Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9105/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(001)-669/2021 saylı qərardadından cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızı ilə aralarında bağlanmış 13 mart 2015-ci il tarixli, 013A********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada bankın xeyrinə 50829,4 ABŞ dolları əsas, 35406,42 ABŞ dolları faiz və 11533,5 ABŞ dolları cərimə borcu olmaqla cəmi 97769,32 ABŞ dollarə məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsində yerləşən 0,0742 ha. torpaq sahəsi və üzərində yerləşən 123B saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsinin təmin edilməsi, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğin ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işin halları ilə müəyyən olunur ki, bank Cavabdeh1 təxminən 90000 ABŞ dolları məbləğində pul tələb edir. İddia tələbi həm də borcun ipoteka predmeti olan əmlaka yönəldilməsindən ibarətdir. Hansı ki, sözügedən əmlak ekspert tərəfindən 153000 manat qiymətləndirilmişdir. Yəni, ipoteka predmeti olan əmlakın satışından əldə edilcək vəsait banka olan borcu tam olaraq qarşılayır. Belə nəticəyə gəlinir ki, borcun ödənilməsi üçün ilk öncə ipoteka predmeti olan əmlakla bağlı prosessual hərəkətlər ediləcək. Sözügedən əmlak isə Bakı şəhəri, Xəzər rayonunda yerləşir. Əmlakın hərracda satılması icra olunmadan qətnamənin gələcəkdə icrası mümkünsüz olduğundan yekun məhkəmə qərarının icrası ilə bağlı ediləcək ilk prosessual hərəkət əmlakın satışı olacaq. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(001)-669/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(001)-669/2021 saylı qərardadından cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızı tərəfindən verilmiş şikayət həmin məhkəmənin 12 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “İddiaçı QSC, cavabdehlər Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(001)-669/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 qeydiyyat ünvanı Bakı şəhəri Binəqədi rayonudur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızının şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(001)-669/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9105/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9105/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver