Məhkəmə qərarları › İş №2(103)-9131/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9131/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9131/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və s.” tələbinə, həmçinin qarşılıqlı idda ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “uşaq tələbi”nə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-477/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulması, 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicə olunması üçün alınmış aparatlara görə ötən 20 ay müddətində çəkdiyi xərcin yarısı 4800 manat, insulin iynələri üçün ötən müddət ərzində 2000 manat xərcin yarı məbləğinin alınıb ona verilməsi, 19 noyabr 2012-ci il təvəllüdlü X4 hər ay müalicəsi üçün 340 manat aparata və dərmanlarının alınması üçün pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21.10.2011-ci ildə nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahdan 19 noyabr 2012-ci ildə X8 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, yetkinlik yaşına çatmayan 19 noyabr 2012-ci il tarixdə anadan olmuş qızları X8 yanında saxlanmış, 19 noyabr 2012-ci il tarixdə anadan olmuş qızı X2 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin iddiaçı Məmmədzadə Eldar oğlundan tutularaq ona ödənilməsi, alimentin tutulma müddətinin 12 fevral 2019-cu il tarixdən hesablanması barədə qətnamə qəbul etmişdir. Faktiki olaraq Cavabdeh qazancının miqdarı ödənilən aliment məbləğinə münasibətdə daha çox məbləğdədir. Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(004)-2176/2019 saylı qətnaməsində Cavabdeh qızı Məmmədzadə Leylanın xəstəliyindən müalicəsi aylıq 100-150 manat pul xərcləndiyini bildirməsi qeyd edilmişdir. Faktiki olaraq həmin məbləğ 150 manat deyil daha çox məbləğdir. Hər ay üçün övladının müalicəsinə yüksək məbləğdə pul xərclənir. X15 ağır dərəcəli diabet xəstəsi olduğu üçün daimi şəkər ölçən aparatdan istifadə etməlidir. Həmin aparat hər 14 gündən bir dəyişdirilmələdir. 1 ay müddətində 3 aparat alınmalıdır. 1 aparatın dəyəri isə hazırda 160 manatdır, bu məbləğ mütəmadi olaraq dəyişə bilir, çünki aparat xaricdən sifariş verilir. Eyni zamanda, hər gün insulin iynələri vurulur ki, onlarda iki növdür Norapid Flekspen-qutusu 159 manat, Levemir Flekspen qutusu-236 manatdır. 2019-cu ilin noyabr ayından Cavabdeh qızı Leylanın saxlanması və müalicə olunması üçün çəkdiyi xərclərlə bağlı heç bir vəsait ödəmədiyindən ötən müddət ərzində hər ay üçün çəkdiyi xərclərin 50 faizi miqdarında aparatlar üçün 4800 manat, insulin iynələri üçün ötən müddət ərzində 2000 manat pul cavabdehdən tutulmalı və ona ödənilməlidir. Cavabdeh internetdəki səhifəsində X18 korporativ və hüquq məsələləri üzrə ekspert olduğunu, 2016- 2018- ci illərdə “X19” LLS şirkətində hüquq eksperti, “Socar” X10” LLC şirkətində hüquq meneceri işlədiyini bildirmişdir. Həmin səhifəsində 142715-S22411 nömrəli kontrakt əsasında işlədiyi və müqavilə şərtləri öz əksini tapmışdır. Müqavilə ilə ilə müəyyən edilir ki, Cavabdeh hər iş saatı üçün 245 ABŞ dolları əmək haqqı ödənilir. Cavabdeh ilə evli olduqları zaman ailə xərcləri onun tərəfdən ödədiyindən onun əmək haqqı və digər gəlirləri Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xətai filialında onların ortaq hesabı sayılan (Account No:********************) köçürülmüşdür. X13 1-ci tip şəkərli diabet xəstəsi olmaqla yanaşı Autizmdən də əziyyət çəkir. Səhhətində olan problem aradan qalxmamışdır və uzun müddət müalicə tələb edir. O, anası kimi onun bütün xərclərini ötən müddətdə ödəyib. Gələcəkdə də çalışacaq ki,öz valideyinlik borcunu yerinə yetirsin. Qızı Leylanın müalicə xərcləri, təhsil və digər xərclərində atası kimi Cavabdeh ötən müddət ərzində iştirak etməmişdir. 10.09.2020-ci ildə Xətai Rayon İcra və Probasiya şöbəsindən ona edilmiş telefon zəngi vasitəsi ilə bildirmişdir ki, qızı Leylanın saxlanması üçün məhkəmə qərarı ilə müəyyən edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment İcra və Probasiya şöbəsinə ödəmişdir. Leylanın müalicəsi və sağlam yaşaması məqsədi ilə əvvəl təyin edilmiş alimentin miqdarı artırılmalı, onun sağlamlığı və saxlanmasına çəkilən xərclər hər iki valideyin arasında bölünməlidir Qarşılıqlı idda ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaq tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2012-ci il tarixdə anadan olmuş X4 cavabdeh X6 alınaraq, onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı idda ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il qətnaməsi ilə onunla cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş qızı Leylanın cavabdehin yanında qalması, onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu qətnamə qəbul olunduğu zaman məhkəmə tərəfindən qızının xəstəliyi, onun işsizliyi, iddiaçının uşağa qayğı göstərməsi üçün yanında saxlanılması xahişi, onun yaşayış və maddi imkanları, onun uşağın anası ilə qalmasına razılıq verməyi və sair məsələyə aid olan bütün hallar nəzərə alınmışdır. Bundan sonra bu hallar demək olar ki, dəyişilməmişdir. Odur ki, hal-hazırda iddiaçı hansısa bəhanələrdən istifadə edərək bu razılığı pozursa, o, qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etməyi zəruri hesab edir və onu əsaslandırmaq, həm də ilkin iddia ərizəsini əsassızlığını açıq-aşkar göstərmək üçün ümumiləşdirərək ən mühüm aşağıdakı halları qeyd etməyi vacib hesab edir. Bu gün uşağın "ağır xəstəliyi" ilə bağlı bəhanə edən keçmiş arvadı və onun anası son vaxtlara qədər bu halı həmişə rədd edirdilər. Əslinda qızı Leyla erkən, az çəkili (1900 q) va anadangəlmə patologiyası (hipoksiya va dölün inkişaf etməməsi) ilə doğulmuşdur. Nəticədə uşaq 40 gün küvəzdə həkimlərin daimi nəzarəti altında qalmış, uzun müddət ərzində kifayət qədər inkişaf etməmiş, 5 yaşına qədər danışa bilməmiş va yaşıdlarından geri qalmışdır. Bu iki qadın uşağın hələ bir yaşı tamam olmamış onu smartfona, planşetə baxmağa öyrətmişlər. Nəticədə Leyla həmişə ela bir virtual dünyaya qapanmışdır, getdikcə fikir vermişdir ki, uşaq danışmır va ətrafına diqqət yetirmir. Bununla bu iki qadının diqqətini uşağın təcili müalicəyə başlamasına ehtiyac olduğunu diİə gətirsə də onlar onu arxayın edirdilər ki, qorxulu bir şey yoxdur. Çox hay-küydən sonra axır ki, qızının tam tibbi müəyinələrdən keçirilməsini şəxsən özü israr edərək, onu Bakıda an yaxşı həkimlərin yanına özü aparmışdır. Həkimlərin tövsiyəsinə yalnız özü və ya atası həftədə 4 dəfə Leylanı 2 il yarım "loqos” va “Mədinə” uşaq mərkəzlərinə aparırdılar. Orada onun üzərində nevropatoloqlar, psixoloqlar, loqopedlar, masaj müəllimləri va digər mütəxəssislər çalışırdılar. Bununla yanaşı, o, qızını iki dəfə Sankt-Peterburqa aparıb. Orada məhşur bir rus nevropatoloq onu xüsusi müayinələrdən keçirir va müalicəni təyin edirdi, onlar isə Bakıda onun təyinatını icra edirdilər. Bu gün özlərini uşağın himayədarları kimi göstərmək istəyən nə keçmiş arvadı, nə də onun anası uşağı heç vaxt uşaq inkişaf mərkəzlərinə bir dəfə də olsun aparmamış, onun orada və ya Sankt-Peterburqda müalicəsinə görə heç vaxt bir qəpik pul ödəməmişlər. Gec olsa da Leyla ümumi səylərin nəticəsində yavaş-yavaş dəyişməyə başlamışdır, heç bir reaksiya verməyən va digər insanlara laqeyd olan bir qızdan, o yaxşılığa doğru dəyişməyə, hər şeyə maraq göstərməyə, gülümsəməyə, gülməyə, dinləməyə, əvvəlcə ayrı-ayrı deməyə, sonradan isa adi cümlələri quraraq danışmağa, suallara cavab verməyə, yaxınların yad insanlardan, uşaqları böyüklərdən, qadınları va kişilərdən ayırmağa başlamışdır. Lakin uşağın ona va valideynlərinə münasibəti nədənsə keçmiş arvadının xoşuna gəlməmişdir. Onlar onsuz da har zaman valideynlərinin ailasindəki isti münasibətləri qısqanırdılar. Onlar Leylaya zərər verdiklərinin fərqinə varmayaraq, uşağın onlarla gəzməməsi va ünsiyyət qurmaması üçün həmişə bəhanə tapıb buna yol verməmə mövqeyi tutdular və bu gün də həmin yolla gedirlər. Nevropatoloqun qadağasına baxmayaraq, onlar uşağa yenə də smartfon, planşet və televizorla başını qatırlar ki, evdə oturub bir şeylə məşğul olsun, şıltaq olmasın, onları narahat etməsin. Hazırkı iş üzrə də qızının xəstəliyinə dair bütün halları artıq açdığına görə bu məsələyə dair onu qeyd edir ki, 2020-ci il noyabrın 19-da qızının 8 yaşı tamam olacaq, 2018-ci il noyabrın əvvəlində o, öz evindən gedəndən sonra keçmiş arvadı və onun anası bir yerdə yaşasalar da heç biri onun inkişafı ilə məşğul olmur. Onlar bu günə qədər uşağı nə məktəbə qoyublar, nə də ki yanına bir müəllim gətirirlər. Yenə də onun səhhəti ilə bağlı spekulyasiya etsələr, onlara bir-iki sual vermək lazımdır. Məsələn, əgər uşaq “ağır" xəstədirsə, onun “qayğıkeş” anası niyə onunla məşğul olmur və maddi cəhətdən heç bir sıxıntı keçirmədiyi bir halda işə getməli olduğunu bəhanə edərək həftənin 6 günü səhər saat 8-dən axşam qədər niyə evdə olmur? Əgər uşaq həqiqətən belə “ağır” xəstədirsə niyə bu vaxta qədər yanında qayğıkeş" anası deyil, “dayə” adlandırdığı heç bir xüsusi təhsili olmayan yaşlı bir qadın olur. Qadın onun evində hər gün (bazar günündən başqa) 24 saat qalır və uşağın “dayəsi" olduğu bütün ev işləri ilə məşğul olur (evi təmizləyir, ailə üzvlərinin paltarlarını yuyur və ütüləyir, yemək hazırlayır, qab-qaşığı yuyur və s.) Anası "ağır" xəstə uşağını hər gün bu cür atıb gedirsə, ona həftədə bir dəfə 2 saat ərzində uşağın doğma atası ilə görüşməmək və digər mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icra etməmək üçün bəhanə axtaran həmin anaya necə bəraət qazandırmaq olar? Bu hal həmçinin ona görə qəribə gəlir ki, məhkəmə baxışı zamanı uşağın xəstəliyinin “ağırlığını" müəyyən etmək üçün heç bir məhkəmə-tibbi ekspertizası aparılmamışdır. Odur ki, hesab edir ki, məsələni tez-tez ortaya atan keçmiş arvadı qətnaməni qanunsuz icra etməməsini örtbasdır etməyə çalışır. Əgar iddiaçı uşağa baxa bilmirsə, ona baxmaq üçün onun maddi imkanı yetərli deyiİdirsə, bela olan halda uşağın ilkin iddia üzrə iddiaçıdan alınaraq onun himayəsinə verilmasi daha yaxşı olardı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən təmin edilməsi, 19 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia ərizəsi üzrə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulması və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, ilkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 200 manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulması, ilkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün çəkilmiş xərclərin, yəni 5784,72 manatın yarısı, 2892,36 manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulması, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə qarşılıqlı iddia ərizəsini, habelə tərəfindən sonuncu iclasda verilmiş vəsatəti araşdırmadan, işin hallarını hərtərəfli və tam yoxlamadan işə qərəzli yanaşmış və nəticədə əsassız bir qətnamə qəbul etmişdir. Yasamal İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası qanunsuz davranaraq (məhkəmə tərəfindən lazımınca baxılmamış son məhkəmə iclasında verilmiş vəsatətində ətraflı göstərilmişdir) qarşılıqlı iddia ərizəsində yer tapmış halları araşdırmadan tamamilə qanunsuz və əsassız rəy verməsinə “göz yummuşdur”. Alimentin artırılmasından sonra “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmasını, məhkəmə tərəfindən yeni artırılmış alimentin miqdarının isə bu Qanunla uşaqlar üçün yaşayış minimunundan demək olar ki dörd dəfə artıq olmasını, eyni zamanda uşağın anasının da yüksək maaş aldığını və onun uşağın saxlamasında atası ilə bərabər şəkildə iştirak etmək vəzifəsini nəzərə almadan heç bir izah vermədən alimentin yüksək miqdarının üstünə hələ əlavə xərclərin ödənilməsinə dair tamamilə əsassız bir qərar vermişdir (halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə məhkəmə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını müəyyən edərkən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə almalıdır). “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2005-ci il tarixlı, 87 saylı qərarını, habelə bu qərara əməl etmədən diabet xəstəliyi olan uşağın Azərbaycanda lazımi qaydada uçota götürülmədən, onun vaxtı-vaxtında pulsuz tibbi xidmətdən keçirilmədən və ona lazımi tibbi ləvazimatları və dərmanları ilə təmin olunmasana müraciət etmədən, ikinci valideynlə razılaşdırmadan bunları özbaşına xaricdə edilməsini kimi qaləmə verərərək cavabdehdən əlavə pul qopartmaq üçün məhkəməyə müraciət etmiş və məhkəmə də bunu qəbul etmişdir. Bu zaman birdəfəlik tutulmanı müəyyən edərkən məhkəmə tamamilə mötəbərsiz, yalnız son məhkəmə iclasına təcili gətirilmiş bir kağız parçalarına əsaslanmışdır (maraqlıdır ki, bu kağızların əsliliyi və birinci nüsxəsi yoxdur, məhkəmə bu kağızların nəinki əslini tələb etməyib, o həmçinin “fikir verməyib” ki, bu kağızda qızının deyil, onun identifikasiya atributları olmadan başqa bir insanın soy adı göstərilmişdir; əslində bu kağızlar pulun ödənilməsini təsdiq etmir və sadəcə invoys rolunu daşıyır; ən əsası və şübhəli məqam isə ondan ibarətdir ki, bu kağızların üzərində əks olunmuş verilmə tarixi Xətai rayon məhkəməsinin qərarına görə ölkədən çıxmasına qadağa qoyulmuş zamana təsadüf edir və belə halda uşağı görmədən və onu müayinə etmədən heç bir tibb müəssisi hər hansı xəstəyə tibbi xidmət göstərə bilməz). Məhkəmənin istinad etdiyi Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası 19.02.2021-ci il tarixli, 2485/d saylı rəyində ümumi sözlərlə (azyaşlının mənafeyi naminə, həmçinin onun səhhətində olan problemlərlə bağlı daimi olaraq spesifik müalicəyə ehtiyacı olduğunu və qanunvericiliyin tələblərini nəzərə alaraq) qızınzın İddiaçı himayəsində qalmasını məqsədəuyğun hesab etmişdir. Ümumiyyətlə, həmin rəyin özünün verilməsi bir çox pozuntularla müşayiət olunmuş, rəy əsaslandırılmamış, mətnində rəyə guya hansısa sənədlərin əlavə edildiyi göstərilsə də, rəyə hər hansı sübutlar əlavə edilməmişdir. Belə ki, anoloji işlərdə Komissiya adətən müvafiq iclas haqqında vəkillərə bir-iki gün öncədən məlumat verir. Bu iclasla bağlı komissiya ancaq iclasdan öncəki gün, saat 17:00-dan sonra mənə məlumat vermiş, həmin vaxt vəkilim başqa rayonda iclasda olduğu üçün, mən isə gedə bilmədiyimdən iclasın başqa vaxta təxirə salınmasını xahiş etmiş, bununla bağlı rəsmi teleqram - ərizə də göndərmişik, İcra Hakimiyyətindən bizə komissiyanın iclasını ərizə əsasında təxirə salacaqlarını bildirmiş, 15.02.2021-ci il tarixdə komissiyanın iclası olmuş, vəkilim şəxsən həmin iclasa getmiş, orda ona məlum olmuşdur ki, iclas təxirə salınmamış, əvvəlki tarixdə iclas keçirilmiş, qarşı tərəf vəkili ilə həmin iclasda iştirak edərək, müəyyən sənədlər təqdim etmiş, Komissiyadan həmin sənədlər tələb olunduqda isə vəkilimə təqdim edilməyərək, guya rəyə əlavə edib məhkəməyə göndərəcəkləri bildirilsə də, məhkəməyə hər hansı sənəd göndərilməmişdir. Bununla da müəyyən olunur ki, həmin rəyin hazırkı iş üçün hər hansı sübutu əhəmiyyəti ola bilməz. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsinin xahiş etmişlər. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, ilkin iddia tələbləri üç hissədən – aliment məbləğinin artırılması, uşağın müalicəsi üçün gələcək xəclərin tutulması və uşağın müalicəsi üçün çəkilmiş xəcrin yarısının cavabdehdən tutulması hissələrindən, qarşılıqlı iddia isə uşağın iddiaçıdan alınıb cavabdehə verilməsindaən ibarət olmuş, müvafiq olaraq qətnamə də hər dörd tələb üzrə çıxarılmışdır. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsindən qətnaməni tamamilə mübahisələndirdiyi görünsə də, o, apellyasiya baxışında alimentin miqdarının artırılaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında tutulmasına etiraz etmədini bildirmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, hazırki halda qətnamənin yalnız ilkin iddia üzrə “uşağın müalicəsi üçün gələcək xəclərin tutulması və uşağın müalicəsi üçün çəkilmiş xəcrin yarısının cavabdehədn tutulması”, qarşılıqlı iddianın “uşağın iddiaçıdan alınaraq cavabdehə verilməsinə” dair hissələri çərçivəsində yoxlanılır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(004)- 2176/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X14 arasında bağlnamış nikah pozulmuş, 19.11.2012-ci i təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası X9 yanında saxlanması, hər ay Cavabdeh 19.11.2012-ci il təvəllüdlü X1 üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 19.02.2021-ci il tarixli, 2485/d saylı rəyindən görünür ki, azyaşlının mənafeyi naminə, həmçinin onun səhhətində olan problemlərlə bağlı daimi olaraq spesifik müalicəyə ehtiyacı olduğunu və qanunvericiliyin tələblərini nəzərə alaraq 19.11.2012-ci il təvəllüdlü X4 ilkin iddia tələbi üzrə İddiaçı himayəsində qalması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Psixoloji rəydən görünür ki, 19.11.2012-ci il təvəllüdlü X4 azyaşlı və xüsusi qayğıya ehtiyacı olan uşaq olmasını nəzərə alaraq anası ilə birlikdə yaşaması məqsədə müvafiqdir. İş materiallarında olan X23 tərəfindən Cavabdeh verilmiş Arayışdan görünür ki, o, 28.12.2016-cı il tarixdə qızı 19.11.2012-ci il təvəllüdlü X7 “Mədinə” Tibb Mərkəzinə gətirərək onu nevropatoloq müayinəsindən keçirməsi üçün müraciət etmişdir. Bundan sonra uşağa təyin olunmuş autizm spektr pozuntusu diaqnozuna uyğun olaraq 10.01.2017-ci ildən, 17.07.2018-ci ilə qədər xüsusi müalicəvi proqram üzrə loqoped, psixoloq, psixopedaqoq və s. mütəxəssislərin vasitəsilə bərpa məşğələlərindən keçirilmişdir. Mərkəzdə görülmüş tədbirlər nəticəsində Leylanın əvvəlki vəziyyəti ilə müqayisədə xeyli irəliləmişdir. Mərkəz tərəfindən 10.01.2017-ci ildən 17.07.2018-ci ilə qədər Leylaya göstərilmiş xidmətlər (məbləği 9360 manat) babası X11 tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, 19.11.2012-ci il təvəllüdlü X5 şəkərli diabed 1 tip aşkar olunmuşdur. Xəstəliyi mənşəyinə görə ağırdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, 19.11.2012-ci il təvəllüdlü X8 uşaq autizmi F84 xəstəliyindən əziyyət çəkir, onun ana tərəfindən daimi nəzarət və qulluğa ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 027 saylı arayışdan görünür ki, 19.11.2012-ci il təvəllüdlü X8 şəkərli diabet 1 tip xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan İnvestisiya Holdinqi tərəfindən 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 2700 manat təşkil edir. İş materiallarında olan 11.12.2018-ci il tarixli qəbzə əsasən 1030 tl yəni 328,67 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.3191 tl), 29.01.2019-cu il tarixli qəbzə əsasən 2360 yəni 753,07 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.3191), 11.06.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 472,98 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2936 tl), 28.06.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 473,95 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2942 tl), 19.09.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 481,68 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2990 tl), 09.12.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 473,47 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2939 tl), 15.02.2020-ci il tarixli qəbzə əsasən 1715 tl yəni 481,57 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2808 tl), 09.04.2020-ci il tarixli qəbzə əsasən 2480 tl yəni 621,98 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2508 tl), 09.10.2020-ci il tarixli qəbzə əsasən 2480 tl yəni 531,21 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2142 tl), 22.12.2020-ci il tarixli qəbzə əsasən 2480 tl yəni 551,05 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2222 tl), 03.07.2020-ci il tarixli qəbzə əsasən 2480 tl, yəni 615,04 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2480) cəmi 5784,72 manat məbləğində pul çoxsaylı şəkər aparatının sensorlarına xərclənmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə hesab etmişdir ki, ilkin iddia ərizəsi 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün atası Cavabdeh hər ay 200 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan qənaətini qismən əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İş materiallarından göründüyü kimi 19.11.2012-ci il təvəllüdlü X8 şəkərli diabet 1 tip xəstəliyindən və autizmdən əziyyət çəkir. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Qanunun tələbindən də göründüyü kimi şəkərli diabet xəstələrinin müalicəsinə dövlət tərəfindən yardım olunur. Lakin bu zaman kollegiya nəzərə alır ki, şəkərli diabet kimi ağır xəstəliyi olan Leyla Məmmədzadə, həmçinin, autizmdən da əziyyət çəkir. Bu hissədə məhkəmə kollegiyası hesab edir ki, 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün əlavə xərc kimi hər ay 100 manat məbləğində pul ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulması qanunvericilyin tələbi baxımından daha məqsədəmüvafiqdir və ədalətlidir. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə hesab etmişdir ki, tərəflər arasında faktiki ailə münasibətləri pozulduqdan sonra 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicə olunması üçün çəkilmiş xərclərin, yəni 5784,72 manatın yarısı, 2892,36 manat məbləğində vəsait Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Rayon məhkəməsinin qənaətinə görə iddiaçı Türkiyyə Respublikasından çoxlu sayda şəkər ölçən aparat almış və həmin tibbi ləvazimatların əldə olunan tarixə mübadilə kurslarını müəyyənləşdirilməklə ümumilikdə 5784,72 AZN xərclənmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh buna etiraz etmişdir. Cavabdehin mövqeyinə görə qeyd olunan məbləğin həqiqətən də ödənilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən təqdim olunmamış və şəkərli diabet xəstələrin müalicəsi və müayinəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Digər tərəfdən cavabdeh bidirir ki, həmin xərclərin çəkilməsinə razılığını bildirməmiş və iddiaçının müxtəlif xarici ölkələrdən hətta almış olduğu dərman vasitələri və bahalı aparatlara görə ondan çəkilmiş xərc kimi pul tutula bilməz. Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə də qeyd olunan qənaətini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan qanunun tələbinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin özünənəzarət vasitələri (şəkər ölçən aparat və s.) dövlət tərəfindən təmin olunur. Və belə olan halda qarşı tərəfin razılığı olmadan çəkilmiş xərc kimi qeyd olunan pul məbləği cavabdehdən tutulması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “uşaq tələbi”nə dair qarşılıqlı iddianın təmin edilməməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 19.02.2021-ci il tarixli, 2485/d saylı rəyindən görünür ki, azyaşlının mənafeyi naminə, həmçinin onun səhhətində olan problemlərlə bağlı daimi olaraq spesifik müalicəyə ehtiyacı olduğunu və qanunvericiliyin tələblərini nəzərə alaraq 19.11.2012-ci il təvəllüdlü X4 ilkin iddia tələbi üzrə İddiaçı himayəsində qalması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ali məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Göründüyü kimi 19.11.2012-ci il təvəllüdlü X4 azyaşlı və xüsusi qayğıya ehtiyacı olan uşaq olmasını nəzərə alaraq anası ilə birlikdə yaşaması məqsədə müvafiqdir və uşağın şəkərli diabet və autizm spektr xəstəliklərindən əziyyət çəkdiyini və azyaşlı olmasını nəzərə alaraq hesab edilir ki, uşağın ana qayğısına daha çox ehtiyacı vardır. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 19.02.2021-ci il tarixli, 2485/d saylı rəyinin düzgün olmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd olunan rəyin əsassız olmasını sübut edə biləcək hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.2, 384.0.3, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-477/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi “ilkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün çəkilmiş xərclərin, yəni 5784,72 (beş min yeddi yüz səksən dörd manat yetmiş iki qəpik) manatın yarısı, 2892,36 (iki min səkkiz yüz doxsan iki manat otuz altı qəpik) manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-477/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi “ilkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. 19 noyabr 2012-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 100 (yüz) manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar