Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-923/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-2525/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.127.1818-ci il tarixli BPM**********28 saylı kredit müqaviləsi üzrə 5346,45 manat əsas borc, 27,18 manat faiz borcu, cəmi 5373,63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin və 0.40 manat bank xidmət haqqının “xxxx” ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, X6 ilə arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 54 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 5600 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Bakı şəhəri 33 saylı dövlət notariat ofisi tərəfindən verilən məlumata əsasən, Cavabdeh Əyub qızına xx.xx.2019-cu il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən 18.127.1818-ci il tarixli BPM**********28 saylı kredit müqaviləsi üzrə 5346.45 manat əsas borc, 27.18 manat faiz borcu, cəmi 5373.63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin və 0.40 manat bank xidmət haqqının “xxxx” ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-2525/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 2501,83 (iki min beş yüz bir manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 13 (on üç) manat məbləğinin tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, mərhum əri X6 ilə bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, 54 ay müddətinə illik 24 faiz ödəmək şərtilə, 5600 manat məbləğində kredit verilmişdir. Cavabdehin əri X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatına qədər kredit borcu müqavilə üzrə hər hansı gecikdirmə olmadan ödənilmiş, ödənişlərdə heç bir problem olmamışdır. xx.xx.2019-cu il tarixdə “Bank Respublika ASC-nin Neftçilər filialından” verilmiş xx.xx.2019-cu il tarixli arayışına əsasən, cavabdehin 2501,83 manat kompensasiya məbləğinə vərəsəlik hüququ tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Məhkəmə onu kredit borcu üzrə vərəsə kimi tanımış və həmin məbləğdə pulun ondan tutularaq banka ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, kredit müqaviləsi imzalayan ərinin vəfatına qədər onun ödənişlərində problem olmamışdır. Onun vəfatından sonra “Bank Respublika ASC-nin Neftçilər filialından” 2501,83 manat məbləğində kompensasiya alınmış və həmin kompensasiya mərhumun qəbirüstü abidəsinə xərclənmişdir. Ona görə də cavabdeh hesab edir ki, kredit götürənin ölümü ilə kredit müqaviləsinə xitam verilmişdir. Həmin məbləğdə borcu o, banka ödəmək üçün heç bir öhdəlik daşımır. İş üzrə iddiaçı “xxxx” ASC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğvini tələb etsə də, iddiaçı tərəf iddianın təmin edilməyən hissəsi ilə bağlı apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-2525/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” ASC ilə X6 arasında xx xxxxxx 2018-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, “xxxx” ASC tərəfindən X4 illik 24 faiz ödəmək şərti ilə 54 ay müddətinə 5600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, X2 Banka olan borcunun 3 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı tərəf müqavilədən irəli gələn öhdəliyini yerinə yetirsə də, X1 müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun borcu yaranmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 33 saylı dövlət notariat kontorunun xx xxx 2020ci il tarixli 43 saylı məktubundan görünür ki, X3 mirası həyat yoldaşı Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxx 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, X2 Cavabdeh Əyub qızına qalmış əmlak 2501.83 manatdan ibarətdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə borclu olan həyat yoldaşı X3 qanun üzrə vərəsəsi kimi bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan “xxxx” ASC tərəfindən ünvanlanmış xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh X3 qanun üzrə vərəsəsi kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehə miras qalmış əmlak həcmində, yəni 2501,83 manatın tutulması hissəsində təmin edilməlidir. Belə ki, MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 106-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələbinə uyğun düzgün olaraq həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)- 2525/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-923/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-923/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver