Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8841/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 46/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2” ASC Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-46/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-46/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-46/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, məhkəməyə Xətai Rayon Məhkəməsindən xx xxxxxx 2020-ci il tarixli 2(011)-46/2020 saylı məktub daxil olmuşdur və məktubda qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)- 46/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(011)-46/2020 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8841/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8841/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver