Məhkəmə qərarları › İş №2(103)-909/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-909/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-909/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh" ASC-yə qarşı “əsassız faizlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1986/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh" ASC-yə qarşı əsassız faizlərin ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız tətbiq edilmiş faizlərin ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiq edilməsi üçün Cavabdeh ASC-inə qarşı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində onunla Cavabdeh ASC-nın Babək filialı ilə ipoteka müqaviləsi bağlanmış və 60 ay müddətinə 17876 AZN və ya manatın dollara həmin dövrün məzənnəsinə uyğun 22874 USD məbləğində avtomobil krediti rəsmləşdirilmişdir.Tərtib edilmiş cədvələ və müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, həmin tarixdən dolların manata məzənnəsinə uyğun heç bil- gecikdirməyə yol vermədən kredit ödənişi həyata keçirilmişdir. Daha sonra o qeyd etmişdir ki, Hundai avtomobilinin satış salonunda qiyməti 21800 AZN təşkil etmişdir. Bu iddiaçını qane etmiş və müqavilənin bağlanmasına səbəb olmuşdur. Onun tərəfindən Cavabdeh ASC-nin Babək filialına avtosalonun hesabına 3924 AZN ilkin ödəniş kimi nəğd pul ödənilmiş adi çəkilən bankın filialı tərəfindən isə avtosalona 17876 AZN pul köçürülmüşdür. Lakin Cavabdeh ASC-in Babək filialı tərəfindən ödəmə cədvəli milli valyutada deyil, ABŞ dolları ilə tərtib edilmiş və devalivasiya ilə əlaqədar problemin yaranmasına səbəb olmuşdur.Hal-hazırda Cavabdeh ASC-in ödənilməmiş faiz və tətbiq olunmuş cərimələr daxil olmaqla 17610 ABŞ dollar borcu mövcuddur. Devalivasiya müddətində yaranmış gecikdirmə ilə əlaqədar bank iddiaçını məhkəməyə vermişdir. Məhkəmə qətnaməsinə əsasən tutma avtomobilə yönəldilmişdir. Müvafiq razılaşmaya əsasən hər ay 300-400 AZN olmaqla ödənişlər davam etdirilmiş və ümumilikdə 16713 AZN pul ödənilmişdir. Devalivasiya qərarına qədər, yəni fevral 2015-ci il tarixində olan dövrdə əsas borc qalığı 17917 ABŞ dolları və ya 13975 AZN olmuşdur.Devalivasiyaya qədər onun tərəfindən 10000 ABŞ dollarından çox pul ödənilmiş, ondan 4583,9 dollar və ya 3575,4 AZN əsas borc, 5416,3 dollar və ya 4224,7 manat isə faiz borcu təşkil etmişdir. Yəni “xxxx” ASC-i tərəfindən avtosalona köçürülmüş 17876 AZN əsas borcdan yuxarıda qeyd edildiyi kimi 3575,4 AZN silinmiş və 13,293 AZN əsas borc qalmışdır. Bundan əlavə bu günə qədər 6715 AZN pul ödənilmişdir.Beləliklə, ödəmə cədvəli 34854 ABŞ dolları ilə deyil, həmin dövrün manatın dollara məzənnəsi ilə tərtib edilsəydi 27186,12 AZN təşkil edəcəkdir, nəticədə ümumi qalıq borcum 17610 ABŞ dolları deyil, 10473 AZN-nə bərabər olacaqdır və Azərbaycan Respublikası Prezidentinin fərmanın tətbiq edilməsinə əsas vermiş olacaqdır.Bundan başqa Cavabdeh ASC-nə dəfələrlə ödəmə cədvəlinin Milli valyutada tərtib edilməsi barədə müraciətlər olunmuş və heç bir müsbət nəticə verməmişdi.. Əlavə olaraq bildirmişdir ki,Cavabdeh ASC tərəfindən 1642,66 ABŞ dolları və 634,92 ABŞ dolları cərimənin əsas qalıq borcun üstünə gələrək təkrar faiz hesablanmışdır. Tərtib olunmuş ödəniş cədvəlində faizlərin yüksəkdən azalana doğru və hər ay ödənilməsi nəzərdə tutulması nəticəsində yaranmış 1642,66 ABŞ dollarına əlavə hesablanmış faizin silinməsində və Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cərimə borcu ləğv edildiyi üçün həm 634,92 dollar cərimənin və ona hesablanmış faizin qalıq borcu 17610 ABŞ dollarından çıxmaqla, yerdə qalan qalıq borcun dolların bu günə manata məzənnəsinə uyğun ödəniş cədvəli tərtib edilməsi xahiş olunmuşdur, lakin bank hər hansı tədbir görməmişdir. Qeyd olunanları nəzərə alıb, iddiaçı iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiy nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və işə birtərəfli baxılmaqla yalnış nəticəyə gəlmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli xx xxxx 2016-cı il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı “Cavabdeh" ASC cavabdeh İddiaçı qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 19436,29 ABŞ 1642,66 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, cəmi 21.128,95 ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi üzrə manatla və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8311/2016 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1205/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli Qərarın surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8311/2016 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci tarixli məktubuna əsasən, bankın müştərisi İddiaçı müraciəti əsasında onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İA/80445/52/24 saylı müqaviləyə əsasən 20354 ABŞ dolları məbləğində avtomobil krediti rəsmiləşdirilmişdir. Müştəri Cavabdeh ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün Bank tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2016-cı il tarixli, 2(010)-6876/2016 saylı qətnamə ilə təmin edilmişdir. Müştərinin Cavabdeh ASC qarşısında olan öhdəlikləri ilə bağlı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli xx xxxx 2016-cı il tarixli Qətnaməsi ilə surətinə əsasən cavabdeh İddiaçı 19436,29 ABŞ əsas borcu, 1642,66 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, cəmi 21.128,95 ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi üzrə manatla və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli xx xxxx 2016-cı il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən faiz borcu həmin qətnamə ilə mötəbər sübut kimi qiymətləndirilmiş və cavabdeh İddiaçı bankın xeyrinə tutulmalı olan faiz borcu 1642,66 ABŞ dolları məbləğində müəyyən edilmiş, bu qətnamə apellyasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən faiz borcunun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir, Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin əsassız, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar