Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9208/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Heydər qızına, Gözəlov İkram Akif oğluna, Gözəlov Əzim İkram oğluna və X1 qarşı “pulun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, ipoteka predmetlərinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-138/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Heydər qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(011)-138/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Heydər qızına, Gözəlov İkram Akif oğluna, Gözəlov Əzim İkram oğluna və X1 qarşı “pulun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, ipoteka predmetlərinin boşaldılması” barədə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8786/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(011)-138/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1898/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8786/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(011)-138/2018 saylı qətnaməsindən Cavabdeh2 Heydər qızı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, kollegiya hesab edir ki, hazırki mülki iş digər Cavabdeh1 tərəfindən apellyasiya və kassasiya instansiyalarında mübahisələndirildiyindən və iş üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan həmin qərarlarda araşdırılmış və təsdiqini tapmış xüsusatların hazırki apellyasiya sikayətində yenidən araşdırılması istənildiyindən kollegiya qeyd edir ki, həmin hallar yenidən cavabdeh tərəfindən mübahisələndirilə bilməz. Çünki, məhkəmə aktları şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanıldığından, digər Cavabdeh1 apellyasiya və kassasiya şikayəti əsasında yoxlanılmış hissələrin, hazırda Cavabdeh2 Heydər qızının şikayəti üzrə həmin hallar təkrarən apellyasiya qaydasında yoxlanıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair №02/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadında aşağıdakılar qeyd edilir: “Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddesinə əsasən qeyri-mümkün hesab edilməlidir...” Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 Heydər qızı tərəfindən verilmiş apellyasiya şikayəti Ali Məhkəmənin qeyd edilən qərardadına əsasən qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Heydər qızına, Gözəlov İkram Akif oğluna, Gözəlov Əzim İkram oğluna və X1 qarşı “pulun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, ipoteka predmetlərinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-138/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Heydər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9208/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9208/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver