Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-917/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 Vyaçeslavovnın nümayəndəsi vəkili Vəkil1 Ağasəməd oğlu və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı LPO İddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2021 saylı işi üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6891,54 ABŞ dolları əsas, 7051,75 ABŞ dolları müqavilə üzrə hesablanmış faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1025,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14968,57 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "AGBank” ASC-nin xeyrinə ödənilməsi barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2021 saylı işi üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.1.2, 443.1, 448.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəf cavabdeh ilə kredit müqaviləsi bağlanmasını ərizədə qeyd etsədə, məhkəməyə sübut kimi təqdim etdiyi kredit müqaviləsi və ona əlavələrdəki səhifələrdə imzaların aşkar şəkildə fərqli olduğu müəyyən olunur. Bundan başqa ekspert rəyindədə qeyd olunmuşdur ki, kredit müqavilələri üzrə iş materiallarında məxaric-mədaxil orderlərinin olmaması, borcalanın hesablarından çıxarışlar tam olmadığından bank tərəfindən kredit məbləğlərinin verilməsini, faizlərin, cərimələrin hesablanmasını və Cavabdeh1 kredit müqavilələri üzrə "AGBank” ASC-yə borcunun olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəf iddianın təmin olunması üçün əsaslı sübutlar təqdim etməmiş, təqdim etdiyi sübutlar şübhə yaratdığından, iddianın təmin olunmasına yetərli deyil. Həmçinin cavabdeh tərəfindən məhkəməyə borcun etirafına dair ərizə daxil olmamışdır.
2. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: xx.xx.2013-cü il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsi ilə, "AGBank” ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 həmin müqavilənin hər səhifəsin deyil, yalnız müqavilənin sonunda "İstifadəçi” qrafasını imzalamışdır;- xx.xx.2015-ci il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 6 saylı əlavə razılığa əsasən, həmin sənədin səhifələrindəki imzalar aşkar şəkildə Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit müqaviləsindəki imzadan fərqlidir;- xx.xx.2015ci il tarixli, 112.PC.3104.290113.00001/e nömrəli zaminlik müqaviləsi ilə, həmin müqaviləsin səhifələrində olan imza ilə xx.xx.2015-ci il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 6 saylı əlavə razılıqdakı imza eynidir;- xx.xx.2013-cü il tarixli, 112.PC.3104.290113.00001/a nömrəli zaminlik müqaviləsi ilə, həmin müqavilədəki borc alan və zamin qrafalardakı imzalar sonradan bağlanmış xx.xx.2015-ci il tarixli, 112.PC.3104.290113.00001/e nömrəli zaminlik müqaviləsindən fərqlidir:- keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən kredit müqavilələri üzrə iş materiallarında məxaric- mədaxil orderlərinin olmaması, borcalanın hesablarından çıxarışlar tam olmadığından bank tərəfindən kredit məbləğlərinin verilməsini, faizlərin, cərimələrin hesablanmasını və Cavabdeh1 kredit müqavilələri üzrə "AGBank” ASC-yə borcunun olmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 30 manat müəyyən edilmişdir (səh.7, 10, 12, 14, 81). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəlləsinin 955.2; Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 97, 102.3, 103.1, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Ləğv prosesində olan "AGBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Vyaçislavovna arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112.PC.3104.290113.00001 kredit kartlarının əldə edilməsi və onlardan stifadə olunması haqqında müqaviləsinə əsasən, cavabdehə 7 ay müddətinə, illik 30% ödənilmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2015-ci il tarixli 6 saylı əlavə razılığa əsasən, Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 112.PC.3104.290113.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) istifadəçinin xeyrinə 8500 ABŞ dolları məbləğində, kredit xəttinin müddəti isə xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 112.CL.290113.0001/e saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmə kredit müqavilələrinin tərtib edilməsi ilə bağlı bu maddəni düzgün tətbiq etməmişdir. Belə ki, “Bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsini əsas gətirək müqaviləni etibarsız hesab etmişdir. Bildiririk ki, tələb kredit müqaviləsindən irəli gələn öhdəlik olduğu üçün Mülki Məcəllənin kredit müqaviləsindən irəli gələn normalarına istinad olunmalı idiMəhkəməyə təqdim edilən kredit müqaviləsi və ona əlavələrdəki imzaların fərqli olması ilə bağlı məhkəmənin vizual olaraq baxıb gəldiyi nəticə ilə razı deyilik. Belə bir halın olması ehtimalı var idisə, məhkəmə öz təşəbbüsü ilə xətşünaslıq ekspertizası təyin edə bilərdi. Həmçinin, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini, cavabdeh tərəf aydın şəkildə xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Müqavilələrdəki imzaların fərqli olub-oimamasını müəyyən etmək xüsusi bilik tələb edir. Lakin, məhkəmə bu barədə müvafiq tədbir görməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə,”Azericard” MMC-yə sorğu edilməklə əlavə məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(103)-11948/2021 saylı mülki işin 7-9-cu vərəqlərində olan 29 yanvar 2013-cü il tarixli "xxxx" ASC-nin kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında PC3104.290113.00001 nömrəli müqavilənin 3-cü vərəqəsində “İstifadəçi Cavabdeh1” qrafasındakı imza, 10-11-ci vərəqələrində olan 19 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında 112.PC.3104.290113.00001 nömrəli müqaviləyə 6 nömrəli əlavə razılığın 1-ci vərəqəsində soldan sağa istiqamətdə 2-ci imza, 2-ci vərəqəsində “İstifadəçi Cavabdeh1” qrafasındakı imza, 12-13-cü vərəqələrində olan 19 avqust 2015-ci il tarixli 112.PC.3104.290113.00001/e nömrəli zaminlik müqaviləsinin 1ci vərəqəsinin aşağı hissəsində soldan sağa istiqamətdə 2-ci imza, 2-ci vərəqdə isə “Cavabdeh1” qrafasındakı imza, 14-cü vərəqəsində olan 29 yanvar 2013-cü il tarixli 112.CL.290113.00001/a nömrəli zaminlik müqaviləsində “Cavabdeh1” qrfasındakı imza- HACİYEVA LARİSA VYAÇESLAVOVNA tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 126 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkzinin xx.xx.2022-ci il tarixli imtina məktubunda isə qeyd edilmişdir ki, 2(103)-917/2022 Nö-İi mülki iş üzrə 20 dekabr 2021-ci tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır:- Ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli, 9/9507 saylı vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir."xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112.PC.3104.290113.00001 saylı kredit müqaviləsi üzrə:1.Cari, ssuda, faiz və cərimə hesablarından çıxarış (müqavilə tarixindən xx.xx.2021-ci il tarixə, (kodlaşdırılmış yox) məxariclər və mədaxillər, cari, ssuda, faiz və cərimə hesablan göstərilməklə),2.Mədaxil orderləri,3.Mütəxəssis (Mərkəzi Bank),4.Ekspert qarşısında qoyulmuş 2-ci sualda göstərilən sənədlər. Vəsatətin verilmə səbəbi: təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının metodikasına görə kredit (lizinq) münasibətləri üzrə tədqiqat (hesablamalar) ilkin sənədlər əsasında aparılması. xx.xx.2022-ci il tarixli, 9/9507 saylı ekspert vəsatəti təmin edilmədiyinə görə 2(103)-917/2022 Ns-li mülki iş materialları xx.xx.2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə 2(103)- 917/2022 N-li mülki iş materialları xx.xx.2022-ci il tarixli, 9/9507 saylı ekspert vəsatətində göstərilən sənədlər əlavə edilmədən yenidən Mərkəzə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəmənin xx.xx.2022-ci il tarixli, 9/9507 saylı ekspert vəsatətində göstərilən sənədlərin tərəflərdən tələb olunması barədə məktub təqdim edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları təkrarən təqdim edilmişdir. Həmin cari hesabdan çıxarış məlumatlarında kredit hesabları və əməliyyatlar üzrə təyinatlar tam göstərilməmişdir. Həmçinin hal hazıradək Mütəxəssis təyin olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
5. Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, Mülki Məcəllədə zaminliklə bağlı kəsici müddətlərin müəyyən edildiyini, belə ki Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsinə əgər zaminliyin verilmə müddəti göstərilibsə, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, müddət göstəilməyibsə 2 il ərizndə xitam veriklərini, Cavabdeh1 Vyaçeslavovnın ödənişləri gecikdirdiyi halda belə Cavabdeh2 zamin kimi heç bir tələb irəli sürülmədiyini, zaminə qarşı kəsici müddətin bitdiyini, müqavilə bağlanan zaman Cavabdeh2 Azərbaycan Respublikası ərazisində olmadığını bildirmişdir.
6. Cavabdeh1 Vyaçeslavovnın nümayəndəsi vəkili Vəkil1 Ağasəməd oğlu apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh1 Vyaçeslavovnın kredit müqaviləsi deyil, ölkə xaricində olması ilə bağlı adına depozit xəttinin açılması ilə bağlı müqavilə bağladığını, hesaba ödəniş edilmədiyini, hesabdan özü tərəfindən qoyulmuş pulu çıxararaq istifadə etdiyini, müqavilənin digər səhifələrində yox yalnız sonuncu vərəqlərində imzalar olduğunu, müqavilə bağlanan zaman Cavabdeh1 Vyaçeslavovnın Azərbaycan Respublikası ərazisində olmadığını bildirmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
8. Cavabdeh2 nümayəndəsi Vəkil2 etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı olan Apellyasiya Şikayətini tam əsassız və qanunsuz hesab edirlər. Apellyasiya Şikayətinə etirazı aşağıdakı faktlarla təsdiqləyirlər: 1. Ləğv prosesində olan "AGBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Vyaçislavovna arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112.PC.3104.290113.00001 kredit kartlarının əldə edilməsi və onlardan stifadə olunması haqqında müqaviləsinə əsasən, cavabdehə 7 ay müddətinə, illik 30% ödənilmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 19 avqust 2015-ci il tarixində həmin müqaviləyə dair 6 saylı əlavə razılaşma imzalanaraq kredit xəttinin müddəti 2017-ci il avqustun 31-nə qədər uzadılmışır. 2. İddiaçının təqdim etdiyi sənədlərə əsasən qeyd edilmişdir ki, yuxarıda göstərilən kredit müqavilələrinə zamin qismində Cavabdeh2 çıxış etmişdir. 3. xx.xx.2015-ci il tarixli müqavilələr imzalandığı vaxt tarixlərində Cavabdeh2 Azərbaycan ərazisində olmadığı üçün bu müqavilələrin imzalanmasında iştirak etməmişdir. 4. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İşdə olan sənədlərdən göründüyü kimi iddia müddəti Cavabdeh2 münasibətdə xx.xx.2013-cü il tarixindən hesablanmalıdır. Belə olan təqdirdə bu iddia təmin edilməmiş saxlanılmalıdır. 5. Bundan əlavə olaraq, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 6. Göstərilənləri nəzərə alaraq, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 331, 355-357, 385-390, 399, 404, 425.1, 427.3, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İddia tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinin qiymətləndirilməsi qətnamənin prosessual (məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması) əsasları ilə ləğv edilməsi üçün əsaslar yaradır. Belə ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək təqdim edilən sübutların mötəbərliyinin qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin etməli olduğu halda imzaların cavabdehə məxsus olmaması barədə şübhələrdən kənar nəticəyə gəlməmiş, apellyasiya icraatı zamanı bu qənaət ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Bununla belə diqqətə çatdırılmalıdır ki, mühasibatlıq ekspertiza tədqiqatların aparılması və əlavə sübutlar təqdim edilməsi imklanlarının yaradılmasına baxmayaraq ekspertin vəsatəti uzrə tələb edilən sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. İlkin olaraq tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəliklər üzrə pul vəsaitinin verilməsi sübut edilməlidir ki, bunun da müəyyən edilməsi mümkün olmamışdır. Halbuki borcun və öhdəliklərinin olmadığını bəyan edən cavabdeh(lər)in digər əsaslarla belə borclu olması müəyyən edilmir.
11. Mülki Prosessual Məcəllənin 97.1 və 97.5 İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
12. Baxmayaraq ki, ”Azericard” MMC –yə sorğu verilmiş, lakin ondan zəruri ola bilən müsbət cavab alınmamış və iddiaçı tərəfindən öz sübutetmə vəzifəsinə rəğmən bununla maraqlanmamışdır.
13. Qeyd edilənlərə əsasən və mülki icraat zamanı sübutların məhkəmə tərəfindən toplanılması yolverilməzliyi baxımından apellyasiya şikayəti qismən təmin edilərək, məhkəmə qətnaməsi formal olmayan prosessual əsaslarla ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi sübut edilməmə əsasları ilə yenidən rədd edilməlidir.
14. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməli, ekspertizanın aparılması ilə əlaqədar məhkəmə xərcləri isə iddiaçıdan tutulmalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2021 saylı işi üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı LPO İddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci olan 156 ( yüz əlli altı) manat məbləğdə pul vəsaiti İddiaçı LPO İddiaçı X2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.