Məhkəmə qərarları › İş №2(103)-9114/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9114/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9114/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-185/2021 saylı qətnaməsindən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-185/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı alğı-satqı müqavilələrinin ləğv edilməsi, avtomobillərin qaytarılması tələbinə dair ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 45000 ABŞ dollar borc (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə manatla) Cavabdeh1 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiasının qismən təmin edilməsi, İddiaçı “İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 21.500 ABŞ dollarına satışından qalan 3.500 ABŞ dolları əsas borcun, həmin avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edən 2.500 ABŞ dolları, “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcu, 72050 ABŞ dolları avtomobillərin girovu ilə bağlı İddiaçı verilmiş əsas borc, 11890 ABŞ dolları faiz borcu (ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) "xxxx" MMC-nin xeyrinə tutulması, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiası qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-185/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-185/2021 saylı qətnaməsi ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iki ünvan üzrə göndərilmiş, qətnamə onun tərəfindən həmin ünvanlar üzrə 05 iyun 2021-ci il tarixdə SS725028644AZ saylı və 10 iyun 2021-ci il tarixdə SS725028560AZ saylı sifarişli poçt qəbzləri vasitəsi ilə verilmişdir. (i/v 283, 286) İş materiallarından görünür ki, apellyasiya şikayəti 27 iyul 2021-ci ildə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 028207 saylı qəbzdən (i/v 321) ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətinin hansı tarixdə kuryer xidmətinə verilməsi və hansı tarixdə məhkəməyə daxil olmasını müəyyən etmək mümkün deyildir. "xxxx" MMC ilə 26 avqust 2021-ci il tarixdə ***-***-**-** saylı möbil nömrəsi ilə əlaqə saxlanılmış, həmin nömrədən saat 14-23-də daxil olan məlumatda şikayətin kuryer xidmətinə daxil olması qeydə alınmadığından, şikayətin qəbul edilməsi və məhkəməyə göndərilməsi barədə məlumat verilməsi mümkün deyildir. Belə olan halda kollegiya hesab edir ki, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-185/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin müddət ötürülməklə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti 06 iyul 2021-ci il tarixdə məhkəməyə verilməli olduğu halda (qətnamə iki ünvan üzrə 05 iyun və 10 iyun 2021-ci il tarixlərdə poçt qəbzi ilə alınmışdır) 27 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-185/2021 saylı qətnaməsindən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)-185/2021 saylı qətnaməsindən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarılsın. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar