Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-891/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6202/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 yuxarıda göstərilən məbləğdə borcun, illik 5 faiz hesablanmaqla 10000 manat gecikdirilmiş faiz borcunun, həmçinin əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın iddiaçıya təhvil verilməsi, borc məbləğinin ipoteka predmeti olan əmlakın açıq hərracdan satışından əldə olunacq vəsait hesabına ödənilməsi, həmin məbləğ kifayət etmədikdə qalıq borcun Cavabdeh1 əmlakı və gəlirləri hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə 100000 manat məbləğində pulu borc şəklində vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (75 saylı ofis) xx xxxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onun İddiaçı 100000 manat məbləğində borcu yaranmışdır.Borcun ödənilməsi ilə bağlı Cavabdeh1 dəfələrlə müraciət edilməsinə baxmayaraq, hazırki tarixədək borc ödənilməmişdir. Bununla da, iddiaçı ciddi maliyyə itkisinə məruz qalmış, buna görə də əsas borcdan əlavə vurulmuş maddi zərərin əvəzini də tələb etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6202/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasının qismən təmin edilməsi, Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 100000 manat məbləğində əsas borc, 10000 manat məbləğində gecikdirilmiş fair borcu olmaqla, ümumilikdə 110000 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan və xx xxxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 23 ünvanında qeyri – yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 225,4 kv.m olan 75 saylı qeyri – yaşayış sahəsinə (ofis) yönəldilməsi, Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 23 ünvanında qeyri – yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 225,4 kv.m olan 75 saylı qeyri – yaşayış sahəsinin (ofis) ilkin satış qiyməti 192000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və satışdan əldə olunan məbləğ hesabına Cavabdeh1 İddiaçı olan 110000 manat məbləğində borcun ödənilməsi və satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin Cavabdeh1 ümumi qaydada tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-6202/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnamə çıxararkən işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da ədalətsiz məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə cavabdehin iştirakını təmin etmədiyindən yalnız iddiaçının verdiyi məlumatları əsas götürərək, yekun nəticəyə gəlmişdir. İddiaçı işin faktiki hallarını gizlədərək məhkəmədə qətnamə qəbul edilməsinə nail olmuşdur. İş üzrə hər iki tərəf hüquqi şəxsin rəhbəri olmaqla və tərəflər arasında yaranmış münasibətlər də onların sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən onlar arasında yaranmış mübasibətlərə qanunvericiliyin tələbinə əsasən ümumi məhkəmələrdə deyil inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. İddiaçı həm mülki qaydada ümumi məhkəməyə müraciət etmiş, həm də inzibati iqtisadi məhkəməyə müraciət etmiş və hər iki məhkəmə işə baxaraq məhkəmə akti qəbul etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi və ipoteka müqaviləsi hər ikisi fiziki şəxs olaraq bağlansa da, mahiyyət etibarilə hüquqi şəxslərin fəaliyyətindən irəli gələn mübahisələrlə bağlı məsələlərdir. Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 icraatın dayandırılması barədə vəsatəti təmin olunaraq hazırkı işin icraatı Nərimanov rayon məhkəməsində baxılan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair işə baxılıb qurtarana kimi dayandırılmışdır. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmiş və həmin qətnamə qanun qüvvəsini aldığından hazırkı işin icraatı təzələnmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının nümayəndəsinin və vəkilinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh1 tərəfindən icra edilmədiyindən iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün hüquqi əsaslar mövcuddur. İddia tələbindən görünür ki, iddiaçı həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən dəymiş zərərin əvəzi qismində illik 5% hesablanmaqla 10000 manat, həm də həmin Məcəllənin 449.1 və 439.3-cü maddələrinə əsaslanaraq faizinin uçot dərəcəsineə uyğun faiz borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci addəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, iddia illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərin ödənilməsi hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc məbləğinin qaytarılma vaxtı xx xxxxxx 2017-ci il tarixədək müəyyən edildiyindən və borc hal-hazıradək ödənilmədiyindən, 2018-ci və 2019-cu illər üçün əsas borcun illik 5 faizi hesablanmaqla 10000 manat məbləğində pul vəsaiti də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən ekspertiza təyin edilmiş vı “Legal Prime” X1 tərəfindən təqdim olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, LP-136/19 nömrəli rəydə göstərilmişdir ki, hazırki iş üzrə ipoteka predmetinin likvid dəyəri 192000 manatdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi də təmin olunaraq, tutma Cavabdeh2 məxsus ipoteka predmeti olan əmlaka yönəldilməli, əmlakın ilkin satış qiyməti 192000 manat müəyyən olunmaqla borc məbləği ipoteka predmeti olan əmlakın açıq hərracdan satışından əldə olunacaq vəsait hesabına ödənilməli, həmin məbləğ kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulmalıdır. İddianın ipoteka predmeti olan qeyri – yaşayış sahəsinin boşaldılmaqla iddiaçıya təhvil verilməsi hissəsini məhkəmə əsassız hesab edir. Çünki, qanunvericilikdə ipoteka predmetinin tələbkara təhvil verilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Yalnız “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.3 və 43.8-ci maddələrində qeyd olunmuşdur ki, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Yəni, ipoteka predmetinin ipoteka saxlayana təhvil verilməsi yalnız hərrac mərhələsində yuxarıda göstərilən hallarda mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni olmaqla gəlinən qənaət düzgün olmuşdur. Məhkəmə kollegiyası apelyatorun dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən onun iclaslarda iştirakının təmin edilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, o məhkəmə tərəfindən lazımı qaydada xəbərdar olunmuşdur. Apelyator iddiaçı ilə aralarındakı münasibətlərin onların mahiyyət etibarilə kommersiya fəaliyyətindən irəli gələn münasibətlər olduğunu qeyd etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki işin hallarından da görünür ki, Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə 100000 manat məbləğində pulu borc şəklində vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (75 saylı ofis) xx xxxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onun İddiaçı 100000 manat məbləğində borcu yaranmışdır.Kollegiya qeyd edir ki, tərəflər arasında əvvəllər kommersiya münasibətləri olması istisna olunmasa da, göründüyü kimi, qeyd edilən kredit müqaviləsinin hər hansı bəndində tərəflər arasında kommersiya münasibətlərinə istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6202/2019 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-891/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-891/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver