Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8874/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-672/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə borclu Cavabdeh 01 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1429 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödən şlər etdikdən sonra kreditora 598 manat borcu qalıb. İş üzrə borclu Cavabdeh 16 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 720 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 520 manat borcu qalıb. Odur ki, borcludan 1118 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1138 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Ona görə də, xx.xx.1977ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1118 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1138 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(007)- 3088/2020 nömrəli məhkəmə əmrinə əsasən cəmi 1118 manat borc və ödənilmiş 20,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmuşdur. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək qeyd edilən məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatında baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(007)- 3088/2020 nömrəli qərardadına əsasən, borclu Cavabdeh etirazı təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(007)- 3088/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-672/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 01 yanvar 2019-cu il tarixli müqavilə üzrə 598 manat ödənilməmiş hissə, 16 iyun 2019-cu il tarixli müqavilə üzrə 520 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1118 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qəbul etdiyi qətnamədə çəkişmə prinsipinin tələblərinə əməl etməmiş, iddianı ona münasibətdə təmin edərkən gəldiyi nəticəni əsaslandırmamış, tərəfindən irəli sürülə biləvək dəlillərin olması mümkünlüyünə diqqət etməmiş, yəni məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu isə onun hüquqlarının kobud, əhəmiyyəli dərəcədə pozuntusu deməkdir. Həmçinin nəzərə alınmalıdır ki, həm pulu tələb edən, həm də borcu hesablayaraq hansı məbləğdə ödəniş edildiyini və qalıq borcun məbləğini göstərən İddiaçı MMC olduğu üçün həmin sübut mötəbər hesab oluna bilməz. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-672/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2019-cu il tarixli müqavilədən və onlara əlavələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 720 manat olan məişət avadanlığı almışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli müqavilədən və onlara əlavələrdən görünür ki, Cavabdeh İddiaçı MMCdən ümumi dəyəri 1429 manat olan məişət avadanlığı almışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir İş materiallarında olan İddiaçı MMC-nin 15 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 yanvar 2019-cu il tarixli müqavilə üzrə 598 manat borcu, 16 iyun 2019-cu il tarixli müqavilə üzrə 520 manat olmaqla ümumilikdə 1118 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 1118 manat manat ödənilməmiş əsas borcu qalmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmədə iştirakının təmin edilməməsini qeyd etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmiş və mobil telefonuna sms xəbərdarlıqlar göndərilməklə məhkəmə iclasları barədə xəbərdar edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya icraatı zamanı da, məhkəmə iclası barədə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırılsa da məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili olan borc məbləğinin düzgün hesablanmaması dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu dəlili təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-672/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-672/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8874/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8874/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver