Məhkəmə qərarları › İş №2(103)-9152/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9152/2021

16.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9152/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(004)-4118/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışının gedişində Cavabdeh vəsatət verərək İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi borcun etirafı haqqında 15.02.2018-ci il tarixli müqavilənin onun tərəfindən imzalanmadığını, həmin müqavilənin etibarsız olduğunu bildirmiş, bu halın yoxlanılması üçün məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4118/2021 saylı, 28.07.2021-ci il tarixli qərardadı ilə mülki işin materiallarına əlavə edilmiş 15.02.2018-ci il tarixli Kontraktdakı (müqavilədəki (səhifə 60)) “Cavabdeh” sözünün qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olmamasını müəyyən etmək üçün məhkəməxəttşünaslıq ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-4118/2021 saylı, 28.07.2021-ci il tarixli həmin qərardadını dayandırma hissəsində ləğv edib mülki iş üzrə araşdırmanın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4118/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı iş üzrə ekspert rəyi alınanadək icraatın dayandırılması hissəsində qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən, bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırığına cavab alınanadək iş üzrə icraat dayandırılır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göründüyü kimi, iş üzrə ekspertizanın keçirilməsi barədə qərar qəbul edildiyindən, həmin işin ijraatının dayandırılması mülki prosessual qanunverijiliyin müddəalarından irəli gəlir. Bu sbəbədən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinji instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4118/2021 saylı, 28.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar