Məhkəmə qərarları › İş №2(103)-9108/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9108/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9108/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2309/2021 saylı, 11 iyun 2021ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyə Cəmiyyətinin direktoru X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyə Cəmiyyəti cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 13.04.2020-ci il tarixli, AN - İ № ******* nörmrəli alğı-satqı müqaviləsinin və onun nəticəsi olaraq cavabdehə verilmiş ********** nömrəli, 21.04.2020-ci il tarixli çıxarışın etibarsız elan olunması barədə qətnamə qəbul edilmıəsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyə Cəmiyyətinə qarşı “evin boşaldılaraq təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış 13.04.2020-ci il tarixli, AN İ№ ******* nömrəli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini boşaldaraq Cavabdeh təhvil verilməsi öhdəliyinin icrası, eyni zamanda həmin evə sahiblik, ondan sərbəst istifadə etmək üçün yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2309/2021 saylı, 11 iyun 2021ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 21 saylı Notariat Ofisininə və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı MMC-nin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh təhvil və həmin evə sahiblik, ondan sərbəst istifadə etmək üçün yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin həvalə edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyə Cəmiyyətinin direktoru X4 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh ona aylıq təqribən 13% olmaqla 300.000 manat borc verə biləcəyini bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında borc müqaviləsi bağlamaq üçün ünvan 2 ünvanında yerləşən notariusa yaxınaşmışlar. Orada Hikmət ona bildirmişdir ki, borc müqaviləsi alınmıyacaq yalnızca formal olaraq daşınmaz əmlak, məsələn ev, torpaq sahəsinin alqı-satqı müqaviləsini bağlasaq və həmin əmlak onun mülkiyyətinə verilsə borcu verə bilər. 13.04.2020-ci il tarixində həmin notarisuda "xxxx" MMC məxsus olan real bazar qiyməti bir milyon manatdan çox olan ünvan 3 ünvanında olan fərdi yaşayış evinin Cavabdeh satılması barədə AN - İN № ******* nörmrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Danışdıqları kimi 1 il müddətin tamamında müqavilə ləğv edilməli idi. Onun tərəfindən 200.000 manata yaxın faiz borcu ödənilmiş və bugün borcun bağlanması Cavabdeh təklif edilmiş, lakin Hikmət əsassız olaraq, əlavə 600.000 manat pul tələb etməkdə davam edir. Aralarında real dəyərindən dəfələrlə az qiymətə formal, uydurma əqd bağlanmış, Cavabdeh bir gün də olaraq, həmin evdə yaşamamış, həmin evdə təsərüffat aparmamışdır. Hesab edir ki, məhkəmə işi obyektiv hərtərəfli araşdırma aparmadan, işin faktiki hallarına qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəməyə müracət edənədək Cavabdeh bir dəfə də olsun 1 il ərzində həmin ünvana yaxınlaşmamış, orada yaşamamış, orada təsərüffat aparmamış, bununla bağlı məhkəməyə müraciət etməmişdir. Onlar arasında alqı-satqı yox borc sələm münasibətləri olmuşdur. Məhkəmə bunların heç birinə qiymət verməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2309/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyev tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2309/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı MMC-nin adından ünvan 4 ünvanında qeydiyyatda olan X2 ünvan 5 ünvanlandığı 13.04.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, Roman Güləliyev ərizədə qeyd etmişdir ki, “Bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.11.2016-ci il tarixdə verilmiş **********27-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı MMC-yə məxsus olan BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TARİVERDİYEV KÜÇƏSİ, EV 6a ünvanında yerləşən fərdi yaşayış evini satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin etməyi xahiş edir.”(İ.vər. 115) İş materiallarında olan, 8i-2117 reyestr nömrəli, 13.04.2020-ci il tarixli İddiaçı MMCnin adından X2 ərizəsinin surətindən görünür ki, Roman Güləliyev ərizədə qeyd etmişdir ki, İddiaçı MMC-yə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 640.3 kv. metr olan fərdi yaşayış evinə dair gələcəkdə Cavabdeh qarşı heç bir maddi və mənəvi iddia tələbi olmayacaq hüquq mühafizə orqanlarında və məhkəmədə bu fərdi yaşayış evinə dair iddia tələbi və şikayəti olmayacaq.(İ.vər. 128) İş materiallarında olan, 8i-2113 reyestr nömrəli, 10.04.2020-ci il tarixli X1 razılıq ərizəsinin surətindən görünür ki, Aytəkin Güləliyeva ərizədə qeyd etmişdir ki, əri X2 təsisçi olduğu İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına heç bir etirazı yoxdur.(İ.vər. 127) İş materiallarında olan, Satıcı İddiaçı MMC və alıcı Cavabdeh tərəfindən ünvan 8 ünvanlanmış 13.04.2021ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı MMC adından X3 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 300.000 manat qiymətə satılması barədə razılığa gəlmişlər.(İ.vər. 129) İş materiallarında olan, İddiaçı MMC-nin adından X4 ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* saylı 13 aprel 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” İddiaçı MMC ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini “Alıcı” Cavabdeh mülkiyyətinə vermişdir.(İ.vər. 174 - 175) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsində yerləşən, ümumi sahəsi 640,30 kvadratmetr olan 6a saylı fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.(İ.vər. 51) Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyevin apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakiları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaıb iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyevin apelyasiya şikayətinin onlar arasında bağlanmış AN-İ № ******* saylı 13 aprel 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin formal, uydurma əqd olduğunu və formal xarakter daşıdığını, əslində onlar arasında alqı-satqı yox borc sələm münasibətləri olması, mübahisəli fərdi yaşayış evinin dəyərindən dəfələrlə ucüz qiymətə satılmasınında müqavilənin formal olduğunu təsdiq etməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyev alqı-satqı müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi yuxarıda qeyd edilmiş maddi-hüquq normalarının tələblərinə əsasən qanuna uyğun bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyevin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyevin apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərərək apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Bundan başqa iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru Roman Güləliyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCnin direktoru Roman Güləliyevin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2309/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyə Cəmiyyətinin direktoru X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2309/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar