Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8894/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-82/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsinin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-82/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC ilə cavabdeh X7 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, RBN-6412/BK RES DEV2 saylı Baş kredit müqaviləsi üzrə 128309.52 ( bir yüz iyirmi səkkiz min üç yüz doqquz manat əlli iki qəpik) manat əsas, 24442.96 ( iyirmi dörd min dörd yüz qırx iki manat doxsan altı qəpik) manat faiz borcu, 1000 ( bir min) manat cərimə borcu olmaqla, cəmi 153752,48 ( bir yüz əlli üç min yeddi yüz əlli iki manat qırx səkkiz qəpik) manat, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi və 4 saylı X4 bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu cavabdeh X2 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, İpoteka predmeti olan cavabdeh X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzilinin ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat məbləğində müəyyənedilməklə tutma həmin mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələbləri ödənilməsi, İpoteka predmeti olan Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzilinin ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyənedilməklə tutma həmin mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələbləri ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın. (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X3 qaytarımalsı, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin, 14 nömrəli mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4, X1 və Cavabdeh5 həmin mənzildən çıxarılsın. (iddiaçıya satıldığı təqdirdə), İddiaçı” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat cavabdeh X2 tutularaq dövlət nəfinə (Az.MEM, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi və iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı ASC apelyasiya şikayəti vermiş və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sonradan iş üzrə Cavabdeh1 apelyasiya şikayəti, eləcə də ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə vermişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-82/2020 nömrəli qətnaməsindən xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Qətnamə ona rəsmi qaydada xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Şikayət vermənin son müddəti novruz bayramı günlərindən sonrakı ilk iş günü olmalı idi. Lakin pandemiya ilə bağlı xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə qeyri-iş günləri aprel ayının 6dək uzadılmışdır. Sonra gözlənilmədən mart ayının 31-də həmin qərar ləğv edilmiş və faktiki olaraq 01 aprel iş günü elan edilmişdir. Bu isə şikayət vermə ilə bağlı prosessual müddətin müəyyən edilməsində onun üçün qeyri-müəyyənlik və çətinlik yaratmışdır. Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarları ilə ölkədə tətbiq olunmuş xüsusi karantin rejimi şəraitində evdən çıxmağa qadağalar qoyulmuşdur. O, 3 il əvvəl ürək-damar şuntlanması əməliyyatı keçirmiş (epikriz iş materiallarında var). Xroniki ürək-damar xəstəliyindən əziyyət çəkənlər koronavirusun törətdiyi fəsadlara qarşı həssas olduğundan, bir müddət evdən çıxmağa ehtiyat etmişdir. Buna görə apelyasiya şikayəti mətninin hazırlatdırıb göndərilməsi bir neçə gün vaxt aldı. Bunu gözlənilmədən iş günü elan edilmiş aprelin 1-dən 4-nə kimi etmək onun üçün mümkün olmamışdır. Buna görə şikayəti bu ərizə ilə birlikdə xx.xx.2020-ci il tarixdə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-82/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsi təmin edilmiş, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-82/2020 saylı qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Həmin qətnamədən isə apelyasiya şikayət vermə müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir. Lakin ölkə ərazisində həmin vaxt həm Novruz bayramı ilə əlaqədar qeyri iş günləri, eləcə də ölkə ərazisində “COVİD19” pandemiyası ilə əlaqədar bəzi qadağalar mövcud olduğundan, eləcə də həmin qadağalar getdikcə sərtləşdiyindən apelyasiya şikayətinin vaxtında verilməsi mümkün olmamışdır İddiaçının həmin qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh poçt vasitəsilə apellyasiya şikayətini verə bilərdi. Belə ki, sərtləşdirilmiş karantin dövründə poçt xidməti fəaliyyət göstərmiş və həmçinin cavabdeh evdən çıxmadan kuriyer vasitəsilə apellyasiya şikayətini məhkəməyə göndərə bilərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi, həmçinin digər cavabdehlər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, Cavabdeh1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-82/2020 saylı qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Həmin qətnamədən isə apelyasiya şikayət vermə müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir. Bununla belə ölkədə koronavirus pandemiyasının yayılmağa başlaması ilə əlaqədar xx xxxx 2020-ci il tarixindən etibarən ciddi karantin rejiminin tətbiq olunduğunu nəzərə almaqla kollegiya hesab edir ki, ərizəçinin vaxtında apellyasiya şikayəti verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hal, yəni ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbi ilə vaxtında şikayət verə bilməməsi, ötürülmüş müddətin bərpasına əsas verə biləcək üzrlü hal kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-82/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8894/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8894/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver