Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8854/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-601/2020 saylı qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-601/2020 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Cavabdeh qızıl-zinət əşyalarının dəyərinə görə 5250 manat, hüquqi xidmətə görə 267 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5547 manatın X2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-601/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-601/2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 601/2020 saylı qətnaməsindən Cavabdehnın verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-601/2020 saylı qərardadından Cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001 )-601/2020 saylı iş üzrə çıxardığı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeri qaytarılmışdır. Qətnamənin qaytarılmasına səbəb tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətini buraxması görsədilmişdir. Məhkəmə qərardadının əsaslandırıcı hissəsində göstərilmişdir ki, o, qətnaməni xx.xx.2020- i ildə almış, dövlət rüsumunu xx.xx.2020-ci ildə ödəmiş, apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Göstərmək istərdi ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olmuş və bu səbəbdən özü də bilmədən prosessual müddəti buraxmışdır. O, poçtalyon işləyir, məhkəmə iclaslarından mələlumatı olmadığından iştirak etmədiyi səbəbi ilə hüquqlarını müdafiə edə bilməmişdir. Belə ki, qeydiyyatda olduğu ünvanda yaşamır. Bu şəbədən prosessual müdafiə hüquqlarının təmin olunması əmlak hüquqlarının müdafiəsi üçün hazırkı qərardad ləvğ edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılmaq üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı X3 şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayəti onun verilməsi üçün nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmişdir. Mülki işin sənədlərindən müəyyən olunur ki, məhkəmə aktının surəti tərəflərə vaxtında göndərilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-601/2020 saylı qətnaməsini xx.xx.2020-ci il tarixdə rəsmi qaydada aldığı halda apellyasiya şikayəti üzrə dövlət rüsumunu xx.xx.2020-ci il tarixdə ödəmiş, apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə müvafiq poçt şöbəsinə təqdim etmiş, xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılmasından ibarət gəldiyi nəticə qanuni və işin hallarına tam uyğun olmuşdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 360, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 601/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmdova
Məhkəmə qərarları › İş №2(103)-8854/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8854/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver