Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9155/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 50.000 manat pulun, 5.000 manat faiz borcunun və dövlət rüsumu kimi köçürülmüş 30 manat pulun, cəmi 55.030 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 50.000 manat borc verilmiş pulun, borcun vaxtında qaytarılmamasına görə 5.000 manat faiz borcunun və dövlət rüsumu kimi köçürülmüş 30 manat pulun cəmi 55.030 manat pulun və eləcə də 2015-2016-cı illər ərzində cavabdehin özünün etiraf etdiyi məbləğdə 27.500 manat alınmış borcun ümumilikdə 82.530 (55.030+27.500=82530) manat Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı, X5, X4, X6, X11 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “əmlak tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, qızıl zinət əşyalarının və ya pul ekvivalentində dəyəri cəmi 82.100 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini, İddiaçı Nəsir qızı barəsində xüsusi qərardad çıxarıb Səbail rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 17.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 17.530 (on yeddi min beş yüz) manat məbləğində pulun tutulması, ilk iddia tələbinin qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı qızıl zinət əşyalarının və ya pul ekvivalentində həmin əşyaların dəyəri olan 82.100 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi maddi və prosessual normalarının pozulmasi və işin faktiki hallarına uyğun olmaması səbəbindən ləgv edilməlidir. İddiacinin ona 27.500 manat sələmə pul verməsi və bu pulun müqabilində ondan qeyd olunan məbləğlərin iddiaçıi tərəfindən alınması faktını təstiq edən iddiaçı ilə aralarında olan danışıqları yazılmış 03 ədəd diski məhkəməyə təqdim etmşdir. Disklərdəki telefon danışıqlarında iddiacı ona 7000 manat sələmə pul verdiyini və ondan qeyd olunan pulları aldığını etiraf itmişdir. 2017 ci il tarixdən bu gunə qədər iddiaçıdan hər hansı bir məbləğdə pul götürməmişdir. Qəbzlə bağlı bildirir ki, 2018-ci ildə iddiaçı agır xəstə idi və ondan sələmə götürdüyü pulun müqabilində ona 50.000 manat almağı barədə gəbz yazmağı bildirmiş, iddiaçının agır xəstəliyinin təsirinin hədə-qorxuları altında həmin qəbzi imza etmiş, iddiaçı 2018-ci ildə ona 50.000 manat məbləğində pul verməmiş, təqdim edilən iddiacının səs yazılarını dinlənildikdə iddiacının 27.000 manat pul verdiyini etiraf edir. Məhkəmədə yalnız ibtidai istintaq araşdırmasının nəticələrinə və özünün formal mülahizələrinə əsaslanmaqla qətnaməni qəbul etmişdir. İddiaçı ərizəsi ilə istintaqda verdiyi izhat və məhkəmədəki iddia ərizəsində ğöstərdiyi məlumatlar arasında ziddiyyətlər var. Bundan başqa iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürmüşdür. Bununla bağlı məhkəməyə ərizə verərək iddia müddətinin hansı səbəblərdən dolayı ötürülmüş olmasını da əsaslandırmış, lakin məhkəmə Soltan Nəsibova ilə aralarında pul münasibətlərinin yaranması tarixini 2018-ci ildə imzalanmış qəbzə əsaslanaraq götürmüşdür. Bildirir ki, Soltandan ən sonuncu dəfə 2016-cı ildə pul götürmüş və iddia müddətinin axımı da məhz 2016-cı ildən başlanmışdır. 2018-ci ildə qəbzə imza etmiş olsa da, ona hər hansı bir pul məbləği verilməmişdir. 2017-ci ildə aralarındakı borc münasibətləri başa çatmış, 2018-ci il tarixli qəbzə o, iradəsindən kənar, hədə-qorxu altında imza etmiş və pul verilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsini düzgün hesab etmir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, byektiv və hərtətərfli araşdırmadan, polis orqanının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən hallara düzgün qiymət ermədən, ordakı fikri düzgün qiymətləndirmədən işin faktiki halları barədə səhv əticəyə gəlmişdir. Belə ki, təqdim edilmiş disklərdəki səs yazısında olan pul verilməsi ilə bağlı söhbətlər cavabdehlə aralarında olan 2010-2015-ci illəri əhatə edən borc münasibətlərinə aiddir. 2018-ci il tarixdə yazılmış qəbzdəki 50 min manat borca həmin pulların aidiyyatı yoxdur. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə iş üzrə toplanmış və məhkəmə iclasında tətqiq edilmiş sübutlarla təstiq olunmur və bu səbəblərlə ğörə məhkəmə qətnaməsi ləğv edilməlidir. İddiaçı Şirvan şəhər Polis idarəsinə ünvanladıgı ərizəsində və istintaq şöbəsində yazdıgı izahatinda X1 saatı, 2 ədəd qizil qolbaq, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl kulon, 2 ədəd qızıl sırğa, 3 ədəd qızıl üzuk zinət əşyası aldıgını etiraf etmişdir. O, istər polis şöbəsində və istərsədə məhkəmə iclasindan izahatında ğöstərmişdir ki, iddiaçının etiraf etdiyi qızılları Cavabdeh oglu iddiacıya girov qoymuşdur. Cavabdeh iddiacıya qızılları girov qoyan zaman iddiaçı qızıların siyahısı yazılmış vərəqi cavabdehə təqdim etmişdir. Qızılları iddiacıya şahidlərin yanında girov qoymuş və iddiacıya verdiyi qızılları gizlədir. Cavabdeh İddiaçı hec bir vaxt 50.000 manat borc almamış, Vilayətin ona borcu qalmamışdır. Cavabdeh Sultana 57.000 manatdan cox pul ödəmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X5, X4, X6, X11 və X17 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsində göstərilənlərə və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə uyğun çıxış edərək, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Zemfira Rəhimova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zemfira Rəhimova isə qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən yazılmış sadə yazılı formada qəbzdən görünür ki, o, X7 20.04.2018-ci il tarixdə 50.000 (əlli min) manat borc pul almış, 20.04.2019-cu il tarixdə qaytaracaqdır.(İ.vər. 9) İş materiallarında olan, Şirvan şəhər Polis şöbəsinin istintaq bölməsinin HK-1/333 saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, qərara əsasən İddiaçı əməlində cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 50.000 manat məbləğində borc pul götürmüş, həmin borc 2010-2015-ci illəri əks etdirmişdir. Bundan başqa, Cavabdeh izahatında İddiaçı götürdüyü 27.500 manat pulun müqabilində sonuncuya 280 qram çəkidə qızıl-zinət əşyalarını girov qoymasını bildirmiş və İddiaçı ondan qızıl-zinət əşyalarını təhvil alarkən yazdığı qızıl əşyalarının siyahısını təqdim etmişdir. Lakin məhkəmə-xətşünaslıq ekspertizasının 12.04.2021-ci il tarixli 4/280 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, qeyd kitabçası vərəqinin üzərində olan “peket cep 49,9 peket qollbaq 23,0 cep 6,2 yzuk 9-qaş-3,9 caat -5 q qolbaq 19,4 hbylçaln yzuk tək qaş 6 q-3m klon - 6 q 3 m sırqa j 6 q - m cırpqa-4 q-4 m” yazılar ehtimal ki, İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə materialara əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh 20.04.2018-ci il tarixdə İddiaçı 50.000 manat pulu borc almasını həmin borcu isə 20.04.2019-cu il tarixdə qaytaracağını göstərmişdir. Həmin qəbzdən və İddiaçı da izahatından görünür ki, Cavabdeh ondan 20.04.2018-ci il tarixdə 50.000 manat pulu borc almış və 20.04.2019-cu il tarixdə tam qaytaracağına söz vermişdir. Cavabdeh həmin qəbzi İddiaçı xahişi ilə yazması inandırıcı deyil. Beləliklə araşdırma ilə İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını ələ keçirməsi sübuta yetirilməmişdir. Lakin 25.02.2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı 01 ədəd “Tissot” markalı qızıl saatı, 03 ədəd qızıl üzüyü, 02 cüt qızıl sırğanı, 01 ədəd klonu, 03 ədəd boyunbağını, 01 ədəd qolbağı istisntaq orqanına baxış üçün təqdim etmişdir. O, həmin əşyaların Rəhimova Zemfiraya məxsus olmasını etiraf etmiş, qızıl-zinət əşyalarını Zemfira ilə aralarında olan sövdələşməyə əsasən girov götürməsini bildirmişdir. Hazırki iş materiallarından görünür ki, İddiaçı X2 girov kimi aldığı ümumilikdə 270 qram qızıl zinət əşyalarının müqabilində 8000 manat pul 2000 ABŞ dolları vermişdir. Aralarında olan razılaşmaya əsasən pul ödənildikdən sonra qızıl-zinət əşyaları geri qaytarılacaqdı. İddiaçı özü də PŞ-nə ünvanlandığı ərizəsində göstərmişdir ki, X5 onun borcunu qaytarmır, nə də özünə məxsus qızıl-zinət əşyalarını təhvil almır. Yəni burada hər iki şəxs arasında razılaşma olmuşdur. Hal-hazırda Zemfira Rəhimovanın ona 6000 manat və 2000 ABŞ dolları borcu var. İstintaq zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 2010-cu il tarixdən 2015-ci il tarixə olan müddət ərzində İddiaçı əvvəllər hissə-hissə 50000 manat borc pul götürmüş, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı 32.500 manat pul ödəmişdir. Hazırda onun həmin borcdan 17.500 manat borcu vardır. Bundan başqa, o, 20.04.2018-ci il tarixdə İddiaçı 50.000 manat pulu 20.04.2019-cu il tarixə qədər olan müddət ərzində tam şəkildə ödəmək şərti ilə borc almış, həmin borcdan heç bir ödəniş etməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı, Cavabdeh və qeyrilərinə aralarında yaranmış məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, X8 2015-ci il tarixdə qohumu Cavabdeh 45.000 manat dəyərində 270 qram çəkidə qızıl zinət əşyalarını (1 ədəd “Tissot” markalı qızıl saatı, 03 ədəd qızıl üzüyü, 02 cüt qızıl sırğanı ,01 ədəd klonu, 03 ədəd boyunbağını, 01 ədəd qolbağı) sonuncudan alaraq İddiaçı verməklə ondan ümumilikdə 8000 manat pul 2000 ABŞ dolları pul götürmüş, həmin puldan cəmi 2000 manat ödəmiş, hazırda İddiaçı 6000 manat və 2000 ABŞ dolları borcu var.(İ.vər. 72 - 86) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, istintaq orqanı tərəfindən həm İddiaçı, həm Cavabdeh dindirilmiş, onlar tərəfindən təqdim edilmiş sübutlar araşdırılmış, iş üzrə ekspertiza təyin edilmiş və təqdim edilmiş sübutlar əsasında İddiaçı Cavabdeh qızıl-zinət əşyalarını ələ keçirməsi faktı sübuta yetirilməmişdir. Eyni zamanda istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 2010-cu ildən 2015-ci il tarixə olan müddət ərzində İddiaçı əvvəllər hissəhissə 50000 manat borc pul götürmüş və müxtəlif vaxtlarda İddiaçı 32.500 manat pul qaytarmışdır. Hazırda onun İddiaçı həmin borcdan 17.500 manat borcu qalmışdır. İstintaqa təqdim olunan 3 ədəd CD diskə baxış keçirilmiş, 02.03.2021-ci il tarixli protokol tərtib edilmiş və səs yazıları ilə Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul alması və qaytarması barədə məlumatlar əksini tapmışdır. Cavabdeh tərəfindən yazılmış iltizamın Cavabdeh tərəfindən İddiaçı xahişinə əsasən yazması inandırıcı hesab edilməmişdir. Beləliklə istintaq orqanı tərəfindən aparılmış apaşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 50.000 manat məbləğində borc pul vermiş və həmin borcun yalnız 32.500 manat hissəsi qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, istintaq orqanı tərəfindən müəyyən olunan bu hallar preyudisial əhəmiyyətə malik olmasa da, məhkəmə iclasında da İddiaçı iddia tələblərinin tam şəkildə əsaslı olmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən Cavabdeh götürülmüş borcun yalnız 27.500 manat təşkil etməsini iddia etməsi, işin faktiki halları ilə uzlaşmamışdır. Belə ki, cavabdehin özünün etiraf etdiyi kimi onun tərəfindən iddiaçıya 50.000 manatdan çox pul qaytarılmış və həmin pula həm əsas borc, həm də faizlər daxildir. Birinci instansiya məhkəməsi cavabdehin bu izahatını inandırıcı qəbul etmir və hesab edir ki, Cavabdeh götürdüyü 27.500 manat əvəzinə İddiaçı 50.000-dən çox pul qaytarması ağlabatan deyil. Digər tərəfdən cavabdeh 2018-ci ildə Sultan Nəsbovaya yazılı iltizam verərək ondan 50.000 borc götürməsini və həmin borcun 2019-cu ildə qaytarılması barədə öhdəlik götürməsi onu təsdiq edir ki, İddiaçı tərəfindən Cavabdeh verilən borcun ümumi məbləği məhz 50.000 təşkil etmişdir. Həmin qəbzlə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu qəbz əlavə olaraq 50.000 borcun verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında yaranmış mübahisə göründüyü kimi 2019cu ildən sonra başlamışdır. Bu mübahisənin də başlanılmasına səbəb məhz Cavabdeh verdiyi yazılı iltizam üzrə öhdəliklərin tam yerinə yetirilməməsi olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh verilən ümumi borcun məbləği 50.000 manat olmuş, həmin borcun yalnız 32.500 manat hissəsi cavabdeh tərəfindən qaytarılmışdır. Nə iddiaçı qaytarılmayan borcun 77.500 manat təşkil etməsini, nə cavabdeh iddiaçıdan götürülən 50.000 manat borcun tam qaytarılmasını sübuta yetirə bilməmişlər. Bu səbəbdən də Cavabdeh ödənilməyən qalan borcu istintaq orqanının aparıdığı araşdırma zamanı da müəyyən etdiyi məbləğ həddində, yəni 17.500 manat (50000 - 32500 = 17500) olması qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şifahi borc müqaviləsi üzrə borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə kollefiyası həmçinin qeyd edir ki, birinci instansiya məhəməsinin qarşılıqlı iddia tələbini rədd ediməsi ilə bağlı gəldiyi nəticənidə əsaslı hesab edir. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının İddiaçı verilməsini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən Cavabdeh şikayəti əsasında istintaq orqanı tərəfindən aparılmış araşdırma nəticəsində və məhkəmə iclasında da təsdiq olunmuşdur ki, onun tərəfindən qarşılıqlı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının İddiaçı verilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində 2018-ci ildə iddiaçı agır xəstə olarkən ondan sələmə götürdüyü pulun müqabilində ona 50.000 manat almağı barədə gəbz yazmağı bildirməsi və iddiaçının agır xəstəliyinin təsirinin hədə-qorxuları altında həmin qəbzi imza etdiyini bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin iddiaçı tərəfindən iddia müddətini ötürülməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan başlayır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2018-ci ildə cavabdeh iddiaçıya yazılı qəbz verməklə borcunun 50.000 manat olmasını təsdiq etmiş və həmin borcu 2019-cu ildə qaytaracağı barədə öhdəlik götürməklə faktiki olaraq müqavilə üzrə icranın vaxtını müəyyən etmişdir. 2019-cu ildə cavabdehin götürdüyü öhdəliyi tam yerinə yetirməməsi, iddiaçının hüququnun pozulması və iddia müddətinin başlanğıcı anı hesab edilir. Odur ki, iddia müddətinin axımının 2019-cu ildən başlaması və iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı iddia müddətini ötürməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Bundan başqa məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində təqdim edilmiş disklərdəki səs yazısında olan pul verilməsi ilə bağlı söhbətlərin cavabdehlə aralarında olan 2010-2015-ci illəri əhatə edən borc münasibətlərinə aid olmasını, 2018-ci ildə yazılmış qəbzdəki 50.000 manat borca həmin pulların aidiyyatının olmadığını bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, istintaq orqanı tərəfindən aparılmış apaşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 50.000 manat borc pul vermiş və həmin borcun 32.500 manat hissəsi qaytarılmışdır. Odur ki, apelyasiya şikayətinin həmin dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Həmçinin məhkəmə kollegiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apelyasiya şikayətində Cavabdeh İddiaçı hec bir vaxt 50.000 manat borc almadığını, Vilayətin ona borcu qalmadığını, Vilayətin Sultana 57.000 manatdan cox pul ödədiyini, həmçinin Vilayətin Sultanda qızıl-zinət əşyaıarı olduğunu bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin qeyd olunan dəlillər iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. Odur ki, apelyasiya şikayətinin həmin dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Bundan başqa apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Zemfira Rəhimovanın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9155/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9155/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver