Məhkəmə qərarları › İş №2(103)-8875/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8875/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8875/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 125203-1-11203 saylı, 27.05.2014cü il tarixli “Kredit xətti müqaviləsi”nə əsasən 1.164,26 ABŞ dolları məbləğində əsas borcun, 503,26 ABŞ dolları məbləğində faiz borcunun və 50,56 ABŞ dolları məbləğində cərimənin, cəmi 1.718,08 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun borcludan tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2596/2016 saylı, 01 aprel 2016-cı il tarixli məhkəmə əmrinə əsаsən xx.xx.1988-ci ildə ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc qismində 1.164,26 ABŞ dolları məbləğində əsas kredit borcu, 503,26 ABŞ dolları məbləğində faiz borcu, 50,56 ABŞ dolları məbləğində cərimə, cəmi 1.718,08 ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh tərəfindən verilmiş etiraza əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixl qərardadı ilə 2(007)-2596/2016 saylı, 01 aprel 2016-cı il tаriхli məhkəmə əmri ləğv edilmiş və ərizəyə tərəflərin iştirаklаrı ilə ümumi iddiа icrааtı qаydаsındа bахılmаsı qərаrа аlınmışdır. Kreditor "xxxx" (Azərbaycan) Açıq Səhmdаr Cəmiyyəti məhkəmə əmrinin verilməsinə dair ərizəsini оnunla əsaslandırmışdır ki, "xxxx" (Azərbaycan) Açıq Səhmdаr Cəmiyyəti məhkəmə əmrinin verilməsinə dair ərizəsini оnunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanan 125203-1-11203 saylı, 27.05.2014-cü il tarixli “Kredit xətti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədilə 24 ay müddətinə, illik 32 faiz hesablanmaqla 1.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu kredit vəsaitindən istifadə etsə də, krediti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyib, nəticədə borc yaranmışdır. Belə ki, Cavabdeh müqaviləyə əsasən öhdəliklərini 17.11.2014-cü il tarixdən icra etmir. Bununla əlaqədar olaraq, bank tərəfindən borcluya pretenziya məktubları və bildiriş göndərilmişdir. Lakin borclu öhdəliklərini tam icra etməmişdir. Belə ki, 22 fevral 2016-cı il tarixə borclunun Banka öhdəliyi yerinə yetirmədiyi üçün müqavilə üzrə 1.164,26 ABŞ dolları məbləğində əsas borc, 503.26 ABŞ dolları məbləğində faiz borcu və 50,56 ABŞ dolları məbləğində cərimə, cəmi 1.718,08 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 27.05.2014-cü il tarixli kreit müqaviləsi üzrə 1.164,26 ABŞ dolları əsas borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi kredit müqaviləsi üzrə borcun müəyyən olunması hissəsində əsassızdır. Mütləq sübut kimi qəbul edilən 15 aprel 2021-ci il tarixli 16-00910-2021 saylı Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəmə sorğusuna cavabda aparılmış hesablamalar, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, məhkəmə sorğusunda da qeyd edildiyi kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019- ci il tarixli 551 nömrəli Fərmanının tətbiqinə dair Qaydalarının 6.16-cı bəndində qeyd edildiyi kimi, fiziki şəxslərinin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin 31-də başa çatmışdır. Tərəflər arasında bağlanmış 27.05.2014-cü il tarixli 125203-1-11203 saylı kredit müqaviləsinə əsasən müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər “ödəniş cədvəlinə” əsasən “Kredit alan” tərəfindən cari hesabına nağd mədaxil edilməklə və ya köçürməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətinə tamamən qaytarılır. Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə sorğusuna cavabda, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq yalnız əsas borcu əks olunmuşdur və bununla da əsassız rəy tərtib etmişdir. Məhkəmə sorğusuna cavab tərəflər arasında bağlanmış müqavilə şərtlərini əks etdirmir və yalnız əsas borcu özündə əks etdirir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinintam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 bank tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etsədə apelyasiya şikayətinin məzmununda qətnaməni faiz və cərimə borcunun tutulmaması hissəsində mübahisələndirmişdir. Apelyasiya şikayətində qətnamənin qalan hissələri iddiaçı tərəfindən mübahisələndirilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 125203-1-11203 saylı, 27 may 2014-cü il tarixli “Kredit xətti müqaviləsi”ndən görünür ki, müqavilənin şərtlərinə görə Cavabdeh istehlak məqsədilə 24 ay müddətinə, illik 32 faiz hesablanmaqla 1.200 ABŞ dolları məbləğində kredit verilmiş və o, həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür.(İ.v. 9 - 14) İş materiallarında olan, "xxxx" ASC tərəfindən Kredit alan Cavabdeh ünvanlanmış 15.02.2016-cı il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 125203-1-11203 saylı, 27.05.2014-cü il tarixli “Kredit xətti müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin etməsi barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.(İ.v. 16 - 17) İş materiallarında olan, 15.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 125203-1-11203 saylı, 27.05.2014-cü il tarixli “Kredit xətti müqaviləsi” üzrə 15.02.2021-ci il tarixinə 1.164,26 ABŞ dolları məbləğində əsas borc, 705,07 ABŞ dolları məbləğində faiz borcu və 27,64 ABŞ dolları məbləğində cərimə, cəmi 1.896,97 ABŞ dolları məbləğində borcu vardır.(İ.v. 71) İş materiallarında olan, Azərbaycan Respublikası Mərkəzi Bankının 15 aprel 2021-ci il tarixli, 16-1-00910-2021 saylı məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.05.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019- ci il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşüdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə sözügedən kredit razılaşması üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 1.164.26 ABŞ dolları təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur.(İ.v. 64 - 65) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5.1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Göründüyü kimi, kompensasiya ödənişi ediləcək şəxslərin siyahısı, kompensasiya məbləğinin hesablanması və fərmanın təsir dairəsinə düşdüyü təqdirdə müvafiq kompensasiyanın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Odur ki, məhkmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc hissəsində təmin olunması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmçinin İddiaçı ASC-nin nümayəndəsi Əsgər Kərimov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı ASC-nin nümayəndəsi Əsgər Kərimovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar