Məhkəmə qərarları › İş №2(103)-914/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-914/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-914/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “kredit müqvilələrinin ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)-1738/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Nümayəndə1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 04.02.2018-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət" mərkəzi notariat ofisində bağlanmış 10.000 (on min) manat məbləğində kredit müqaviləsinin və 09.04.2018-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış 30.000 (otuz min) manat məbləğində kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 04.02.2018-ci il tarixdə Maraqlı şəxsndə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh onun xeyrinə 10.000 (on min) manat məbləğində borc ödəniş etmişdir. Bundan sonra isə cavabdehlə 09.04.2018-ci il tarixdə aralarında yenidən eyni qaydada kredit müqaviləsi bağlanmış, 30.000 (otuz min) manat məbləğində pul Cavabdeh tərəfindən onun xeyrinə ödənilmişdir. Cavabdehin Nəsimi Rayon İdarəsinin 20ci Polis Bölməsinə verdiyi izahatdan da göründüyü kimi o, cavabdehdən aldığı 10.000 (on min) manat məbləğində borcun qarşılığı olaraq 6 ay müddətində hər ay 2.000 (iki min) manat, cəmi 12.000 (on iki min) manat məbləğində pul ödəmişdir. Bunu polis bölməsinə izahatında cavabdeh özü etiraf etmişdir. 30.000 (otuz min) manat məbləğində borc müqaviləsinin icrasına gəldikdə isə bildirmək istəyir ki, Cavabdeh bu borcun da icrasını ondan dərhal tələb etdiyi üçün o, həmin borcu ayda 6.000 (altı min) manat olmaqla icra etmişdir. Belə ki, Cavabdeh malların İran İslam Respublikasından gətirilməsi üçün hər ay ondan 6.000 (altı min) manat almışdır. Hələ bu dövrdə o, sözləşdiyi malları əldə etməmiş və onların satışını həyata keçirməmişdir. Ümumilikdə, 2 ay ərzində hər ay 6.000 (altı min) manat, 3-cü ay isə 4500 (dörd min beş yüz) manat məbləğində olmaqla borc ödənişini vaxtından öncə icra etmişdir. Cavabdeh izahatında onun yalnız iki ay ərzində hər ay 6.000 (altı min) manat məbləğində, cəmi 12.000 (on iki min) manat məbləğində borc ödənişini etdiyini bildirsə də, bu həqiqəti əks etdirmir. Belə ki, 2018-ci ilin noyabr ayının əvvəlində Cavabdeh və qohumu X1 da o, xəstəxanada olarkən evinə gələrək atası ilə söhbət etdikləri zaman bildirmişlər. Belə ki, X1 borcların vəziyyətini və ödənilmiş hissələrini atası Nümayəndə2 izah etmək üçün müxtəlif qrafiklər çəkmiş və burada ödənilmiş hissələri özü göstərmişdir. Həmin yazılı sübut qiymətləndirilməsi üçün iddia ərizəsinə əlavə olunmuşdur. Həmin vaxt cavabdeh onun atası Nümayəndə2 10000 (on min) ABŞ dolları istəmiş və bu məbləğlə müəyyən malları gətirərək ticarət işi ilə məşğul olacaqlarını, nəticədə onun qalan borcunu da buradan əldə etdikləri gəlirlə əvəzləşdirəcəklərini bildirmişlər. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə verilən izahatlarda da əks olunduğu kimi atası ümumilikdə 17,034 (on yeddi min otuz dörd) manat məbləğində pulu onlara təqdim etmiş, lakin cavabdeh malların qiymətinin qalxdığını bildirərək artıq həmin pulla ticarət işi ilə məşğul ola bilməyəklərini bildirmişdir. Bu vaxt atası həmin pulları geri götürməmiş və borcun əvəzi olaraq qəbul etməklərini xahiş etmişdir. Bundan əlavə, 3000 (üç min) və 2000 (iki min) məbləğində nağd pul onun tərəfindən İran İslam Respublikasından malların gətirilməsi üçün cavabdehə verilmişdir. O, xəstəxanaya düşdükdən sonra artıq ticarətlə məşğul ola bilmədiyi üçün 7480 (yeddi min dörd yüz səksən) manat dəyərində mal atası və yeznəsi tərəfindən cavabdehə qaytarılmışdır. İzahatda isə bu məbləğ cavabdeh tərəfindən qəsdən azaldılaraq 3000 (üç min) manat olaraq qələmə verilmişdir. Beləliklə, o, ümumilikdə, cavabdehə 50, 534 (əlli min beş yüz otuz dörd) manat məbləğində nağd pul və 7480 (yeddi min dörd yüz səksən) manat dəyərində mal qaytarmışdır. Qeyd edir ki, onlar X1 ilə uzun müddət işgüzar dostluq əlaqələrində olmuş və onun vasitəsilə sonuncunun qohumu, hazırki iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Onlar 10, 000 (on min) manat və 30, 000 (otuz min) manat məbləğində kreditin qarşılığında ölkə xaricindən işçi geyimləri və ləvazimatları gətirməklə satmağı və gəliri öz aralarında bölməyi nəzərdə tutmuşlar. Satış onun tərəfindən aparılacaqdı. Həmin pulları fevral və aprel ayında almağına baxmayaraq, müqavilələrin 5- ci maddəsinə uyğun olaraq o, həmin krediti müqavilələrdə nəzərdə tutulmuş vaxtdan öncə, mart ayından başlayaraq hər ay ilk müqaviləyə görə 2000 (iki min) manat, aprel ayından başlayaraq isə buna əlavə olaraq ikinci müqavilənin qarşılığında hər ay 6000 (altı min) manat məbləğində ödəməyə başlamışdır. 04.02.2018-ci il tarixdə 10.000 (on min) manat məbləğində kredit barədə bağlanmış müqavilədə nəzərdə tutulmuş krediti o, artıq 2018-ci ilin sentyabr ayında 12,000 (on iki min) manat olmaqla geri qaytarmış, 09.04.2018-ci il tarixində bağlanmış müqavilə ilə ona verilmiş 30, 000 (otuz min) manat məbləğində kredit məbləğini isə sonuncu olaraq keçən ilin noyabr ayında atası tərəfindən verilmiş 17,000 (on yeddi min) manat məbləğində pul ilə tamamilə geri qaytarmışdır. Aralarında davamlı işgüzar münasibətlər olduğundan bu pulların verilməsi zamanı notarial qaydada təsdiqinə ehtiyac duymamışlar. Belə ki, 09.10.2019-cu il tarixində 2 saylı Bakı “Asan xidmət“ notariat ofisi 10.020 (on min iyirmi) manat və 30.020 (otuz min iyirmi) manat məbləğlərində pulun ondan tutulması barəsində iki icra qeydi aparmışdır. Bu icra qeydlərinin əsasında 22.10.2019-cu il tarixində ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsindən “tələbin könüllü icrası haqqında” iki bildiriş daxil olmuşdur. Lakin hər iki icra sənədində nəzərdə tutulmuş borc məbləğləri onun tərəfindən artıq ödənildiyindən sözügedən borc müqavilələrinin ləğv olunmasını qanunamüvafıq hesab edir. Qeyd etmək istəyir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(005)-5166/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bu qətnamədən verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və 20.05.2020-ci il tarixdə 2(103)-3840/2020 saylı qərardad ilə apelyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5166/2019 saylı 24 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, buna əsas kimi onun məhkəməyə müraciət etmədən öncə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən, pretenziya qaydasından istifadə etməməyi göstərilmişdir. Daha sonra həmin proseslərdə onun nümayəndəsi olan atası Nümayəndə2 məhkəmədə izah edilmişdir ki, cavabdehə pretenziya təqdim edilməsi zəruridir və yalnız bundan sonra yenidən məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Bunun əsasında o, 2020-ci ilin iyun ayının 10-da pretenziya məktubunu poçt vasitəsilə cavabdehə göndərmiş, lakin bir aydan artıq müddətdir ki, ondan heç bir cavab ala bilməmişəm. Bu səbəbdən də hesab edir ki, bu mübahisə məhkəmə predmetinə aid olub məhkəmə qaydasında baxılaraq həll edilməlidir Həmçinin, Cavabdeh “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 fevral 2018-cü il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi əsasında vermiş olduğu 10.000 manat məbləğində pulun, 09 aprel 2018-ci il tarixdə kredit müqaviləsi əsasında 30.000 manat məbləğində pulun borclu İddiaçı alınaraq ona ödənilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablamaqla əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi zərərin cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi onun hüquqlarını pozmaqla tam qanunsuzdur. Hesab edir ki, onun qarşılıqlı idda tələbi tam təmin olunmalıdır və ona qarşı olan iddiaçının qanunsuz və əsasızı tələbi rədd edilməlidir. O, qanuni əsaslarla 04 fevral 2018-cü il tarixdə kredit müqaviləsi əsasında cavabdeh İddiaçı 10000 manat borc pul vermişdir. O, pulun verərkən cavabdeh onu əmin etmişdir ki, az bir müddətə borclu olduğu pulu qaytaracaq. Eyni zamanda ikinci dəfə onun inamından suiistifadə edərək, kredit müqaviləsi əsasında 09 aprel 2018-ci il tarixdə 30.000 manat məbləğində pulu cavabdeh İddiaçı vermişdir və hesab edir ki, verdiyi borc məbləği ona qanunda nəzərdə tutulmuş qaydada bir il müddətinə qaytarılmalı idi. Lakin cavabdeh qanunazidd əsaslarla müqavilə öhdəliyini yerinə yetirməməklə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Hesab edirəm ki, məhkəmə bütün bu hallara hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablamaqla ödənilməsi, əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi zərərin cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh öz öhdəliyinə əməl etmir və pulu ödəməkdən yayınır. Kredit müqaviləsində müəyyən edilmiş müddətin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən bu günədək bir manat da olsun qaytarılmamışdır və onda olan məlumatlara əsasən cavabdehin bu borcu heç qaytarmaq niyyəti də yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 1738/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 1738/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək ilkin iddiadan imtina etdiyini, tərəflər arasında razılıq əldə olunduğunu bildirmiş, bu səbəbdən ilkin iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı 04 fevral 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 10.000 manat (on min manat) məbləğində, 09 aprel 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 30.000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) məbləğində pul borc verilmişdir. İlkin iddia üzrə İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyinin tam şəkildə icra edildiyi və hazırda hər hansı borc öhdəliyinin olmadığı bildirilir. Bu səbəbdən də Cavabdeh ilə onun arasında rəsmiləşdirilmiş kredit müqavilələrinin ləğv edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh ilkin iddianı qəbul etməyərək ilk iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə verilmiş borc məbləğinin ödənilmədiyini, ona görə də 04.02.2018-ci il tarixli və 09.04.2018-ci il tarixli kredit müqavilələrinə əsasən İddiaçı verilmiş 10.000 manat və 30.000 manat olmaqla, cəmi 40 000 manat məbləğində borc pulun, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablamaqla əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi zərərin İddiaçı tutularaq ona ödənilməli olduğunu bildirmişdir. Lakin tərəflər arasında razılıq əldə olunduğundan ilkin iddia üzrə iddiaçı iddiasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 1738/2021 saylı qətnaməsi ilkin iddiaya münasibətdə ləğv edilərək iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 384.0.4, 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İlk iddia üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 1738/2021 saylı qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “kredit müqvilələrinin ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə icraata ilkin iddia ilə bağlı hissədə ilkin iddia üzrə iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar