Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8943/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər «xxxx» MMC-ə və Azərbaycan Respublikası ƏMDK yanırıda DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının qeydə alınması» tələbinə dair iddia ərizəsi üzrə Suraxanı Rayon Məhkəməsinin 2(010)-410/2020 saylı işi üzrə xx.xx.2020-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının qeydə alınması» barədə ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-410/2020 saylı işi üzrə xx.xx.2020-cı il il tarixli qətnamə ilə təmin edilməmiş (iş səh. 95) və iddiaçı İddiaçı qətnamədən şikayət vermişdir (iş səh. 106). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmə qəbzinə əsasən iddiaçının nümayəndəsi X1 Rayon Məhkəməsinin 2(010)-410/2020 saylı işi üzrə xx.xx.2020-cı il tarixli qətnaməsinin surətini xx.xx.2020-ci il tarixində almış eyni zamanda qətnamənin surəti iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi ünvana sifarişli məktubla göndərilmiş, lakin iddiaçı apellyasiya şikayətini xx.xx.2020-ci il tarixində təqdim etmişdir (səh.101, 103, 106). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Diqqətə çatdırılmalıdır ki, qəbul edilmiş qətnamə şikayətdə göstərilən eyni ünvana xəbərnaməli poçt vasitəsi ilə xx.xx.2020-ci tarixdə göndərilsədə işə xəbərnamələr əlavə edilməmiş və korrespondensiyanın izlənilməsi həyata keçirilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128-135, 263-269, 357.1, 360-366, 397.2, və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-410/2020 saylı işi üzrə xx.xx.2020-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8943/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8943/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver