Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-901/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyan ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin ünvanında olan qaz qurğuları PQ-4 qaz sobasından və kombi aparatından ibarətdir. Cavabdehin abonent hesabına aktlar əsasında 2014-cü ilin iyul ayından 2020-ci ilin mart ayınadək aktlar əsasında cəmi 6558,50 manat məbləğində dəymiş zərər hesablanmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək istifadə edilmiş lakin dəyəri ödənilməmiş cəmi 2633,75 manat debitor borc mövcuddur (limitdən artıq istifadələr və ödənilmiş məbləğlər nəzərə alınmaqla). 2020-ci ilin may ayında 499,90 manat borc hesablanmışdır. Bununla da cavabdehin abonent hesabında hazırda 9692,15 manat (6558,50 manat+2633,75 manat+499,90 manat) məbləğində borc mövcuddur və həmin cəmi məbləğdə borc cavabdehdən tələb olunur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 6558,50 manat məbləğində zərərin, debitor borc üzrə 3133,65 manat pulun və 116,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 9809,08 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli 086941 saylı akt əsasında 194,40 manat, xx.xx.2014-cü il tarixli 087500 saylı akt əsasında 266,40 manat, xx.xx.2015-ci il tarixli 089928 saylı akt əsasında 64,80 manat, xx.xx.2016-cı il tarixli 090121 saylı akt əsasında 345,60 manat, xx.xx.2016cı il tarixli ******* saylı akt əsasında 293,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 110,30 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 512,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 607,20 manat, xx.xx.2018-ci il tarixli 0135972saylı akt əsasında 161 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 153,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 262,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 72,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat, cəmi 6558,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymişdir. Cavabdehin ödənilməmiş 2013-cü ilin qalıq 499,90 manat, sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 408,80 manat sərfiyyat borcu və limitdən əlavə 53 manat sərfiyyat borcu, 2021ci ilin yanvar-dekabr ayları üzrə 1126,30 manat səfiyyat borcu və limitdən əlavə 37,90 manat səfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 831,03 manat səfiyyat borcu və limitdən əlavə 28,97 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayları üzrə 182,04 manat sərfiyyat borcu və limitdən əlavə 25,36 manat sərfiyyat borcu, cəmi 3193,30 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayına qədər cavabdeh cəmi 59,65 manat məbləğində ödəniş etmiş, bu səbəbdən dəyəri ödənilməmiş cəmi 3133,65 manat debitor borcu da qalmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2125/23 saylı iş üzrə 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Cəfərzadə) iddia qismən təmin edilərək, Cavabdehdən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 1913,68 manat məbləğində dəymiş zərər, 2633,75 manat məbləğində debitor borc, cəmi 4547,43 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 65,47 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qazdan qeyri-qanuni istifadə edilməsi barədə halın aşkar edilməsinə dair aktlar əsaslı olsa da, bu hallarda istifadə edilmiş qazın dəyərinin hesablanması tam əsaslı olmamışdır.
6. xx.xx.2016-cı il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4 və kombi qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 2936 m3 həcmində 293,60 manat (2936 m3 x 0.10 manat) borcun hesablansa da məhkəmə qeyd edir ki, kombi qurğusu hava temperaturası az olan ilin mövsümü üçün istifadə olunan qurğu olduğundan həmin qurğunun yay ayı və 18 saat üçün hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, PQ-4 qurğusu üçün hesablanmış itirilmiş qazın həcmini (648 m3 ) və kombi qurğusu üçün isə 416 m3 (2.6 x 10 saat x16 gün) həcmində olmaqla hesab edir ki, itirilmiş qazın dəyəri 106,4 manat ((648 m3 + 416 m3 ) x 0.10 manat) müəyyən edilməlidir.
7. xx.xx.2016-cı il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1103 m3 həcmində 110,30 manat (1103 m3 x 0.10 manat) borcun hesablansa da məhkəmə qeyd edir ki, yay ayı və 18 saat üçün hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, PQ-4 qurğusu üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı üçün nəzərə alınmaqla 124,8 m3 (1.2 x 4 saat x 26 gün), QSSQ üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı üçün nəzərə alınmaqla 390 m3 (1.5 x 10 saat x 26 gün), cəmi 514,8 m3 həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 51,48 manat (514,8 m3 x 0.10 manat) müəyyən edilməlidir.
8. xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-3 və kombi qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 4225 m3 hesablansa da məhkəmə qeyd edir ki, yay ayı, 18 saat və 90 gün üçün hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, PQ-3 qurğusu üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı və 30 gün nəzərə alınmaqla 96 m3 (0.8 x 4 saat x 30 gün), kombi üçün hesablanmış itirilmiş qazın həcmini yalnız qış ayı üçün, 10 saat və 30 gün nəzərə alınmaqla 780 m3 (2.6 x 10 saat x 30 gün), cəmi 876 m3 həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 87,6 manat (876 m3 x 0.10 manat) müəyyən edilməlidir.
9. 11.02.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4, samovar və radiator qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 805 m3 hesablansa da məhkəmə qeyd edir ki, radiator üçün 18 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, radiator üçün itirilmiş qazın həcmini 10 saat üçün 176 m3 (0.8 x 10 saat x 22 gün), cəmi 664 m3 (PQ-4 üçün 158 m3 + samovar üçün 330 m3 + radiator üçün 176 m3 ) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 132,8 manat (664 m3 x 0.20 manat) müəyyən edilməlidir.
10. xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4, QSSQ və radiator qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 768 m3 hesablansa da məhkəmə qeyd edir ki, radiator üçün 18 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, radiator üçün itirilmiş qazın həcmini 10 saat üçün 168 m3 (0.8 x 10 saat x 21 gün), cəmi 634 m3 (PQ-4 üçün 151 m3 + QSSQ üçün 315 m3 + radiator üçün 168 m3 ) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 126,8 manat (634 m3 x 0.20 manat) müəyyən edilməlidir.
11. -xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, yay və qış ayları nəzərə alınmaqla PQ-4, QSSQ və radiator qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 768 m3 hesablansa da məhkəmə qeyd edir ki, radiator üçün 18 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, radiator üçün itirilmiş qazın həcmini 10 saat üçün 312 m3 (0.8 x 10 saat x 39 gün), cəmi 1061 m3 (PQ-4 üçün 281 m3 + QSSQ üçün 468 m3 + radiator üçün 312 m3 ) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 212,2 manat (1061 m3 x 0.20 manat) müəyyən edilməlidir.
12. xx.xx.2018-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4 və QSQ qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 576 m3 hesablansa da məhkəmə qeyd edir ki, yay ayı üçün QSQ-yə görə 8 saat hesablanması əsassız olmuşdur. Odur ki, məhkəmə, QSQ üçün günlük 2 saat olmaqla itirilmiş qazın dəyəri QSQ üçün 90 m3 (1.5 x 2 saat x 30 gün), cəmi 316 m3 (PQ-4 üçün 216 m3 + QSQ üçün 90 m3 ) həcmində hesab edir ki, itirilmiş qazın dəyəri 63,2 manat (1061 m3 x 0.20 manat) müəyyən edilməlidir.
13. xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir.
14. xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir.
15. xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir.
16. xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir.
17. xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 666 m3 həcmində 66,6 manat (666 m3 x 0.10 manat) müəyyən edilməlidir.
18. xx.xx.2019-cu il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba və işi rejimi 24 saat nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmiş, həmçinin Qaydalara əsasən sutkanın 10 saat üçün hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 üçün 360 m3 (1.2 x 10 saat x 30 gün), QSSQ üçün 450 m3 (1.5 x 10 x 30), cəmi 810 m3 həcmində, 81 manat (810 m3 x 0.10 manat) dəyərində dəymiş zərər müəyyən edilməlidir.
19. xx.xx.2020-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba və işi rejimi 24 saat nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmiş, həmçinin Qaydalara əsasən sutkanın 10 saat üçün hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 üçün 360 m3 (1.2 x 10 saat x 30 gün), QSSQ üçün 450 m3 (1.5 x 10 x 30), cəmi 810 m3 həcmində, 81 manat (810 m3 x 0.10 manat) dəyərində dəymiş zərər müəyyən edilməlidir.
20. xx.xx.2020-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba və işi rejimi 24 saat nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmiş, həmçinin Qaydalara əsasən sutkanın 10 saat üçün hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 üçün 360 m3 (1.2 x 10 saat x 30 gün), QSSQ üçün 450 m3 (1.5 x 10 x 30), cəmi 810 m3 həcmində, 81 manat (810 m3 x 0.10 manat) dəyərində dəymiş zərər müəyyən edilməlidir
21. xx.xx.2020-ci il tarixli akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasından görünür ki, PQ-4, QSSQ və Dəmir soba qurğusu nəzərə alınmaqla dəymiş zərər cəmi 1422 m3 hesablansa da məhkəmə qeyd edir ki, dəymiş zərərin dəmir soba nəzərə alınmaqla hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehin ünvanında dəmir sobanın olması müəyyən edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, itirilmiş qazın dəyəri PQ-4 və QSSQ qurğusu nəzərə alınmaqla 386 m3 həcmində 38,6 manat (386 m3 x 0.10 manat) müəyyən edilməlidir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.5-1, 6.5-3, 6.5-4, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar və həmçinin cavabdehin məhkəmə iclasında etirafı cavabdeh tərəfindən Birliyə zərər vurulduğunu təsdiq etsə də, məhkəmə bunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər (iddiaçı və cavabdeh) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu
31. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
32. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
33. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
34. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır.
35. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
36. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
37. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
38. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Ape
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən edib maddi hüquq normalarını düzgün tətbiq etsə də, debitor borcun təmin olunan hissəsinə münasibətdə məbləği düzgün müəyyən etməmişdir.
42. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdeh sayğac üzrə 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək təbii qazdan istifadə etmiş, lakin təbii qazdan istifadənin dəyəri ödənilməmiş, nəticədə 3133,65 manat debitor borcu yaranmışdır.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442).
44. Məhkəmə kollegiyası hesab edir ki, 3133,65 manat debitor borcu cavabdehin müqavilə üzrə qazdan istifadə etməsi nəticəsində yaranan borcdur və həmin borcun məbləğinin azaldılması üçün hər hansı əsas yoxdur. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır.
45. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulan debitor borcun məbləği 3133,65 manat müəyyən edilməlidir.
46. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan debitor borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulan debitor borcun məbləği 3133,65 (üç min yüz otuz üç manat, altmış beş qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.