Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-89/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəllaləddin qızının katibliyi ilə, İddiaçı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə ödənişlərin tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2018-ci il tarixli qətnamədən cavabdehlərin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçı MMM-nin vəkili (nümayəndəsi) X1, Cavabdeh1 özünün, onun vəkili (nümayəndəsi) X2 və nümayəndəsi X9, Cavabdeh2 özünün, onun vəkili (nümayəndəsi) X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMM iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında 10.04.2017-ci il tarixdə bağlanmış 416/L-17 saylı "xxxx" vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilənin predmetinin – MMM-ə məxsus olan “Mercedes Benz E 220 CDİ” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 alınaraq MMM-ə qaytarılması, həmin müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 9.631,4 manat, hesablanmış mükafat borcunun ödənilməsi məqsədi ilə 1.230,38 manat, öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş dəbbənin ödənilməsi məqsədi ilə 1.125,25 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borclu Cavabdeh1 və onun öhdəliklərinin icrasına 10.07.2017-ci il tarixli "xxxx" üzrə zamin durmuş Cavabdeh2 tutularaq ona (MMM-ə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMM ilə Cavabdeh1 arasında 10.04.2017ci il tarixdə bağlanmış 416/L-17 saylı "xxxx" əsasən Cavabdeh1 MMM-ə məxsus “Mercedes Benz E 220 CDİ” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobili istifadəyə almış və üzərinə öhdəlik götürmüşdür ki, müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan "xxxx" uyğun olaraq ümumilikdə 11.500 manat əsas, 3.931,93 manat hesablanmış mükafat məbləğini 24 ay müddətinə MMM-ə hissə-hissə ödəməlidir. MMM ilə Cavabdeh1 və iş üzrə digər Cavabdeh2 arasında 10.07.2017-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsinə” əsasən Cavabdeh2 Cavabdeh1 "xxxx" üzrə iddiaçı MMM qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Buna baxmayaraq cavabdehlər qeyd edilən həmin müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə onların MMM-ə 4.437,83 manat məbləğinə əsas, 2.635,17 manat məbləğində hesablanmış mükafat borcları yaranmışdır. Öhdəliklərin icra edilməməsinə görə MMM yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə əsaslanaraq cavabdehlərə 1.125,25 manat məbləğində dəbbə tətbiq etmişdir. MMM-nin əməkdaşları yazılı və şifahi qaydada cavabdehlərə dəfələrlə müraciət edərək borcun ödənilməsini tələb etsələr də cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Bu səbəbdən də MMM hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.05.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh1 qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissəsində təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı MMM-dən avtomobili götürdükdən sonra onun maliyyə durumunda müəyyən problemlər yaranmışdır. O, həmin avtomobildən cəmi 3 ay istifadə etmiş və avtomobili MMM-ə təhvil vermişdir. Həmin vaxt avtomobili başqa şəxsə - Cavabdeh2 almaq istədiyindən MMM-nin əməkdaşları ona ərizə yazdırtmışlar ki, o avtomobilin Rüfətə verilməsinə etiraz etmir. Lakin Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman ona məlum olmuşdur ki, avtomobilə dair hesablanmış borcların ödənilməsi ondan tələb olunur. O, avtomobili MMM-ə təhvil verdiyindən və təhvil verilən tarixə olan borcunu MMM-ə ödədiyindən hesab edir ki, ona aid iddia əsassızdır. Cavabdeh2 də həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissəsində təmin edilməməsini xahiş etmişdir. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli avtomobili MMMdən təhvil aldıqdan sonra avtomobili Ramil Əliyev adlı şəxsə təhvil vermişdir. Ramil söz vermişdir ki, MMM-ə ayda 643 manat məbləğində pulu ödəyəcək. Lakin vədinə əməl etməmişdir. Hazırda Ramilin və avtomobilin harada olmasından xəbəri yoxdur. O, bu barədə Xaçmaz Rayon Polis Şöbəsində müstəntiqə və hazırki işə baxmış Rayon Məhkəməsinə bildirsə də, dediklərinə əhəmiyyət verilməmişdir. Avtomobil hazırda Ramilin istifadəsində olduğundan hesab edir ki, iddianın ona aid hissəsi əsassızdır. Cavabdeh1 vəkili (nümayəndəsi) A.Şahverdi apellyasiya baxışı iclasında iştirak edərək Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi Cavabdeh1 həqiqətən də MMM ilə 10.04.2017-ci il tarixdə "xxxx" bağlamış və avtomobili istifadəyə götürmüşdür. Cavabdeh1 avtomobili götürdükdən sonra onun maliyyə durumunda müəyyən problemlər yaranmışdır və o, avtomobili 3 ay istifadə etdikdən sonra, yəni 10.07.2017-ci il tarixdə MMM-ə təhvil vermiş, MMM bununla razılaşaraq avtomobili təhvil almış və avtomobili iş üzrə digər cavabdeh R.Verdiyəvə təhvil vermişdir. Bu hal MMM-nin direktoru X3 Xaçmaz Rayon Polis X7 verdiyi izahatda öz əksini tapmışdır. Göründüyü kimi, MMM ilə Cavabdeh1 aralarında bağlanmış 10.04.2017-ci il tarixli "xxxx" xitam vermişlər. Lakin MMM Cavabdeh1 hüquqi savadının olmamasından istifadə edərək bunu qanunla nəzərdə tutulmuş qaydada və formada həyata keçirməmiş, Cavabdeh2 ilə "xxxx" bağlamaqla Cavabdeh1 da üzərində məsuliyyəti saxlamışdır. Halbuki, Cavabdeh1 ilə Cavabdeh2 həmin vaxt heç tanış da deyildilər. Bundan başqa nəzərə alınmalıdır ki, "xxxx" şərtinə və "xxxx" əsasən Cavabdeh1 MMM-ə ayda 643 manat ödəməli idi. Buna baxmayaraq MMM-nin əməkdaşları Cavabdeh1 cəmi (3 ay x 643=) 1.929 manat əvəzinə 3.718 manat ödətdirmişlər ki, guya bununla da Cavabdeh1 həmin avtomobil ilə bağlı bir daha narahat etməyəcəklər. Lakini onlar Cavabdeh1 aldatmışlar. Göstərilənlərə əsasən o hesab edir ki, Cavabdeh1, "xxxx" bağlandığı 10.04.2017-ci il tarixdən avtomobil MMM-ə təhvil verdiyi tarixədək olan müddət üçün öhdəliklərini icra etmiş, onun sonrakı öhdəliklərinə isə MMM tərəfindən xitam verilmişdir. Cavabdeh1 və onun nümayəndəsi N.Hüseynov vəkilin dedikləri ilə razı olduqlarını bildirərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 verdiyi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh N.Hüseynovu əvvəllər tanımamış və tanımadığı üçün ona zamin durmamışdır. O, mübahisəli avtomobili dəyərini hissə-hissə ödəmək şərti ilə almaq niyyətində olmuş və MMM-nin əməkdaşlarının ona təqdim etdikləri sənədləri imzalayaraq, avtomobili, ona MMM-nin adından verilmiş 10.07.2017-ci il tarixli etibarnamə əsasında MMM-dən təhvil almışdır. Avtomobili MMM-dən təhvil aldıqdan sonra, gəlir əldə etmək məqsədi ilə avtomobili satmaq qərarına gəlmişdir. Bu niyyətlə o, ixtisaslaşdırılmış internet saytında avtomobilin satılması barədə elan yerləşdirmiş və bir neçə gündən sonra ona Ramil Əliyev adlı şəxs zəng edərək avtomobili almaq istədiyini bildirmişdir. Razılığa gələrək Xaçmaz şəhərinin girişində Ramil ilə görüşmüş və onlar avtomobilin alğı-satqı şərtləri barədə söhbət etmişlər. Ramil söz vermişdir ki, avtomobili aldıqdan sonra MMM-ə ayda 643 manat məbləğində pulu ödəyəcək. Bundan sonra Ramil avtomobili sürüb yoxlamaq istədiyi üçün o, avtomobilin açarını Ramilə vermiş və Ramil avtomobili sürüb getmişdir. O Ramilə zəng etdikdə Ramil ona demişdir ki, narahat olmasın pulu çatdıracaq. Lakin həmin vaxtdan sonra o Ramili və avtomobili bir daha görməmişdir. Bu səbəbdən də o, Xaçmaz Rayon Polis Bölməsinə və iddiaçı MMM-ə Ramilin hərəkəti barədə məlumat vermişdir. Avtomobil Ramildə olduğu üçün o hesab edir ki, avtomobilin pulu ondan tutulmamalıdır. Cavabdeh2 vəkili (nümayəndəsi) V.Məmmədov apellyasiya baxışı iclasında iştirak edərək Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, mübahisəli avtomobil Ramil Əliyev adlı şəxsin istifadəsində olduğu üçün Cavabdeh2 hazırki iddia üzrə iddiaya cavab verməli olan şəxs sayıla bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2 ilə MMM və iş üzrə digər Cavabdeh1 arasında 10.07.2017-ci il tarixdə "xxxx" bağlansa da, Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmamış və həmin müqaviləni, müqavilə ilə tanış olmadan imzalamışdır. Çünki, onun niyyəti kiməsə zamin durmaqdan deyil, avtomobili almaqdan ibarət olmuşdur. İddiaçı MMM-nin vəkili (nümayəndəsi) C.Mahmudov apellyasiya baxışı iclasında iştirak edərək cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O bildirdi ki, Cavabdeh1 10.07.2017-ci il tarixdə ərizə ilə MMM-ə müraciət edərək onunla MMM arasında bağlanmış 10.04.2017-ci il tarixli "xxxx" üzrə üzərinə götürdüyü öhdəliklərin iş üzrə digər cavabdeh R.Verdiyə ötürülməsini xahiş etmişdir. Ərizədə öhdəliyin "xxxx" ilə ötürülməsi xahiş edildiyindən cavabdehlər ilə MMM arasında 10.07.2017-ci il tarixdə "xxxx" bağlanmış və avtomobil Cavabdeh2 təhvil verilmişdir. Lakin sonradan avtomobil MMM-nin məlumatı olmadan başqa şəxsə satılmışdır. Bu səbəbdən və yuxarıda qeyd edilən müqavilələr cavabdehlərin razılığı ilə bağlanıldığından hesab edir ki, apellyasiya şikayətləri əsassız hesab edilməlidir. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Belə ki, iddiaçı MMM ilə Cavabdeh1 arasında 10.04.2017-ci il tarixdə bağlanmış 416/L-17 saylı “Lizinq müqaviləsindən” və işdən olan digər sənədlərdən görünür ki, bu müqaviləyə əsasən Cavabdeh1 MMM-ə məxsus və qiyməti 12.300 manat olan 2001-ci il buraxılışlı “Mercedes Benz E 220 CDİ” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobili istifadəyə almış və üzərinə öhdəlik götürmüşdür ki, müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan "xxxx" uyğun olaraq ümumilikdə 11.500 manat əsas, 3.931,93 manat hesablanmış mükafat məbləğini 24 ay müddətinə MMM-ə hissə-hissə, ayda 643 manat olmaqla ödəməlidir. İlkin ödəniş məbləği 800 manat təşkil edir. Cavabdeh1 MMM-ə ünvanladığı 10.07.2017-ci il tarixli ərizədən görünür ki, o, MMM-ə müraciət edərək bildirmişdir ki, o, maliyyə durumunda yaranmış problemlər ilə əlaqədar olaraq yuxarıda qeyd edilən "xxxx" əsasında istifadə etdiyi avtomobilə görə lizinq ödənişlərinin həyata keçirilməsində çətinlik çəkir. Buna görə də, avtomobilin dəyərinin “Zaminlik müqaviləsinə” əsasən zamin Cavabdeh2 tərəfindən ödənildikdən sonra avtomobilin Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş edir. MMM ilə Cavabdeh1 və iş üzrə digər Cavabdeh2 arasında 10.07.2017-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 Cavabdeh1 yuxarıda qeyd edilən "xxxx" üzrə iddiaçı MMM qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. MMM tərəfindən 10.07.2017-ci il tarixdə verilmiş 1032 saylı etibarnamədən görünür ki, MMM özünə məxsus mübahisəli avtomobili Azərbaycan Respublikasının hüdudlarında idarə etmək səlahiyyətini Cavabdeh2 etibar etmişdir. MMM tərəfindən verilmiş 11.06.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, onunla MMM arasında 10.04.2017-ci il tarixdə bağlanmış "xxxx" əsasən cəmi 3.718 manat məbləğində ödəniş etmişdir. İşin hallarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, yuxarıda qeyd edilən ödənişdən əlavə MMM-ə başqa ödəniş olmamışdır. MMM-nin təqdim etdiyi hesablamalardan görünür ki, yuxarıda qeyd edilən müqavilələr üzrə yaranmış borc aşağıdakı kimidir: əsas borc 4.437,83 manat; lizinq mükafatı borcu 2.635,17 manat; öhdəliklərin icra edilməməsinə görə tətbiq edilmiş dəbbə borcu 1.125,25 manat. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-2-ci maddəsinə görə, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-1.12.4-cü maddəsinin mənasına görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Məcəllənin 748-2.5-ci maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10-ci maddəsinin mənasına görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Qeyd edilən maddələrin tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, şəxs əşyanı müəyyən müddətə istifadəyə götürür və həmin istifadəyə görə də lizinqverənə muzd ödəyir. Deməli, əgər əşya lizinqverən tərəfindən geri götürülürsə, müqavilə ləğv olunur və həmin vaxtdan da muzdun ödənişinin həyata keçirilməsi dayandırılır. Cavabdeh1 bildirir ki, maliyyə çətinlikləri ilə üz-üzə qalaraq mübahisəli avtomobili 10.07.2017-ci il tarixdə iddiaçı MMM-ə təhvil vermiş, MMM onun vəziyyətini nəzərə alaraq avtomobili ondan təhvil almış və avtomobili digər cavabdeh R.Verdiyə vermişdir. Cavabdeh2 bu halı təsdiq edir. İddiaçı MMM-nin iddia ərizəsinin məzmunundan və onun nümayəndəsinin məhkəmələrə verdiyi izahatlardan görünür ki, MMM qeyd edilən hallar ilə razılaşmır. Lakin MMM-nin bildirdiklərinə qiymət verilərkən nəzərə alınmalıdır ki, birincisiiddiaçı tərəf bildirir ki, Cavabdeh1 10.07.2017-ci il tarixdə ərizə ilə MMM-ə müraciət edərək onunla MMM arasında bağlanmış 10.04.2017-ci il tarixli "xxxx" üzrə üzərinə götürdüyü öhdəliklərin iş üzrə digər cavabdeh R.Verdiyə ötürülməsini xahiş etmişdir. Ərizədə öhdəliyin "xxxx" ilə ötürülməsi xahiş edildiyindən cavabdehlər ilə MMM arasında 10.07.2017-ci il tarixdə "xxxx" bağlanmış və avtomobil Cavabdeh2 təhvil verilmişdir. İkincisi- MMM 10.07.2017-ci il tarixdə zamin Cavabdeh2 avtomobili idarə etmək üçün etibarnamə vermişdir, hal bu ki, “Zaminlik müqaviləsinin” bağlanması zamanı bu kimi səlahiyyətlərin ötürülməsi qanunla nəzərdə tutulmayıb. Üçüncüsü və ən əsası- Xaçmaz Rayon Polis X5 HK-1/1594 saylı material üzrə qəbul etdiyi “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01.02.2018-ci il tarixli qərardan görünür ki, iddiaçı MMM-nin direktoru X6 bildirmişdir ki, “MMM ilə Cavabdeh1 arasında 10.04.2017-ci tarixli "xxxx" bağlanmışdır. Müqavilə üzrə “Mercedes Benz E 220 CDİ” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 istifadəsinə verilmişdir. Daha sonra Cavabdeh1 10.07.2017-ci il tarixli ərizəsi əsasında həmin avtomobil R.Vedriyevin istifadəsinə verilmişdir. Göründüyü kimi, qeyd edilən avtomobilin iddiaçı MMM tərəfindən 10.07.2017-ci il tarixdə Cavabdeh1 təhvil alınması öz təsdiqini tapır. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh1 10.04.2017-ci il tarixli "xxxx" üzrə 10.07.2017-ci il tarixdən sonrakı dövr üçün iddiaçı MMM-ə muzd ödəməyə borclu deyil, çünki avtomobil ondan alındığı andan onun müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Apellyasiya baxışı zamanı eyni zamanda müəyyən edildi ki, 10.04.2017-ci il tarixdən 10.07.2017-ci il tarixədək olan dövr üçün də Cavabdeh1 icra edilməmiş öhdəliyi mövcud deyil. Belə ki, "xxxx" şərtinə və "xxxx" əsasən Cavabdeh1 MMM-ə ayda 643 manat ödəməli idi. Buna baxmayaraq o, MMM-ə (3 ay x 643=) 1.929 manat ödəməli olduğu halda daha çox, yəni 3.718 manat məbləğində ödəniş etmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddianın Cavabdeh1 qarşı yönəlmiş “pul tələbi barədə” hissəsi əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin qeyd edilən bu hallarını nəzərə almamış, əsassız olan tələbi təmin etmişdir Məhkəmə həmçinin bildirir ki, mübahisəli avtomobilin iddiaçı MMM tərəfindən 10.04.2017-ci il tarixdə Cavabdeh1 alınaraq iş üzrə digər cavabdeh R.Verdiyə təhvil verilməsi mübahisəsiz olaraq müəyyən edildiyindən iddianın “avtomobilin Cavabdeh1 alınaraq iddiası MMM-ə təhvil verilməsi barədə” hissəsi Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi əsassız olan bu tələbi də təmin etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, mübahisəli avtomobil iddiaçı MMM-ə geri qaytarılmalıdır. Bu zaman Rayon Məhkəməsi avtomobilin kimdən alınmasını qət etməmişdir. Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi iddiaçı MMM-nin avtomobil ilə bağlı tələbi ondan ibarətdir ki, avtomobil məhz Cavabdeh1 alınaraq ona (MMM-ə) təhvil verilmədlir. Lakin Məhkəmənin mövqeyi artıq ondan ibarətdir ki, Cavabdeh1 bu tələbə cavab verməli olan şəxs deyil. MPM-nin 218.3-cü maddəsinə görə, hakim (məhkəmə) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən tələb digər cavabdehə qarşı irəli sürülmədiyindən Məhkəmə bu tələbin R.Verdiyə münasibətdə əsaslı olub-olmamasını müzakirə etmir. Cavabdeh1 qarşı yönəlmiş digər tələb “lizinq müqaviləsinin ləğv edilməsidir”. Məhkəmə hesab edir ki, bu tələb də əsassızdır. Belə ki, işin hallarından müəyyən edilir ki, Cavabdeh1 ilə iddiaçı MMM, aralarında bağlanmış "xxxx" 13.2-ci maddəsinin şərtlərinə əsasən müqavilənin ləğv edilməsi barədə razılığa gəlmiş və müqaviləni ləğv etmişlər. Müqavilənin ləğv edilməsi yazılı surətdə həyata keçirilməməsi müqavilənin məhkəmə qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. İşə baxmış Rayon Məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, bu tələbi təmin etmişdir. İddiaçı MMM-nin digər tələbi “zamin olan Cavabdeh2 əsas və mükafat borcunun, dəbbə pulunun tutulması” barədədir. Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 borclu Cavabdeh1 "xxxx" üzrə iddiaçı MMM qarşısında üzərinə götürdükləri öhdəliyin icrasına zamin durduğundan müzakirə edilən bu tələb təmin edilməlidir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsi də səhvdir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, MMM mübahisəli avtomobili Cavabdeh1 qəbul edərək avtomobili Cavabdeh2 təhvil verməklə, onunla (MMM ilə) R.Hesynov arasında bağlanmış 10.04.2017-ci il tarixli "xxxx" xitam vermişdir. Mülki Məcəllənin 470-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1.). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (maddə 470.2.). Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, zaminlik müqaviləsi mövcud olan və ya yaranacaq öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bağlanır. Xitam verilmiş öhdəliyin təmin edilməsi üçün zaminlik müqaviləsinin bağlanması qanunda nəzərdə tutulmamışdır. Bu baxımdan hesab edilməlidir ki, MMM ilə Cavabdeh2 arasında 10.07.2017-ci il tarixdə bağlanmış "xxxx" əhəmiyyətsiz əqdir. Mülki Məcəllənin 337-cü maddəsinə görə isə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, iddianın Cavabdeh2 qarşı yönəlmiş hissəsi də əsassızıdır. Beləliklə də, apellyasiyanın nəticələrini və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsinin tələbindən çıxış edən, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2018-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə ödənişlərin tutulması və sair tələbləri barədə” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçı MMM-ə aid edilsin. Bu məqsədlə İddiaçı MMM-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin xeyrinə 15 (on beş) manat məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-89/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-89/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver