Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-89/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (üçüncü şəxs "xxxx" Azərbaycan Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iş üzrə (Açar sözlər: ipoteka predmeti hesabına ödənilmiş borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (sədrlik edən və məruzəçi), X16 və X3 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X11 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 saylı 28 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3,İddiaçı, X17 və Cavabdeh2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dolları cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın X7 tam mülkiyyət hüququ ilə məxsus olan və dəyəri 203700 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində 0,05084 ha torpaq sahəsində yerləşən 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində 409,8 kv.m ümumi, 399,3 kv.m əsas, 10,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan dəyəri 764000 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən 408,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərraca çıxarılması, satışından əldə olunmuş pul vəsaitinin borcun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc və dövlət rüsumu kimi ödənilmiş pul ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh3 qaytarılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 yanvar 2016-cı il tarixli qətnaməsi ilə sözügedən qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə isə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
2. Sözühedən qətnamənin məzmununda qeyd edilmişdir: "xxxx" (Azərbaycan) ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 21 sentyabr 2012-ci il tarixli, 107589-7-2605 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı kredit götürən Cavabdeh3 bank qarşısında götürdüyü pul öhdəliyini icra və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür.
3. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokola əsasən İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 1299029,20 manat məbləğində, təkrar satış qiyməti isə 1104174,82 manat, 25 faiz aşağı olan qiyməti isə 828131,11 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) məhkəməyə müraciət edərək, maddi zayan olaraq ******* (bir milyon üç yüz min) manat, mənəvi ziyan olaraq 100000 (yüz min) manat pulun və dövlət rüsumu kimi ödəbnilmiş 30 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya müraciət edərək, onlara biznes üçün, o cümlədən Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində parnik quraşdırmaq üçün pul lazım olduğunu, bankdan kredit götürmək üçün razılaşdıqlarını, lakin, bunun üçün zamin və girov qoymaq lazım olduğunu bildirmiş, ərindən və iddiaçıdan kömək istəmişlər. Həmin vaxt iddiaçının həyat yoldaşı X2 olmudur. Onlarla ailəvi dostluq edən cavabdehlər iddiaçının əri Sadıq Talıbovu razı salmışlar ki, mülkiyyətdə olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsini və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsini banka girov qoyaraq pul götürsünlər. Beləliklə, cavabdehlər 21 sentyabr 2012-ci il tarixli 107536-1-3807/1 müqavilə əsasında Bank VTB-dən 635000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən, həmçinin iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Həmin əmlaklar xx.xx.2012-ci il və xx.xx.2012-ci ildə bağlanmış ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu zaman X4 adına olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyriyaşayış sahəsi 203700 ABŞ dollan məbləğində, iddiaçının adına olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi isə 764000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh3 tərəfindən kreditin ödənilməsi dayandırıldıqdan sonra, Bank məhkəməyə müraciət etmiş, yaranmış borcun cavabdehlərdən tutulması və həmin məbləğin yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesinin gedişindən iddiaçının və onun əri X12 xəbərsiz olmuşlar. Belə ki, onların hər ikisi yaşlı və bir çox xəstəlikləri olan insanlardır. Sadıq Talıbov, ümumiyyətlə, sərbəst hərəkət qabiliyyətini itirib. Hər ikisi uzun müddət həkim nəzarətində müalicə olunmuşlar. Daha sonra, Sadıq Talıbov vəfat etmişdir.Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianı tam təmin etmişdir. Cavabdehlər, əmlakın satılıb borcun bağlanması yolunu seçiblər. Yuxarı instansiya məhkəməsinə şikayət verməyiblər ki, hərrac tez baş tutsun. Bir il sonra iddaçı tərəfindən verilmiş şikayətlərin isə, heç bir əhəmiyyəti olmayıb. Ali Məhkəmənin 13 aprel 2017-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır.Bundan sonra Gəncə şəhər Kəpəz rayon İcra şöbəsinin sifarişi əsasında iddiaçıya məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin və təkrar hərraca çıxarılmış, həmin hərraclarda satış baş tutmadığından ilkin qiyməti 1299029,20 manatdan təqribən 36% ucuzuna, yəni 828131,11 manata tələbkar "xxxx"-yə satılmışdır. Əmlak hərrac satışı yolu ilə əlindən çıxdıqdan sonra, iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində kredit hesabına qurulmuş parniki iddiaçının mülkiyyətinə vermişlər. Bir müddət sonra isə, iddiaçını aldadaraq həmin torpaq sahəsini digər Cavabdeh2 adına keçiriblər ki, iddiaçıya dəymiş ziyanı guya o, ödəyəcək. Həmin vaxtdan bir il keçsə də, iddaçıya heç bir maliyyə vəsaiti ödənilməmişdirİddiaçı hesab edir ki, cavabdehlər Bank VTB-dən götürülmüş krediti birgə əldə edərək öz maraqları üçün sərf etmiş, bir hissəsinə də istixana quraşdırmışlar. Sonra krediti ödəməyərək iddiaçının əmlakdan məhrum olmasına səbəb olmuşlar. Nəticədə iddiaçıya ******* (bir milyon üç yüz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan dəymişdir.
6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 475.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
10. Cavabdeh1 vəfat etdiyi üçün X13 onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.
11. Cavabdeh1 prosessual hüquq varisi üçün X5 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək göstərib ki, təmsil etdiyi şəxs zamin olaraq faydalanan şəxs olmayıb.
12. Apellyasiya instansiyası məhkəməsində iştirak edən üçüncü şəxsin nümayəndəsi V.Qaracayev Cavabdeh3 banka borcunun qalmadığını və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna Gəncə şəhəri üzrə İcra İdarəsinin 20 fevral 2023-cü il tarixli, 8887/16 saylı cavab məktubuna əsasən icra sənədi xx.xx.2016cı il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828.131.11 manat məbləğində Bank VTB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Abdulkərim Mehmandarov küçəsində 75D-də yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə protokol daxil olmamışdır. "xxxx" Hərrac Mərkəzi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilmiş, qalıq 5000 manat pul vəsaiti borclu Cavabdeh3 qaytarılmışdır.
14. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 828.131.11 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qalan hissədə, yəni 471.868.89 manat pul vəsaiti (1300000- 828.131.11=471.868.89) və 100000 manat mənəvi zərər hissəsində iddiadan imtina etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmiş və 471.868.89 manat pul vəsaiti və 100000 manat mənəvi zərər hissəsində iş üzrə icraata xitam verilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-138/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh3 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərib ki, iddiaçı iddia ərizəsində mövqeyini özünə məxsus əmlakın bank qarşısında yüklü edildiyindən və banka olan borcun həmin əmlakın satılaraq ödənildiyindən cavabdehdən həmin məbləğin tutularaq iddiaçıya ödənilməlidir olması ilə əsaslandırmışdır. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən bank qarşısında yüklü edilmiş əmlakın ipotekaya yönəldilməsi yolu ilə Bank qarşısında olan öhdəlik icra edilmişdir. Lakin iddiaçının istinad etdiyi sübutun araşdırılmasından ötrü birinci instansiya məhkəməsi tərəfindən öhdəliyin icra edilib-edilməməsi, həmçinin borcun ipoteka predmetinə yönəldilib-yönəldilməməsi məsələlərinin müəyyən edilməsi üçün müvafiq sorğular verilməmiş, araşdırmalar aparılmamışdır.
18. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı Gəncə şəhər Məhkəməsindən 2(043)-495/2014 saylı mülki iş materialı sorğu edilmiş, eləcə də Gəncə şəhəri üzrə İcra İdarəsinə sorğu verilərək, 434120.32 ABŞ dolları məbləğində borcun hansı əmlaka tutmanın yönəldilməsi nəticəsində icra edilməsi məsələsi araşdırılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, Cavabdeh3 banka olan borcunun icrası üçün ipoteka ilə yüklü edilmiş yalnız İddiaçı məxsus əmlak satılaraq borc ödənilmiş, X7 məxsus əmlak isə satılmamışdır. Borc məbləği İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi hesabına ödənildiyindən, Mülki Məcəllənin 509.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbi iddiaçıya məxsus əmlakın dəyərinin cavabdehdən tutulması hissəsində əsaslıdır. İddiaçıya məxsus əmlak 828.131.11 manata satılmışdır. Belə olan halda, həmin məbləğ borclu (cavabdeh) Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə digər cavabdehlər borclu deyil, zamin olduqlarından iddia tələbi borcun Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 tutulması hissəsində təmin edilə bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 390.1, 442, 445, 448.1, 465.2, 739.1, 739.2, 509.1, 509.2, 509.3-cü maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.
23. Cavabdeh3 da kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2674/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-138/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsinin iddianın digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı əsas borclu Cavabdeh3 qarşı təmin etməkdə haqlı olsa da, digər iki cavabdehə qarşı yuxarıda göstərilən əsasla iddianı rədd etməkdə haqlı olmamış, həmçinin gəldiyi həmin nəticəni də kifayət qədər əsaslandırmamışdır.
26. İstinad edilən maddədə düzünə göstəriş olmasa da, normanın məzmunundan belə nəticə çıxır ki, kreditor olan bank təmin edilərsə, onun tələb hüququ mülkiyyətçiyə keçir. Nəzərə alınsa ki, kredit və zaminlik müqavilələri üzrə bankın tələb hüququ həm əsas borcluya, həm də zaminlərə münasibətdə mövcuddur, belə olan halda, tələbin mülkiyyətçiyə keçməsi dedikdə, bankın həm əsas borcluya, həm də zaminlərə tələb hüququnun da mülkiyyətçiyə keçməsi ehtiva olunmalıdır. Qeyd edilməlidir ki, zaminlik əsas öhdəliyin icrasının təmin edilməsini ehtiva edən institutdur və zamin əsas öhdəliyin icra edilməsinə məsuliyyət daşıyır. (MM, 460.1, 470.1, 472)
27. Buna görə də “tələb hüququnun mülkiyyətçiyə keçməsi”nə aydınlıq gətirilməsi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbi baxımından analoji norma kimi həmin Məcəllənin 196-cı maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir.
28. Qanunun analogiyası kontekstində yanaşıldıqda, kreditoru təmin edən mülkiyyətçi kreditorun yerinə keçir. Bu isə o deməkdir ki, kreditorun bütün hüquqları, o cümlədən ona verilmiş zaminlik hüquqları da mülkiyyətçiyə keçir. Başqa sözlə, öhdəlik tam icra edilmədiyi halda, kreditorun istər əsas borcluya, istər zaminə qarşı, istərsə də girov və ipotekaya nə hüquqları var idisə, bu hüquqlar tam şəkildə öhdəliyi icra etmiş şəxsə keçir. Çünki öhdəliyi icra etmiş şəxs kreditora çevrilir, kreditorun yerini tutur. Belə olan halda kreditorun bir qisim hüquqlarının öhdəliyi icra etmiş şəxsə keçməsi, bir qisim hüququnun keçməməsi hüquqi qeyri-müəyyənliyə gətirib çıxarır. Buna görə də Mülki Məcəllənin 311.2- ci maddəsinə əsasən iddiaçının hazırki tələbi zaminlərə qarşı irəli sürmək hüququnun olması istisna edilmir.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın zaminlərə qarşı rədd edilməsi barədə gəldiyi nəticəni əsaslı saymır.
30. Cavabdehin kassasiya şikayətinə gəldikdə, iddiaçının kassasiya şikayəti ilə bağlı yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası cavabdehin Mülki Məcəllənin 509.2-ci maddəsinə əsasən ən azı birgə borclunun öz payının çıxılmalı olması barədə kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki iddiaçının cavabdehin kredit müqaviləsi üzrə götürdüyü borcdan hər hansı məbləğdə pul alması və faydalanması müəyyən edilməyib.
32. Cavabdehin Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınmalı olması barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Cavabdeh bu dəlilini iddiaçının əvvəlki kredit borcu ilə bağlı məhkəmə aktlarından şikayət verməsi, nəticədə keçən müddət ərzində manatın ABŞ dolarına nisbətdə ucuzlaşması ilə izah etsə də, bu dəlil qəbul edilə bilməz. Məhkəmə aktlarından şikayət vermək iddiaçının hüququ olub. Hüquqdan vicdanla istifadə edilməsi Mülki Məcəllənin 21.3-cü maddəsində nəzərdə tutulan zərərin yaranması və ya artmasına əsas verən hal kimi qəbul edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Təkrar apellyasiya baxışı zamanı iddiaçının prosessual hüquq varisi X11 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək qeyd etdi ki, qarşı tərəf məhkəmənin bildirişini yerləşdirməyib, təxir barədə sübut yerləşdirilə bilərdi. Xəyalə Ələkbərova da varis qismində cəlb edilib, vəkilinin də məhkəmə iclası barədə məlumatı var. Əvvəlki iclaslarda iştirak edib.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 hüquqi varisi X13 və 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X8 elektron kabinet vəasitəsi ilə ərizə təqdim edərək Abşeron Rayon Məhkəməsində yerli baxışda iştirakı ilə əlaqədar məhkəmə iclasınında iştirak edə bilməyəcəyini bildirmiş, lakin bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Digər cavabdehləri isə gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2- ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
37.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). 38.Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan – iddianın cavabdehlər Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. 40.Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 saylı 28 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3,İddiaçı, X17 və Cavabdeh2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dolları cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın X7 tam mülkiyyət hüququ ilə məxsus olan və dəyəri 203700 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində 0,05084 ha torpaq sahəsində yerləşən 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində 409,8 kv.m ümumi, 399,3 kv.m əsas, 10,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan dəyəri 764000 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən 408,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərraca çıxarılması, satışından əldə olunmuş pul vəsaitinin borcun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc və dövlət rüsumu kimi ödənilmiş pul ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh3 qaytarılması qət edilmişdir. 41.Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokola əsasən İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 1299029,20 manat məbləğində, təkrar satış qiyməti isə 1104174,82 manat, 25 faiz aşağı olan qiyməti isə 828131,11 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. 42.İddiaçı cavabdehdən iddiaçının xeyrinə 828.131.11 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)- 138/2023 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh3 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
44. Hazırkı iş üzrə kassasiya instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)- 138/2023 saylı qətnaməsini iddianın digər cavabdehlər – Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı təmin edilməyən hissəsində əasssız hesab edərək qətnaməni ləğv edərək yeni apellyasiya baxışına göndərmişdir.
45. Mülki Məcəllənin 311.2-ci maddəsinə görə əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.
46. İstinad edilən maddədə düzünə göstəriş olmasa da, normanın məzmunundan belə nəticə çıxır ki, kreditor olan bank təmin edilərsə, onun tələb hüququ mülkiyyətçiyə keçir. Nəzərə alınsa ki, kredit və zaminlik müqavilələri üzrə bankın tələb hüququ həm əsas borcluya, həm də zaminlərə münasibətdə mövcuddur, belə olan halda, tələbin mülkiyyətçiyə keçməsi dedikdə, bankın həm əsas borcluya, həm də zaminlərə tələb hüququnun da mülkiyyətçiyə keçməsi ehtiva olunmalıdır. Qeyd edilməlidir ki, zaminlik əsas öhdəliyin icrasının təmin edilməsini ehtiva edən institutdur və zamin əsas öhdəliyin icra edilməsinə məsuliyyət daşıyır.
47. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
48. Buna görə də “tələb hüququnun mülkiyyətçiyə keçməsi”nə aydınlıq gətirilməsi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbi baxımından analoji norma kimi həmin Məcəllənin 196-cı maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir.
49. Qanunun analogiyası kontekstində yanaşıldıqda, kreditoru təmin edən mülkiyyətçi kreditorun yerinə keçir. Bu isə o deməkdir ki, kreditorun bütün hüquqları, o cümlədən ona verilmiş zaminlik hüquqları da mülkiyyətçiyə keçir. Başqa sözlə, öhdəlik tam icra edilmədiyi halda, kreditorun istər əsas borcluya, istər zaminə qarşı, istərsə də girov və ipotekaya nə hüquqları var idisə, bu hüquqlar tam şəkildə öhdəliyi icra etmiş şəxsə keçir. Çünki öhdəliyi icra etmiş şəxs kreditora çevrilir, kreditorun yerini tutur. Belə olan halda kreditorun bir qisim hüquqlarının öhdəliyi icra etmiş şəxsə keçməsi, bir qisim hüququnun keçməməsi hüquqi qeyri-müəyyənliyə gətirib çıxarır. Buna görə də Mülki Məcəllənin 311.2- ci maddəsinə əsasən iddiaçının hazırki tələbi zaminlərə qarşı irəli sürmək hüququnun olması istisna edilmir.
50. Buna görə də kollegiya hesab edir ki, iddiaçının digər zaminlərə qarşı yönəlmiş tələbi əsaslıdır.
51. O da qeyd edilməlidir ki, iş üzrə məhkəmə icraatının getdiyi dövr ərzində Cavabdeh1 vəfat etdiyi üçün X13 onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir. 52.Daha sonra məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X18 xx.xx.2024-cü il tarixdə öldüyündən iş üzrə icraat iddiaçının hüquqi varisləri müəyyən edilənədək dayandırılmışdır.
53. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naotariat qeydiyyat və reyestr baş idarəsi Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən X19 və X1 Südavər Namaz qızının vərəsələri kimi müəyyən edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, mərhumun digər övladları X22 və X23 miras əmlakdan X15 xeyinrə imtia etmələri barədə notariusa ərizə təqdim etmişlər. 54.Həmçinin işdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 20 fevral 2023-cü il tarixli, 8887/16 saylı sorğuya cavab məktubundan görünür ki, icra sənədi xx.xx.2016-cı il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828.131.11 manat məbləğində Bank VTB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Abdulkərim Mehmandarov küçəsin 75D-də yerləşən qeyriyaşayış sahəsinin satılması barədə protokol daxil olmamışdır. Külək hərrac Mərkəzi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilmiş, qalıq 5000 manat pul vəsaiti borclu Cavabdeh3 qaytarılmışdır. 55.İşdən göründüyü kimi iddiaçı X18 da Əhmədova Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqavilısinin təminmatı üzrə zamin olmuşdur.
56. Belə olan halda kollegiya hesab edir ki, 828.131.11 manatdan borclu Cavabdeh3 qaytarılmış 5000 manat çıxılmaqla yerdə qalan 823.131,11 manatdan iddiaçı X9 özünün də zamin kimi əsas borclu və digər zaminlərlə birgə öhdəlik daşımasını və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 saylı 28 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən borcun cavabdehlər Cavabdeh3,İddiaçı, X17 və Cavabdeh2 müştərək qaydada tutulmasını nəzərə alaraq Talıbova Südavərin üzərinə düşən öhdəlik çıxılaraq yerdə qalan 617.348,33 manat digər cavabdehlərdən müştərək tutulmalıdır (823.131,11/4=205.782,78) (823.131,11-205.782,78=617.348,33) . 57.Beləliklə, məhkəmə kollegiya qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(005)-204/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan – iddianın cavabdehlər Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 hüquqi varisi X13 və Cavabdeh2 müştərək qaydada 617.348,33 (altı yüz on yeddi min, üç yüz qırx səkkiz manat, otuz üç qəpik) manat tutularaq iddiaçı X9 hüquqi varisləri X19 və X6 xeyrinə ödənilməlidir. 58.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı X9 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(005)- 204/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan – iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 hüquqi varisi X13 və Cavabdeh2 müştərək qaydada 617.348,33 (altı yüz on yeddi min, üç yüz qırx səkkiz manat, otuz üç qəpik) manat iddiaçı X9 hüquqi varisləri X19 və X6 xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva