Məhkəmə qərarları › İş №2(103)-8998/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8998/2020

02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8998/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddiaçı ləğv prosessində olan İddiaçı ASC-si Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxx 2012-ci il tarixli, xx xxxx 2012-ci il tarixli müqavilələrinə əsasən yaranmış borcun və girov qoyulmuş Cavabdeh məxsus qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv etmə prosessində olan İddiaçı ASC-yə qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixli, 34-13/Q saylı, xx xxxxx 2013-cü il tarixli, 58-13/Q saylı, xx xxxxxx 2013-cü il tarixli, 04-13/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş - 198,4 qr. 750 əyyar və 1781,24 qr 583-585 əyyar qızıl-zinət əşyalarının və ya dəyərinin hesablanaraq ilk iddia üzrə iddiaçı - LPO İddiaçı ASC-dən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli 230-12 saylı kredit müqaviləsi; xx.xx.2012-ci il tarixli 155-12 saylı kredit müqaviləsi; xx.xx.2012-ci il tarixli 259-12 saylı kredit müqaviləsi; xx.xx.2012-ci il tarixli 240-12 saylı kredit müqaviləsi; xx.xx.2012-ci il tarixli 221-12 saylı kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələblərinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103-15570/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-49/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1836/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə, anoloji qərardaddan Cavabdeh şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (iş üzrə icraata xitam verilməsi barədə qərardadın dəyişdirilmədən saxlanılması barədə) qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv etmə prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kiollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş üzrə qarşılıqlı iddia ərizəsinə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin predmetinin banka qarşı kreditor tələbi olmadığını vurğulayaraq sözügedən qərardadı ləğv etmiş və qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərmişdir. Bununla belə birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verərkən apelyyasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş və qəbul etdiyi qərardadı əsaslandırmamaqla iddiaçı Cavabdeh ləğv etmə prosesində olan İddiaçı ASC-yə qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası ona məxsus olan əmlakın alınması ilə bağlı olan kreditor tələbi olduğunu, cavabdeh İddiaçı ASC-si ləğv prosesində olduğundan ona qarşı əmlak tələbinə mülki muhakimə icraatında baxılması mümkün olmadığı vurğulayaraq mülki iş üzrə icraata xitam verilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Buna görə də kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərardadında qeyd edilmiş göstərişlərə əməl olunmaqla, işə mahiyyəti üzrə baxılıb əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və işə mahiyyəti üzrə baxılıb əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar