Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9158/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4020/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci ıl tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda qeyd edilri ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı 'İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti daxii olmuşdur.Qeyd olunanlara əsasən məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci ii tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə 2(010)-4020/2020 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmasının təmin olunmasını xahiş etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-9158/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9158/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver