Məhkəmə qərarları › İş №2(103)-8932/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8932/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8932/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ərizəçi X1, onun nümayəndəsi və vəkili X4, tərcüməçi Əhmədova Könül Seyidələkbər qızının iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) xx xxxx 2014-cü il tarixli əmri ilə X2 və Cavabdeh2 müştərək qaydada cəmi 4549 manatın İddiaçı xeyrinə tutulması əmr edilmişdir. X3 xx.xx.2020-ci il tarixdə həmin əmrə etiraz göndərərək onun ləğv edilməsini və iddia icraatına keçilməsini xahiş etmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə etiraz ərizəsi geri qaytarılmışdır. Məhkəmə bu zaman borclunun əmrə etirazının prosessual müddət keçdikdən sonra verildiyini əsas gətirmişdir. X1 həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə əmrinin onun yaşadığı ünvana çatdırıldığı gün xəstəxanada olmuşdur və əmrin alınmasına dair qəbzdəki imzanın kimə məxsus olduğu ona məlum deyildir. Məhkəmə iclasında iştirak edən şikayətçi və onun vəkili şikayəti müdafiə edtmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tələbkar isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxx 2014-cü il tarixli əmr X1 qeydiyyatda olduğu ünvana xx.xx.2014-cü il tarixdə göndərilmiş, xx.xx.2014-cü il tarixdə həmin ünvanda “Şiperkovskaya İ. A” soyadlı şəxs tərəfindən poçt qəbzinə imza olunmaqla qəbul edilmiş, əmrə etiraz isə 2008.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 282-ci maddəsinə görə borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəmənin yazılı xəbərdar etməklə etiraz edə bilər. Yuxarıda qeyd olunduğu kimi, İrina Şiperkovskaya sözügedən poçt xəbərnaməsindəki imzanın ona məxsus olmadığını iddia etmiş, əmrə etirazı vaxtında verməməsini məhz bu arqumentlə əsaslandırmışdır. Beləliklə, iş üzrə sübut olunmalı hal əmrin poçt xəbərnaməsində göstərildiyi kimi xx.xx.2014-cü il tarixdə ərizəçiyə verilibverilmədiyidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki halda iş üzrə sübut etmə yükü bu barədə müvafiq sənədi imzalamasına baxmayaraq əmrin ona verilmədiyini iddia edən ərizəçinin üzərinə düşür, o isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə borclunun etirazını geri qaytardığı zaman qanunvericiliyin tələblərinə əməl etmişdir və mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6581/2014 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar