Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9234/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi və vəkil X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarma və istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs qismində göstəriləməklə) “yaşayış sahəsindən çıxarılma və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yataqxanadan çıxarılması, həmin yaşayış sahəsinin sökülmək üçün İddiaçı MMC-yə təhvil verilməsi və Cavabdeh Akif qızının ünvan 1 ünvanında yerləşən yataqxanadan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşayış sahəsini təmin etmək üçün 15000 (on beş min) manat məbləğində birdəfəlik kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən yataqxanadan çıxarılması, həmin yaşayış sahəsinin sökülmək üçün İddiaçı MMC-yə təhvil verilməsi və Cavabdeh ünvan 1 ünvanında yerləşən yataqxanadan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Maraqlı şəxs başçısının 12.12.2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Pilot Layihə çərçivəsində rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliye küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən normativ Hüquqi və İnzibati Aktın icrasının təmin edilməsi məqsədi ilə Nərimanov RİH ilə MMC arasında müvafiq müqavilə imzalanmış və müqavilə öhdəliyinə əsasən söküntüyə məruz qalan ərazidəki sakinlərin həmin ərazidə yeni inşa edilmiş yaşayış binalarının abad, tam təmirli mənzillərinə köçürülmələri İddiaçı MMC-yə həvalə edilmişdir. Bu məsələ ilə əlaqədar sakinlər hüquqmüəyyənedici sənədlər əsasında müvəqqəti yaşayış sahələrinə köçürülmüş və yeni yaşayış sahələri verilənədək kirayə xərclərinin verilməsi iddiaçı tərəfindən təmin edilmişdir. Həmin ərazidə Təbriz küçəsi 10 ünvanda qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış məcburi köçkün ailələri statuslarına uyğun olaraq Qaçqınların və X3 Dövlət üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən balanslarında olan müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Həmin binada fəaliyyət göstərən Nərimanov Bələdiyəsinin istifadəsində olan sahənin 1 otağı heç bir hüquqmüəyyənedici sənədi olmadan Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin otaq zəbt edildiyindən Nərimanov Bələdiyyəsinin tərəfindən digər sahəyə tam köçürülməsi reallaşmamış, nəticə etibarı ilə İddiaçı MMC tərəfindən tikinti işlərinin davam etdirilməsi mümkünsüz olmuş və MMC böyük maliyyə itkiləri ilə üzləşmişdir. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qanunsuz zəbt etdiyi yaşayış sahəsini tərk etməkdən yayınır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “ünvan 2 ünvanında yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” 02 fevral 2017-ci il tarixli Rəyə əsasən, sözügedən ünvanda yerləşən evlər ümumiyyətlə mövcud tikinti norma və qaydalarına,şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Cavabdeh həmin yataqxana binasının otağını qanunsuz tutub, qanunsuz olaraq da həmin ünvana pasport qeydiyyatına düşüb. Onun həmin ünvana pasport qeydiyyatına düşməsi üçün heç bir hüquqi əsas ola bilməzdi. Cavabdehlə iddiaçı arasında heç bir qarşılıqlı öhdəlik yaradan müqavilə yoxdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2021 saylı, 12.07.2021ci il tarixli qətnaməsi ilə İddianın təmin edilməsi, Cavabdeh yaşayış sahəsini təmin etmək üçün 15000 (on beş min) manat məbləğində birdəfəlik kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən sahədə Cavabdeh istifadə hüququna xitam verilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən yataqxanadan çıxarılması qət edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2021 saylı, 12.07.2021ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasının və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC və Cavabdeh “Barışıq sazişi ilə məhkəməyə müraciət edərək mübahisəni sülh yolu ilə aşağıdakı şərtlərlə tənzimləmək arzusunda olduqlarını bildirmişlər:
1. İddiaçı MMC Cavabdeh istifadəsində olan mübahisəli ünvan 4 ünvanında yerləşən mənzilə dair 45.000 (qırx beş min) manat məbləğində kompensasiya ödənilməsini öhdəsinə götürür.
2. 2. Barışıq sazişinin 1-ci bəndində qeyd edilən kompensasiya məbləği barışıq sazişi imzalanandan sonra 3 (üç) iş günü ərzində iddiaçının bank hesabına ödənilir.
3. 3.Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, bu barışıq sazişindən irəli gələn məsələlərlə bağlı və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 9324/2021 saylı mülki iş üzrə bir-birinə qarşı heç bir iddia tələbi irəli sürməyəcəklərini və hər bir tərəf sazişin bəndlərinə uyğun olaraq sazişin icra edilməsini öz öhdələrinə götürürlər.
4. Tərəflər hazırkı barışıq razılaşmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin qaydasını şamil edib, bundan doğulan hüquq və vəzifələrin nəticələri barədə xəbərdar olunublar. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanunvericiliyə zidd deyil və digər şəxslərin mənafeyinə toxunmur, ona görə də məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2021 saylı, 12.07.2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarma və istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.