Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9219/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından “X5 Edilməsi Agentliyi”nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından “X5 Edilməsi Agentliyi”nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılmasına dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, 06.12.2019-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X5 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı “əsas və faiz borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə 08.11.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə borcalan Cavabdeh arasında bağlanmış 11.10.2013- cü il tarixli 289/13 saylı “Vakala” borc müqaviləsi üzrə yaranmış 1.339,67 manat əsas borc, 34,32 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.403,99 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, 06.12.2019-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə borcalan Cavabdeh arasında bağlanmış 11.10.2013-cü il tarixli 289/13 saylı “Vakala” borc müqaviləsi üzrə yaranmış 1.339,67 manat əsas borc, 34,32 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.403,99 (min dörd yüz doqquz) manat vəsait Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, 06.12.2019-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından “X5 Edilməsi Agentliyinin nümayəndəsi X3 çıxışında iddia tələbini müdafiə edərək, məhkəmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, 06.12.2019-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında çıxışında cavabdehin Bakı şəhəri Yasamal Rayon məhkəməsində işə baxılmasından məlumatı olmadığını, kredit müqaviləsi üzrə iddia müddətinin keçməsini, cavabdehin iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə ərizə verməsini nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, 06.12.2019-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinin əsası kimi ona istinad etmişdir ki, o birinci instansiya məhkəməsində məhkəmə icraatından məlumatsız olmuş, onunla "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti arasında 11.102013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, 11.10.2015-ci ilə onun cəmi 1.339 manat 67 qəpik borcu olmuşdur. İddiaçı 2019-cu ildə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Ona görə də Cavabdeh ərizə ilə müraciət edərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini və qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 08 noyabr 2019cu ildə müraciət etmişdir. "xxxx" İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında 11 oktyabr 2013-cü il tarixdə “Vakala” borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcdan istifadə müddəti 11 oktyabr 2015-ci il tarixə kimi müəyyən edilmişdir. Cavabdeh tərəfindən son ödəniş 04.02.2015-ci il tarixdə aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsində isə təsbit olunmuşdur ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, 06.12.2019-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, 06.12.2019-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh arasında bağlanmış 11.10.2013-cü il tarixli 289/13 saylı “Vakala” borc müqaviləsi üzrə yaranmış 1.339,67 manat əsas borc, 34,32 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.403,99 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması haqqında iddia tələbi rədd edilsin. Qətnamə dərhal qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9219/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9219/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver