Məhkəmə qərarları › İş №2(103)-8973/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8973/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8973/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3936/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 520.000 (beş yüz iyirmi min) ABŞ dolları (ödənilən günə AZN ilə məzənnəyə uyğun) üçün + hesablanmış məbləğdə faiz (cavabdehin 2019-cu ilin fevral ayının 8-ə ödənilməsini gecikdirdiyi məbləğ) x 6,25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) /1 ay (aylıq faiz dərəcəsi) x ay (ödənişin gecikdirildiyi aylar) icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 08.02.2019-cu il tarixinədək qaytarmaq şərti ilə 520.000 (beş yüz iyirmi min) ABŞ dolları borca pul vermişdir. Lakin pulun qaytarılması barədə razılaşdırılmış vaxtdan, yəni 08.02.2019-cu il tarixindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 510.000 (beş yüz on min) ABŞ dolları (ödənilən günə AZN ilə məzənnəyə uyğun) üçün + hesablanmış məbləğdə faiz (cavabdehin 2019-cu ilin fevral ayının 8-ə ödənilməsini gecikdirdiyi məbləğ) x 6,25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) /1 ay (aylıq faiz dərəcəsi) x ay (ödənişin gecikdirildiyi aylar) icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3936/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 08.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə 510.000 (beş yüz on min) ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, 0,40 manat bank xidmət haqqının əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması, müvafiq sübutların təqdim ediləcəyi barədə vəsatətlərinii təmin etməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Tərəflər arasında razılaşmaya əsasən Cavabdeh xaricdən elektronika malları və avadanlıqları gətirib satmış. İddiaçı sahibkarlıq fəaliyyətinin təmin edilməsi məqsədilə faizlə pul vəsaiti qoymuş. Cavabdeh isə xaricdəki əlaqələrindən istifadə edərək xaricdən mal gətirmiş və satışını təşkil emişdir. Hər mal dövriyyəsi təqribən iki ay çəkmişdir. Tərəflər arasında bağlanmış və İddiaçı istinad etdiyi 08 01.2019-cu il tarixli kredit müqaviləsi formal xarakterli olmuş. Cavabdeh həmin müqaviləni bağlamağa məcbur edilmişdir. Əslində tərəflər arasında borc münasibətləri bundan bir neçə il əwəl yaranmışdır və həmin məbləği əhatə etmir. Bu faktı İddiaçı özünün istinad etdiyi və iddia ərizəsinə əlavə etdiyi 2011-ci ilı əhatə edən və öz təsdiqini tapmayan rüsvayedici məlumatlar da təsdiq edir. Təbii ki, bununla bağlı tərəfimizdən qanunamüvafıq qaydada müvafiq müraciətlər ediləcəkdir. Tərəflər arasında bağlanmış 08.01.2019-cu il tarixli kredit müqaviləsində göstərilir ki: “Tərəflər krediin faizsiz verilməsini şərtləndirir*'. Lakın buna baxmayaraq. İddiaçı sahibkarlıq fəaliyyətinin təmin edilməsi məqsədilə faizlə pul vəsaiti qoymuşdur. Bundan başqa, tərəflər arasında razılaşmaya əsasən İddiaçı verdiyi pulların qarantı kimi tərəflər arasında formal xarakterli müqavilə bağlanmışdır. Kredit müqaviləsi formal xarakterli olmasını təsdiq edən hal, həmin kredit müqaviləsinin 1 (bir) ay müddətinə, yəni 08.02.2019-cu il tarixdən 08.01.2019-cu il tarixədək bağlanmasıdır. Belə ki, adi bir vətəndaşın 520.000 ABŞ dolları məbləğində pulu bir ay ərzində qaydarması praktiki olaraq mümkün deyil və ya əgər həmin məbləğ bir ay ərzində qaydarılacadısa, onda onun göttürülməsinə və ya verilməsinə zərurət olmazdı. 2020-ci il əvvəllərindən etibarən pandemiya ilə əlaqədar bütün ticarət obyektləri bağlanmış, bu səbəbdən sonuncu partiya ilə gətirilmiş malların satılmasında və pulların yığılmasında ciddi problemlər olmuş, nəticədə bu günə obyekt sahiblərinin Cavabdeh külli miqdarda borcu qalmışdır. Bundan başqa, əslində Cavabdeh İddiaçı 510.000 ABŞ dolları məbləğində deyil, data az məbləğdə borcu qalmışdır. Belə ki, tərəflər arasında qarşılıqlı etimada əsaslanan sahibkarlıq fəaliyyəti olmuş, bu səbəbdən Cavabdeh hər dəfs borc qaytarıldıqdan sonra İddiaçı heç bir qəbz tələb etməmiş və növbəti dəfə pul götürərək, növbəti əməliyyatı aparmış, əks halda, İddiaçı da ona növbəti əməliyyat üçün küllli miqdarda vəsait verməzdi. Belə ki, onun istər faiz, istərsə də əsas borcu vaxtında qaytarılmadıqda, dərhal həmin şəxs barəsində müvafiq tədbirlər görərdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3936/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan notarial qaydada təsdiq edilmiş 08.01.2019cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz olaraq 520.000 (beş yüz iyirmi min) ABŞ dolları vermiş, Cavabdeh qeyd edilən borcu 08.02.2019-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 (otuz) manat dövlət rüsumu ödənilmiş, bank tərəfindən isə 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 529.3-cü maddəsində göstərilmişdir ki,əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər.Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdır. Belə ki, mülki işin materiallarında olan notarial qaydada təsdiq edilmiş 08.01.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz olaraq 520.000 (beş yüz iyirmi min) ABŞ dolları vermiş, Cavabdeh qeyd edilən borcu 08.02.2019-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh şikayətində göstərdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, müqavilənin müddətinin daha uzun müddətli deyil, bir aylıq bağlanması isə həmin əqdin etibarsızlığına əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3936/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3936/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar