Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-898/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Dinara Əliyevanın, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair 2(010)-3213/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə xx.xx.2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1735,49 manat əsas borc, 207,22 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1972,71 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “İddiaçı İKB” ASC-dən illik 27 faizlə 24 ay müddətinə 2000 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci ilədək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqavilsi üzrə 1735,49 manat əsas borc, 207,22 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1972,71 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti və ona əlavə verərək 207,22 manat faiz borcunun və 30 manat cərimənin silinməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan, iradlarını dinləmədən və pandemiya dövründə işləmədiyini nəzərə almadan, ondan 1972,71 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq kreditor “xxxx” ASC-yə tutulmasını göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin krediti götürdüyü dövrdə, yəni xx xxxxxx 2019-cu ildə işləyirdi. Ona görə də sentyabr, oktyabr, noyabr və dekabr aylarında hər ay vaxtında borcunu ödəmiş və heç bir probem olmamışdır. Əfsuslar olsun ki, 2020-ci ildən işdə vəziyyət dəyişmiş, yəni işi olmayıb. 2020-ci ilin mart, aprel aylarından Covid-19 başlayıb və işləyə bilməyib. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixində yaranmış 110 (yüz on) manat faiz borcunu “xxxx”-a ödəsə də, bu pulun hara ödəndiyini ona izah edən olmayıb. Ona görə də, məhkəmənin nəzərinə çatdırır ki, onun şəxsi hesabına görə banka olan borcu məhkəmə qətnaməsində göstərilən məbləğdən xeyli fərqli olmalıdır. Həm də ona görə ki, pandemiya dövründə 207,22 manat faiz və 30 manat cərimə hesablanmasını düzgün hesab etmir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin faiz borcunun və cərimənin tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın faiz borcu və cərimənin tutulmasının təmin edilməsinə dair hissəninin qanuniliyi və əsaslılığı apelyasiya baxışını predmetidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2019-cu il tarixli, 3-Y-2-0- 1186-19 nömrəli kredit müqaviləsi və ona ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən kredit verən istehlak məqsədi ilə kredit alana 24 ay müddətinə, illik 27 % şərtilə 2000 manat verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay 108,76 manat olmaqla, 24 ay ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1735,49 manat əsas borc, 207,22 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 1972,71 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442.1, 445.7 və 448.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, borcalan kredit müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü kredit öhdəliyini lazımınca və vaxtında yerinə yetirmədiyinə görə kredit müqaviləsi üzrə faiz borcunun və cərimənin tutulmasına dair hissədə məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Ona görə apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 3213/2020 saylı qətnaməsi mübahisələndirilən – “207,22 manat faiz borcunun və 30 manat cərimənin tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-898/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-898/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver