Məhkəmə qərarları › İş №2(103)-8847/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8847/2020

25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8847/2020 25.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sait tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sait tələbləri barədə” iddiası qismən təmin edilmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən cavabdehlər tərəfindən də apellyasiya şikayətinin verildiyi bildirmiş və həmin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan, iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Odur ki, qeyd olunan maddələrin tələbləri baxımından Məhkəmə hesab edir ki, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sait tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehlərin verdikləri apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə uyğun verilib-verilməməsinin müzakirə edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar