişdir. 28.04.2016-cı il tarixdə o həmin lombarda gələrək 1600 manat pulu 6 faizlə, hər ay 100 manat ödəmək şərti ilə 48,6 qram çəkidə 1 ədəd qızıl boyunbağını girov qoymuşdur və ona GJN 763900 nömrəli girov bileti verilmişdir. 03.11.2016-cı il tarixdə o yenidən həmin lombarda gələrək 1600 manat pulu 6 % hər ay 100 manat ödəmək şərti ilə 23.3 qram çəkidə 01 ədəd qolbağı, 4,3 qram çəkidə 01 cüt brilyant sırğanı və 2 ədəd brilyant üzükləri, cəmi 44.32 qram çəkidə qızılları girov qoymuşdur və ona GJN ******* nömrəli girov bileti verilmişdir. O, 28.01.2017-ci il tarixdə götürdüyü pulu 28.04.2016-cı il tarixdə və həmin girovun faizlərini Cavabdeh ödəmişdir. Sonradan Cavabdeh onda olmadığını bəhanə edib girovu qaytarmamışdır. Ümumilikdə ona 18.000 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilən qızılların və ya onun dəyərini təşkil edən pulun qaytarılmasını dəfələrlə Cavabdeh tələb etsə də, bundan imtina etmişdir. Buna görə də, onun və digər şəxslərin şikayət ərizələri əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4- cü maddələri ilə cinayət işi başlanılmış və məhkəməyə göndərilmişdir. İstintaq və məhkəmə dövründə də ona dəymiş ziyan ödənilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli, 1(007)-94/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilnmiş və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Göstərilənlərdən əlavə 27.07.2019-cu il tarixdə Cavabdeh təkrar ona bildirmişdir ki, 1000 manat müqabilində qızıllarını girov qoyduğu lombarddan çıxardıb ona verə bilər. O təkrarən ona etibar edərək qızıllarının qaytarılması üçün 1000 manat məbləğində pul vermişdir. Lakin qızıllarını qaytarmayaraq onu təkrar aldatmış, cəmi 500 manatını qaytarmış, qalıq 500 manat pulu isə qaytarmamışdır. Göstərilən tarixdən bugünədək Cavabdeh tərəfindən ona dəymiş 18500 manat maddi ziyan ödənilmədiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, məhkəmədə Cavabdeh törətdiyi mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən 260 manat ödəniş etmişdir. Hesab edir ki, həmin pul məbləği də cavabdehdən tutulmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən maddi ziyana görə 18.500 manat, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 260 manat və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 18791 manat məbləğində pul tutularaq iddiaçıyaa ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddia tələbinin qismən təmin edilərək. 6340 manat əsas borc, 260 manat hüquqi xidmət haqqı və 31 manat dövlət rüsumu olmaqla, cəmi 6631 manatın ondan tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı iclasları barədə ona vaxtında məlumat verilməmiş və iştirakı olmadan keçirilmişdir. Qətnamənin çıxarıldığı 12.04.2021-ci il tarixdə məhkəmədən ona zəng edilmiş, xəstə olduğu üçün həmin gün məhkəməyə gələ bilmədiyini, sonrakı iclaslara gələcəyini bildirsə də, məhkəmə onun işin baxışında iştirakına şərait yaratmadan, həmin gün iş üzrə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində isə göstərilir ki, guya onunla 12.04.2021-ci il tarixdə telefon əlaqəsi saxlananda iclasda iştirakı edə bilmədiyini, qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Belə ifadə işlətməmiş və güman etmişdir ki, məhkəmə baxışı iclası təxirə salınacaq və onun da iclasda iştirakı təmin ediləcək. Məhkəmə qətnaməsinin başqa bir hissəsində isə göstərilir ki, guya məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına qəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir (qətnamənin 2-ci səhifəsi 4-cü abzas). Beləliklə, iştirakı təmin edilmədən işə baxmaqla məhkəmə mülki-mühakimə icraatının əsas prinsipləri olan çəkişmə, tərəflərin bərabərliyi, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılması (Azərbaycan Respublikası MPM-nin 8-ci, 9-cu və 14-cü maddələri) prinsipilərinə əmək etməmişdir. Məhkəmə qətnaməsi də ona vaxtında göndərilməmiş, yalnız iş üzrə icra icraatına başlandıqdan sonra icra məmuru çağırdıqda ona məlum olmuşdur ki, barəsində yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Bundan sonra məhkəməyə müraciət edərək, 23.07.2021-ci il tarixdə qətnamənin surətini almışdır. Aşağıdakı mülahizələrə görə hesab edir ki, qətnamə kifayət qədər qanuni və əsaslı deyil, apellyasiya məhkəməsi tərəfindən dəyişdirilməlidir. Hər şeydən əvvəl iddiaçının lombarda qoyduğu qızıllar əsassız olaraq 2 qat qiymətlə qiymətləndirilmişdir. İddiaçı lombarda 3 dəfəyə qoyduğu 144 qram qızıla 18000 manat qiymət həddən artıq yüksəkdir və qızılın bir qramı 125 manat təşkil edir. 2016-cı ildə lombardlar qızılın bir qramını 50-60 manata qəbul edirdilər. Əlbəttə, soruşula bilər ki, nə üçün qızılları həmin qiymətə qəbul etmişdir? Hesab etmişdir ki, onsuz da qızılları sahibinə qaytaracaq. Onun müəyyən etdiyi qiymət rəmzi xarakter daşıyır, ciddi əhəmiyyəti yoxdur. Görünür, İddiaçı başqa fikirdə olub. Yəni o, qızılları geri götürə bilməyəcəyini qabaqcadan bilmiş və buna görə də qızlları 2 qat artıq qiymətlə lombarda qoymuşdur. İş elə gətirmişdir ki, iddiaçı da vaxtı-vaxtında ödənişləri etməmişdir, onun isə vəziyyəti ağırlaşdığı üçün həmin qızıllar ünvan 2 ünvanda yerləşən X1 işlətdiyi lombarda qoyulmuşdur. Oradan isə qızlları vaxtında çıxarmaq mümkün olmamışdır. İddiaçının lombarda qoyduğu qızılların ümumi məbləği 8640 manat kimi qəbul edilməlidir (hər qram 60 manat olmaqla x 144 qram=8640 manat) İkincisi, İddiaçı qızılları girov qoyanda ondan ümumilikdə 3900 manat (700+1600+1600) borc götürmüşdür və həmin məbləğdən cəmisi 1600 manatı ödəmişdir. Qətnamədə göstərildiyi kimi, 28.01.2017-ci il tarixdə 18.04.2016-cı il tarixdə aldığı 1600 manat borcu qaytarmışdır. 10.02.2016-cı il tarixdə aldığı 700 manat borcu və 03.11.2016-cı il tarixdə aldığı 1600 manat borcu qaytarmamışdır. Beləliklə, aldığı 2300 manat (700 manat +1600 manat) borc çıxıldıqdan sonra, onun İddiaçı borcunun qalığı 8640 manat-2300 manat=6340 manat təşkil etməlidir. 2019-cu ildə aldığı 1000 manatın 500 manatını pul şəklində, 500 manatına görə də qızıl üzük verməklə ödəmişdir. Üçüncüsü, qızıllar faktiki olaraq Elnarə Tağıyevada qaldığı üçün iddiaçı heç olmasa Elnarə Tağıyevanı da 2-ci cavabdeh qismində işə cəlb edib, ona dəymiş zərəri Elnarədən tələb etməli idi. İddiaçı sadəcə ona qarşı cinayət təqibinin aparılmasından istifadə edərək, dəymiş zərəri Elnarədən deyil, ondan tələb etmişdir. Qeyd olunanlara baxmayaraq, iddianı yuxarıda göstərilən hesabat üzrə 6340 manat əsas borc+ 260 manat hüquqi xidmət haqqı+31 manat dövlət rüsumu olmaqla, cəmi 6631 manat məbləğində qəbul edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14.1-ci, 88-ci, 217.3-cü, 218.1-ci maddələrinin tələblərinə əməl etməmiş və iş üzrə həqiqi halları, tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən etməmiş və nəticə etibarı ilə məhkəmə qətnaməsinin qanuni və əsaslı olması barədə Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Göstərilən prosessual normaların pozulması düzgün olmayan qətnamə çıxarılmasına səbəb olduğu üçün, Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə qətnamənin ləğv edilməsi üçün (həm də dəyişdirilməsi üçün) əsasdır. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə əsasız istinad edilmişdir. O, nəinki əsassız varlanmamış, əksinə qanuni əsasla lombard xidməti göstərmiş və müflis olmuşdur. Nəticədə iddiaçıya və digər şəxslərə borclu qalmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli, 1(007)-94/2019 nömrəli qanuni qüvvəsini almış hökmünə əsasən məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs və mülki Cavabdeh ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxs İddiaçı aid epizodda etirafedici ifadələr verərək bildirmişdir ki, 10.02.2016-cı il tarixdə oğlu Vüsal Kərimov onun işlədiyi lombarda gedərək 800 manat pulu 6 faizlə, hər ay 50 manat ödəmək şərti ilə atası İddiaçı məxsus 51,2 qram çəkidə 01 ədəd boyunbağını girov qoymuş və o, G.TN 763841 nömrəli girov biletini Tahirə vermişdir. İddiaçı 28.04.2016-cı il tarixdə yenidən lombarda gələrək bu dəfə 1600 manat pulu 6 faizlə, hər ay 100 manat ödəmək şərti ilə 48,1 qram çəkidə 1 ədəd qızıl boyunbağını girov qoymuşdur və o bunun əvəzində GJN 763900 nömrəli girov bileti vermişdir. İddiaçı 03.11.2016-cı il tarixdə yenidən lombarda gələrək 1600 manat pulu 6 faizlə hər ay 100 manat ödəmək şərti ilə 23,3 qram çəkidə 01 ədəd qolbağı, 4,3 qram çəkidə 01 cüt brilyant sırğanı və 2 ədəd brilyant üzükləri girov qoymuş və bunun əvəzində İddiaçı GJN 763947 nömrəli girov bileti vermişdir. İddiaçı verdiyi pulları o Elnarə Tağıyevanın işlədiyi lombarddan götürmüş və götürdüyü girovları həmin lombarda öz adından 3 faizlə girov qoymuşdur. 02.02.2017-ci il tarixdə İddiaçı girovun faizlərindən cəmi 100 manat borcu qalmaqla 1600 ödəmiş, 28.04.2016-ci il tarixdə qoyduğu girovu çıxarmaq istəmiş, lakin həmin vaxt anası rəhmətə getdiyindən pulu xərcləmiş və girovu qaytara bilməmişdir. Hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh İddiaçı qızılların bir qismini lombardan geri götürmək üçün 1000 manat pul almış və bu barədə 27.07.2019-cu il tarixli iltizam imzalamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mülki mübahisəni əsassız varlanma barədə qanunvericiliyin müddəalarına əsaslanmaqla həll etmişdir. Lakin, iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında lombard xidməti göstərilməsinə dair münasibətlər olmuş, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdeh iddiaçıya məxsus 18000 manat dəyərində qızıl-zinət əşyalarını girov adı ilə qəbul edib ələ keçirərək ona həmin məbləğdə zərər vurmaqla dələduzluq əməli törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi işin müəyən edilmiş faktiki hallarına əsasən hazırkı iddia tələbinin qanuni əsasını delikt pozuntusundan irəli gələn hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Mülli Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(008)-2554/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərə görə 18500 (on səkkiz min beş yüz) manat pul, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 260 (iki yüz altmış) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 18791 (on səkkiz min yeddi yüz doxsan bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar