Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-884/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərərədən tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əli-zadə Çimnaz-xanım Salman qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 355-xx.xx.2018-003007 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 998,83 manat əsas borc, 11,26 manat faiz borcu, ödənilmiş 30,11 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 355-xx.xx.2018- 003007 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 998,83 (doqquz yüz doxsan səkkiz manat səksən üç qəpik) manat əsas borc, 11,26 (on bir manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1010,09 (min on manat doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 30,11 (otuz manat on bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx"ASC-yə ödənilməsi qət edilmişdir.
3. Qətnamə ilə razı olmayan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Qərardad belə əsaslandırılmışdır ki, cavabdeh şikayəti elektron qaydada versə də, qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalar şəklində tərtib etməmiş, eləcə də verilmiş şikayəti apellyasiya şikayəti deyil, apellyasiya protesti kimi qeyd etmişdir
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad tamamilə qanunsuz və əsassızdır. İddiaçının məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərini kobud pozur. Apellyasiya şikayəti verilən zaman Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə tam əməl olunmuşdur. Belə ki, Yasamal Rayon məhkəməsində iş gedən zaman məlumatı olmayıb və prosesə cəlb olunsaydı, tərəfindən iddia müddətinin ötürülməsi barədə müvafiq ərizəni təqdim edərdi. Bank tərəfindən ona kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə 30 ay müddətinə verilmiş və onun müddəti 2021ci ilin yanvarında bitmişdir. Bununla da iddiaçı müqavilədən irəli gələn 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının iddia müdətini ötürüb-ötürmədiyi hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Bu halları apellyasiya şikayətində qeyd etsə də, iddia tələbinin rədd olunması barədə tələbi olmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq apellyasiya şikayəti geri qaytarılmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında xx.xx.2025-ci il tarixdə baxılması qərara alınmış, daha sonra zərurət yarandığından məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsi Maddə 361.1.4. Apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-ə “Əlavə 2”, bənd 12. Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilməlidir.
15. Belə ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş, həmçinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər qrafalar şəklində göstərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin “apellyasiya protesti” başlığı ilə təqdim olunması onun mahiyyətini dəyişməməklə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsas deyildir.
17. Həmçinin, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, beləliklə də, tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyini də göstərmişdir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh şikayəti təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4982/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: