Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8877/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh X18 və onun nümayəndəsi və vəkili X21 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(001)-2630/2020 saylı qətnaməsindən cavabdeh X30 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X30 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X13 müştərək qaydada 5.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan “Mercedes Benz” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 10 illik müddətə qızı X11 adına baş etibarnamə vermiş, qızı Salmanova Aygün anası tərəfindən verilmiş etibarnamə ilə maşını baş etibarnamə ilə X4. Onu cavabdeh X18 həyat yoldaşı Musayev Zaur ilə onun kürəkəni Əsgərov Elnur tanış etmişdir. Əsgərov Elnur ona demişdir ki, Zaur adlı qaynı maşın satır və maşın onun həyətindədir. O, da Elnurla birlikdə Zaurla görüşmüşdür. Görüş zamanı Zaur maşının cavabdeh X18 adına olduğunu qeyd etmişdir. Zaur ondan şəxsiyyət vəsiqəsini almış və həyat yoldaşından onun adına Baş etibarnamə alacağını və 5.000 manat pulu ona təhvil verdikdən sonra avtomobili təhvil verəcəyini bildirmişdir. Bundan sonra baş etibarnaməni rəsmiləşdirərək, maşının sənədləri ilə birlikdə ona vermiş, o da razılaşdırılmış 5.000 manat pulu Zaura ödəmişdir. Maşını alandan sonra 1.100 manat xərc çəkib, maşını təmir etdirmişdir. Bir qədər borca pul götürmüş, lakin borcu qaytara bilməmiş və borcu qaytarmaq üçün maşını satmaq qərarına gəlmişdir. Cavabdeh X18 verdiyi baş etibarnamə ilə avtomobili 19.04.2019-cu il tarixdə 5.900 manata X25 adlı şəxsə satmışdır. Bir müddət sonra X25 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, avtomobilin sahibi Cavabdeh1 verdiyi baş etibarnaməni ləğv etdiyini bildirmiş və ona verdiyi 5.900 manat məbləğində pulun qaytarılmasını tələb etmişdir. Həmin məhkəmənin 15.11.2019-cu il tarixli qətnaməsi ilə X14 iddiası təmin edilmiş və 5.900 manat pulun ondan alınaraq, X19 verilməsi qət edilmişdir. Cavabdeh X22 verilmiş baş etibarnamə ləğv edildiyindən ona 5.000 manat məbləğində zərər vurulmuşdur. Məhkəmənin təşəbbüsü ilə X34 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 14 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ** XN *** dövlət nömrə nişanlı, “Mercedes C180” minik markalı avtomobil hazırda onun sahibliyindədir. Belə ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə ondan tutulmuş 5.900 manat məbləğində pulu X20 ödəmiş və bundan sonra sonuncu avtomobili ona qaytarmışdır. Hazırda da avtomobil onun sahibliyindədir. Həmin avtomobil üçün tərəfindən ödənilmiş 5.000 manat məbləğində pul ona qaytarıldıqdan sonra avtomobilin təhvil verilməsini təmin edəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. 14 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ** XN *** dövlət nömrə nişanlı, “Mercedes C180” minik markalı avtomobili X5 və onun tərəfindən X22 baş etibarnamə başqa məqsədlər üçün verilmişdir. Lakin Cavabdeh1 X18 avtomobillə bağlı qanunsuz hərəkətlərini bildikdən sonra həmin baş etibarnaməni ləğv etdirmişdir. Cavabdeh1 İddiaçı tanımır və ona həmin avtomobili satmamış, ümumiyyətlə onun bu avtomobili İddiaçı satılmasından məlumatı olmamışdır. Mülkiyyətində olan həmin avtomobil də hazırda qanunsuz olaraq, iddiaçının sahibliyindədir ki, bununla bağlı da İddiaçı qarşı avtomobilin qaytarılması tələbi ilə iddia qaldırılması istisna deyil. Göstərilnlərin nəzərə alınmasını və iddianın Cavabdeh1 aid hissədə rədd edilməsini xahiş etmişdir. 14 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X35 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o cavabdeh X18 əri X26 qaynıdır. X9 Vəfa Şikar qızının onun sahibliyində və istifadəsində olan ** XN *** dövlət nömrə nişanlı, “Mercedes C180” minik markalı avtomobili satdığını bildirmişdir. O, da bu barədə İddiaçı məlumat vermişdir. Sonuncu da həmin avtomobili almaq istədiyini bildirdikdən sonra o, həmin şəxsləri tanış etmiş və nəticədə avtomobilin 5.000 manat pula satılmasına dair razılıq əldə edilmişdir. Bununla bağlı X30 tərəfindən İddiaçı həmin avtomobillə bağlı baş etibarnamə verilmiş, İddiaçı isə razılaşdırılmış 5.000 manat pulu X31 təqdim etdikdən sonra avtomobili təhvil almışdır. Tərəflər onun vasitəsi ilə tanış olduqlarından o, bu proseslərdə şəxsən iştirak etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2020-ci il tarixli məhkəmə iclasından sonra “Mercedes C180” minik markalı, ** XN *** dövlət nömrə nişanlı avtomobili Cavabdeh1 təhvil verdiyini və onun tərəfindən bu halı təsdiq edən notarial qaydada ərizənin ona verildiyini, hazırda onun Cavabdeh1 qarşı hər hansı tələbinin olmadığını və ona münasibətdə tələbin həcmini azaltdığını bildirmiş və X15 5.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbinin həcminin azaldılması barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ** XN *** dövlət nömrə nişanlı, “Mercedes C180” minik markalı avtomobil ona X30 tərəfindən baş etibarnamə ilə 5.000 manat məbləğində pula satılmış, o, da eyni qaydada həmin avtomobili 5.900 manat pula X1. X10 verilmiş etibarnamə Cavabdeh1 tərəfindən ləğv edildikdən sonra ona verilmiş və onun tərəfindən X20 verilmiş etibarnamələr də öz qüvvəsini itirmişdir. Bu səbəbdən də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 5.900 manat ondan X16 xeyrinə tutulmuşdur. Hesab edir ki, onun tərəfindən X22 verilmiş 5.000 manat məbləğində pul da X15 onun xeyrinə tutulmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(001)- 2630/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X15 5.000 (beş min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan cavabdeh X30 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı X34 avtomobil alğı-satqısı ilə məşğul olmuş və müxtəlif vaxtlarda ondan etibarnamələr almışdır. Lakin, həmin etibarnamələr əsasında hansı əməliyyatlar aparması haqqında məlumatı olmamışdır. İddiaçını tanımır və onunla avtomobil alğı-satqısı ilə bağlı münasibətləri olmamış, keçmiş həyat yoldaşı tərəfindən iddiaçıdan pul alınması barədə məlumatsız olmuşdur. İddiaçının münasibətləri keçmiş həyat yoldaşı X34 ilə olsa da, ona qarşı tələb irəli sürmüşdür. Ona görə də o, iddiaya cavab verməli olan şəxs olmadığından, iddia tələbi ona münasibətdə təmin edilə bilməzdi. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini və ona münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə cavabdeh X30 və onun nümayəndəsi və vəkili X29 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(001)-2630/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apelyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(001)-2630/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə əlaqəli yoxlayıb, tərəflərin apelyasiya icraatında verdikləri izahatları qiymətləndirib hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(001)-2630/2020 saylı qətnaməsi ləğv edilərək, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, “Mercedes Benz” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. Həmin şəxs mülkiyyətində olan qeyd edilən nəqliyyat vasitəsini cavabdeh X22 üzərində sərəncam vermək hüququ da daxil olmaqla 22 oktyabr 2019-cu il tarixədək etibar etmişdir. Cavabdeh X30 da Cavabdeh1 adından onun verdiyi etibarnamə əsasında hərəkət edərək, həmin avtomobili İddiaçı üzərində sərəncam vermək hüququ da daxil olmaqla digər hərəkətlər etməyi etibar etmiş və avtomobili ona təhvil vermişdir. İddiaçı da eyni qaydada rəsmiləşdirmə apararaq, avtomobili 5.900 manat pula X6 və avtomobili ona təhvil vermişdir. Bundan sonra Cavabdeh1 X22 verdiyi etibarnaməni ləğv etdirmişdir. Bu səbəbdən X20 İddiaçı tərəfindən verilmiş etibarnamə öz hüquqi qüvvəsini itirmişdir. X7 İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı verdiyi 5.900 manat pulun qaytarılmasını tələb etmişdir. Həmin məhkəmənin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə qeyd edilən məbləğ İddiaçı X16 xeyrinə tutulmuşdur (bu məbləğ artıq ödənilmişdir). Bundan sonra nəqliyyat vasitəsi X25 tərəfindən İddiaçı qaytarılmış və İddiaçı da həmin avtomobili artıq onun mülkiyyətçisi Cavabdeh1 təhvil vermişdir. Hazırda iddiaçı həmin avtomobili etibarnamə ilə X15 5.000 manat pula aldığını və sonradan etibarnamə ilə 5.900 manat pula X2, 5.900 manat pulun onun tərəfindən X20 qaytarıldığını, bu səbəbdən onun tərəfindən verilmiş 5.000 manat pulun da ona ödənilməli olduğunu bildirir və həmin pulun X15 tutulmasını tələb edir. Məhkəmə iclasında ifadəsi alınmış şahid X35 mübahisəli avtomobilin X30 tərəfindən satıldığını və nəticədə İddiaçı tərəfindən 5.000 manat pula etibarnamə ilə alındığını, bu proseslərdə şəxsən iştirak etdiyini bildirir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında hesab etmişdir ki, əmlak barəsində mülkiyyətçi tərəfindən etibarnamə verilməsi heç bir halda mülkiyyət hüququnun ötürülməsi hesab edilə bilməz. Etibarnamə mülkiyyətçinin iradəsinə uyğun olaraq müddətlə məhdudlaşdırılır və bu baxımdan mülkiyyətçi istədiyi vaxt etibarnaməyə xitam verə bilər. Etibar edilən ona verilən etibarnamə əsasında təmsilçilik fəaliyyəti göstərməklə yalnız etibar edənin adından hərəkət edir və etibar edən üçün hüquq və vəzifələr yaradır. Başqa sözlə, etibar edilən heç bir halda ona verilən etibarnamə əsasında özü barəsində əqd bağlaya bilməz. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya verilən etibarnamə qüvvədə olma müddətindən asılı olmayaraq, heç bir halda avtomobilin satılması kimi başa düşülə bilməz. Belə ki, alğısatqı müqaviləsi elə bir hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüququ münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsi ilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni mütləq əşya hüququ qazanır. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların, o cümlədən avtomobillərin də alğı-satqı dair məhz yazılı müqavilənin imzalanması və onun mübafiq qaydada rəsmiləşdirilməsi imperativ qaydada müəyyən edilmişdir. Bununla belə, cavabdeh X3 Sədaqət Həsənağa qızının mülkiyyətində olan “Mercedes Benz” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə İddiaçı sata bilməzdi və ona verilmiş etibarnamə alğı-satqısı kimi qiymətləndirilə bilməz. Halbuki, cavabdeh X3 Sədaqət Həsənağa qızının adından onun verdiyi etibarnamə əsasında hərəkət edərək, həmin avtomobili İddiaçı üzərində sərəncam vermək hüququ da daxil olmaqla digər hərəkətlər etməyi etibar etməsinə baxmayaraq, nəticə etibarı ilə avtomobili bu yolla 5.000 manat pula ona satmışdır. Bu hal, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş şahid X35 tərəfindən verilən ifadə, habelə işin digər halları ilə öz təsdini tapır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilənədək onların biri-birini tanıması müəyyən edilməmişdir. Etibarnamənin iddiaçıya təqdim edilməsi və avtomobilin iddiaçıya təhvil verilməsi də iddiaçının əvvəllər tanımadığı X34 adlı şəxs tərəfindən həyata keçirilmiş, iddiaçı tərəfindən 5.000 manat pul da X22 ötürülməsi üçün (hər bir halda etibarnamə X30 tərəfindən verilmişdir) məhz bu şəxsə verilmişdir. Başqa sözlə, iddiaçı sonadək cavabdehlə ünsiyyətdə olmamışdır. Bu da öz növbəsində hər hansı başqa əsasla avtomobilin iddiaçının istifadə və sahibliyinə verilməsini istisna edir. Hüquqi nəticə etibarı ilə cavabdeh X30 hər hansı qanuni və ya müqavilə əsası olmadan İddiaçı hesabına 5.000 manat məbləğində pulu əldə etmiş və sonuncuya məxsus olan bu məbləği özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bu səbəbdən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.6, 21.1, 21.2, 139.2, 359.1, 650, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya işin materiallarını, tərəflərin izahatlarını apelyasiya şikayətinin dəlilləri ilə qarşılıqlı təhlil edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş (Mülki Prosessual Məcəllənin 390-cı maddəsi) və həmin nəticəyə maddi hüquq normalarını səhv təfsir etdiyindən (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi), qətnamə qanuni və əsaslı hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətqaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı dəymiş zərərə görə pul tələbi ilə məhkəməyə müraciət edərək, tələbini iş üzrə cavabdeh hesab etdiyi X22 qarşı onunla əsaslandırmışdır ki, cavabdehin adından verilmiş etibarnamə əsasında onun həyat yoldaşı X23 avtomaşın almış və avtomaşının alınmasına görə Musayev Zaura 5000 manat pul ödəmiş, sonradan mülkiyyətçi etibarnaməni ləğv etdirib, avtomaşını ondan aldığı üçün, aldığı avtomaşına görə ödəmiş olduğu pulu avtomaşına görə adına etibarnamə olmuş hazırki cavabdehdən tələb edir və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1 və 385-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsində, həmçinin məhkəmədə verdiyi izahatlarında avtomaşının alınması barədə bütün danışıqları hazırki iş üzrə cavabdeh hesab etdiyi şəxsin həyat yoldaşı ilə aparmış və tələb etdiyi pulu da həmin şəxsə vermişdir. Hazırki cavabdehlə avtomaşın alınması və pulun verilməsi barədə hər hansı bir danışıqlarının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X36 da ifadəsində iddiaçının avtomaşını alması barədə bütün danışıqların hazırki iş üzrə cavabdehin həyat yoldaşı X34 onun iştirakı ilə apardığını və iddiaçının da 5000 manat pulu avtomaşına görə X31 onun yanında verdiyini bildirmiş və həmin ifadəsində də iddiaçının X24 tanımadığını və onunla hər hansı bir avtomaşının alınması barədə danışıqlar aparmadığını bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, satılması nəzərdə tutulan avtomobilə dair cavabdeh X18 adına etibarnamə olduğundan və həmin vaxt o, xəstəxanada olduğundan Musayev Zaur özü xəstəxanaya gedərək, Vəfa Məmmədovadan etibarnamə almış, lakin etibarnamə alarkən iddiaçı xəstəxanaya getməmiş və Vəfanı görməmişdir. İş üzrə cavabdeh X30 apelyasiya şikayətində və apelyasiya icraatı zamanı verdiyi izahatında hazırki iş üzrə iddiaçını tanımadığını, avtomaşının alğı-satqısı barədə onunla hər hansı bir danışığının olmadığını, avtomaşına görə ondan pul almadığını, həyat yoldaşına avtomaşına görə pul verilməsindən məlumatı olmadığını bildirmiş və eyni zamanda göstərmişdir ki, keçmiş həyat yoldaşı Zaur Musayev avtomobil alğı-satqısı ilə məşğul olmuş və bu niyyətlə də onun adına mütəmadi etibarnamələr verilmiş, axırıncı dəfə xəstəxanada stasionar müalicədə olduğu vaxt həyat yoldaşı xəstəxanaya gələrək, ona bəzi sənədlərə imza etdirmiş, lakin həmin sənədlərin məzmunundan məlumatsız olmuşdur. Həyat yoldaşı Zaur Musayevin kiminlə danışdığı, kimdən maşın alıb, kimə satmasından, bunun müqabilində nə vaxt, nə qədər pul almasından məlumatı olmamışdır. Həyat yoldaşı Zaur Musayevlə münasibətləri pozulduğu üçün ondan ayrılmış və hazırda da onun harada olmasından məlumatsızdır. Hazırki iş üzrə iddiaçını tanımamış, yalnız icra məmuru onu icra şöbəsinə dəvət edəndə, belə bir işin olduğunu bilmişdir. O, həmçinin bildirdi ki, onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmadığından, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Cavabdeh X18 apelyasiya icraatı zamanı təqdim etdiyi Ə.Əliyev adına Az.DHTİ-nun Plastik və Rekonstruktiv cərrahiyyə klinikasının 12 oktyabr 2021-ci il tarixli 325 saylı arayışından görünür ki, o, 22 oktyabr 2018-ci ildən 24 oktyabr 2018-ci il tarixədək, Klinikada müalicədə olmuşdur. Kollegiya cavabdeh X18 birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak etmədiyini nəzərə alaraq (Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsi), onun təqdim etdiyi tibbi arayışı sübut kimi qəbul edilib, qiymətləndirilməsini mümkün hesab etmişdir. Kollegiya işin qeyd edilən halları ilə müəyyən etmişdir ki, iddiaçı ilə avtomaşının alğısatqısına dair hazırki iş üzrə cavabdeh hesab edilən X30 arasında hər hansı bir münasibət olmamış, iddiaçının cavabdehə hər hansı bir məbləğdə pul verməsi öz təsdiqini tapmır. Əksinə müəyyən edilir ki, iddiaçı avtomaşına görə iddia etdiyi pul məbləğini cavabdehin keçmiş həyat yoldaşı Zaur Musayevə vermişdir. Bu hal həm iddiaçının özünün izahatı, həm iş üzrə şahid Elnur Əsgərovun ifadələri ilə təsdiq edilir. Həmçinin müəyyən edilir ki, iddiaçı iddia etdiyi avtomobilin alınması üçün etibarnamə verilərkən cavabdeh stasionar müalicədə olmuşdur. Kollegiya işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, X30 hazırki iddia tələbinə cavab verən şəxs hesab oluna bilməz. Belə ki, iddiaçının iddia etdiyi avtomobilə görə etibarnamə verilənədək, etibarnamə verilən vaxt və ondan sonra iddiaçı ilə cavabdeh bir-birlərini tanımamış və hər hansı bir ünsiyyətdə olmamışlar. Etibarnamənin iddiaçıya təqdim edilməsi və avtomobilin iddiaçıya təhvil verilməsi iddiaçının tanış olduğu X34 tərəfindən həyata keçirilmiş və iddiaçı tərəfindən 5000 manat pul da məhz ona verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Kollegiya qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, işin hallarına əsasən X18 iddiaçıya məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya zərər yetirməsi, əsassız varlanması halı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1). Qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alan kollegiya hesab edir ki, X30 hazırki iddia tələbinə cavab verən şəxs hesab edilmir. Ona görə də iddia tələbi təmin oluna bilməz. Lakin birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamış və bu səbəbdən də gəldiyi qənaəti əsaslı olmamışdır. Kollegiya eyni zamanda qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçının pul vəsaiti X34 tərəfindən əldə edilib saxlandığından, iddia da ona qarşı qaldırıla bilər. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Mülki Prosessual Məcəllə nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh X30 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(001)-2630/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X22 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8877/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8877/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver