Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9140/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 5780/2014 saylı 02 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5780/2014 saylı, 08 oktyabr 2021ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 9000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh1 29 noyabr 2005-ci il tarixli borc müqaviləsi üzrə 12000 ABŞ dolları və 1000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatına olan məzənnə ilə Mustafayev Hüseyn Elxan oğlunun xeyrinə tutulması qət edilmişdir. 15 avqust 2016-cı il tarixdə Cavabdeh1 08 oktyabr 2014-cü il tarixli qətnamənin ləğvinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, apellyasiya şikayətinin forma və məzmununa riayət olunmadığından, habelə, şikayət verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut olmadığından məhkəmənin 15 avqust 2016-cı il tarixli qərardadına əsasən, ərizə geri qaytarılmışdır. 15 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş, 20 noyabr 2019-cu il tarixdə qətnamənin surəti ona təqdim olunmuşdur. 25 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin, ərizəyə apellyasiya şikayəti əlavə edilmədiyindən məhkəmənin 28 noyabr 2019-cu il tarixli qərardadına əsasən, ərizə geri qaytarılmışdır. 28 noyabr 2019-cu il tarixdə Cavabdeh1 yenidən müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, 04 dekabr 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək müddətin bərpasına dair ərizəsinin geri qaytarılmasını xahiş etmiş və məhkəmənin 05 dekabr 2019-cu il tarixli qərardadına əsasən, Cavabdeh1 ərizəsi öz xahişi əsasında geri qaytarılmışdır. 09 dekabr 2019-cu il tarixdə Cavabdeh1 apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 19 dekabr 2019-cu il tarixli qərardadına əsasən, müddətin bərpasına dair ərizə təmin edilməmişdir. 25 avqust 2020-ci il tarixdə Cavabdeh1 yenidən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 20 avqust 2020-ci il tarixli qərardadına əsasən, müddətin bərpasına dair ərizə rədd edilmişdir. 01 sentyabr 2020-ci il tarixdə Cavabdeh1 məhkəmənin 19 dekabr 2019-cu il tarixli qərardadından şikayət vermiş, məhkəmənin 23 sentyabr 2020-ci il tarixli qərardadına əsasən, şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(103)-7975/2020 saylı qərardadına əsasən, şikayət təmin edilməmişdir. Cavabdeh1 08 iyun 2021-ci il tarixdə yenidən həmin qətnamədən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, şikayət prosessual hərəkətlərin yoxlanılması üçün 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məkhəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5780/2014 saylı 02 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 5780/2014 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qəradaddan cavadeh Cavabdeh1 şikayət verərək qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5780/2014 saylı 09 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5780/2014 saylı 02 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, qətnamə 08 oktyabr 2014-cü il tarixdə tərəflərə, o cümlədən Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. 15 avqust 2016-cı il tarixdə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərardadına əsasən ərizə geri qaytarılmış, Cavabdeh1 qətnamədən qanunvericilikdə müəyyən edilmiş qaydada apellyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş. materiallarında Cavabdeh1 məhkəmənin 08 oktyabr 2014-cü il tarixli qətnaməsini 20 noyabr 2019-cu il tarixdən daha əvvəlki tarixdəalmasına dair poçt xəbərnaməsi və ya məhkəmə qəbzi olmasa belə, onun 15 avqust 2016-cı il tarixdə qətnamənin ləğv edilməsinə dair məhkəməyə ərizə ilə etdiyi müraciətdən görünür ki, o, ən geci həmin tarixdə qətnamədən məlumatlı olmuşdur. Belə olduğu halda Cavabdeh1 rəsmi olaraq almamışdırsa həmin vaxt məhkəməyə qətnamənin ona təqdim edilməsinə dair ərizə ilə müraciət etməməsi və bundan təxminən 3 il sonra bu məzmunlu ərizə təqdim etməsi məhkəmə işin süni olaraq yubadılması kimi qiymətləndirir.. Belə olan halda birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5780/2014 saylı 02 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5780/2014 saylı 02 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9140/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9140/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver