Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9137/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)- 1326/2020 saylı mülki işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ASC arasında bağlanmış 019CASA191350009 saylı xx xxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini və əsas kredit borcu üzrə 2894.08 manat, faiz borcu üzrə 205.16 manat, 20.71 manat cərimə borcu olmaqla, cəmi 3119.95 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)- 1326/2020 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (m. 32.4). Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər (m. 32.5). Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (m. 269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (m. 269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (m. 269.3). Göründüyü kimi, aidiyyət haqqında qərardaddan şikayət verildikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 403-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər (m. 403.1.1). Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır (m. 403.1.2). Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur (m. 403.1.3). Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər (m. 403.1.4). İcraata qəbul edilmiş şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar (m. 403.1.5). Göründüyü kimi, hazırki iş üzrə məhkəmə tərəfindən cavabdehin mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməmiş, cavabdeh həmin qərardaddan şikayət vermiş, məhkəmə isə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, həmin qərardaddan verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsi tərəfindən yox, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, hazırki aiddiyyətlə bağlı məhkəmənin qərardadından verilmiş şikayətə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən apelyasiya məhkəməsi tərəfindən deyil, kassasiya instansiya məhkəməsi tərəfindən baxılmalı olduğundan, şikayət qeyri-mümkün hesab edilərək, kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün (MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə) mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3, 403-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(009)- 1326/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-9137/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9137/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver