Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9243/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Xudaquluyev Samir Məhəbbət oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2833/2021 nömrəli 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12595,30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi qismən təmin olunaraq "xxxx" MMC-yə məxsus “İveko Urbanway” markalı 99_JX- 270 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 12595,30 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının və ekspertiza tədqiqatının dəyərinin təşkil edən 100 manat məbləğində pul vəsaitinin mülkiyyətçi cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi Cavabdeh qarşı hissədə rədd edilmişdir.Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin 2(001)- 3749/2019 saylı 26 sentyabr 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-362/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarları ilə hazırki iddia tələbi üzrə cavabdeh İddiaçı ondan tutulmuş zərərin əvəzi olan məbləğin Cavabdeh reqres qaydada tələb etmək hüququna malik olması izah edilmişdir. Hazırki iş üzrə Cavabdeh mülkiyyətçi İddiaçı tərəfindən sürücü qismində işə götürülmüş və ona “Daewoo” BS 90 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (avtobusun) idarə edilməsi həvalə olunmuşdur. Bu məqsədlə işəgöütən və işçi arasında 15 may 2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Sürücü Cavabdeh srücünün vəzifə təlimatının müddəları ilə də tanış olaraq imza etmişdir. İnzibati xəta hesab edilən yol-nəqliyyat hadisəsi sürücü Cavabdeh təqsiri üzündən baş verdiyinə və əmək qanunvericiliyinin tələblərinə əsasən müqavilə əsasında tam maddi məsuliyyət öhdəsinə götürdüyünə görə o da maddi və mənəvi məsuliyyət daşımalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2833/2021 nömrəli 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və işin faktiki halları ilə yanaşı maddi hüquq normaları və prosessual hüquq normaları baxımındanda əsassızdır. Məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə tutulmuş məbləğin tam ödənilmədiyindən həmin məbləği cavabdehdən tələb edə bilməz. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün təfsir etməyərək, maddi hüquq normasını düzgün tədbiq etsədə, hazırkı işin hallarına münasibətdə səhf nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, hazırkı iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında yəni MPM-in 82.3-cü maddəsinin tələbinə uyğun həmin borc artıq iddiaçıdan tutulmuşdur. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində həmin hüququn iddiaçıya verildiyi halda məhkəmənin artıq qanuni qüvvəsini almış və icraya yönəlmiş, qismən icra edilmiş məhkəmə qətnaməsini şübhə altına alaraq MM-nin 114-cü maddəsinə formal yanaşmışdır. Halbuki, qətnamənin icrası hazırda hakimdə hər hansı şübhə yaratmamlı və məhz reqres hüququnun qətnamənin icrasına yox, yalnız qətnamənin özünün mövcudluğu və qanuni qüvvəsini alması çərçivəsində qiymətləndirilməldir. Bu baxımdan hesab edir ki, hazırkı iş üzrə birinci instasniya məhkəməsi işin hallarına düzgün hüququ qiymət vermədən, qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Xudaquluyev Samir Məhəbbət oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2833/2021 nömrəli 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 30.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" MMCyə məxsus “İveco Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuulmuş zərərin əvəzi qismində 12595,30 (on iki min beş yüz doxsan beş manat otuz qəpik) manat, məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı cavabdeh İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul vəsaitinin 20 manat hissəsinin "xxxx" ASCdən, 100 manat hissəsinin isə cavabdeh İddiaçı tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə cavabdeh İddiaçı iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləği digər Cavabdeh reqres qaydada tələb etmək hüququna malik olması izah edilmşdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-362/2021 saylı 03.02.2021-ci il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5240/2020 saylı 17.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlnana 02.06.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019-014 nömrəli 26.09.2019-cu il tarixli icra sənədinə əsasən, ondan 12595,3 manat məbləğində pul vəsaiti və 30.4 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 03.05.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq icra edilməmişdir. İş materiallarında olan 17.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 200 manat ödəniş edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən (kontrakt) görünür ki, işəgötürən İddiaçı və işçi Cavabdeh arasındakı əmək müqaviləsi 15 may 2017-ci il tarixdən 14 may 2018-ci il tarixədək müddətinə bağlanmışdır. İşçi sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 15.05.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında fərdi müqavilədn görünür ki, əmlak sahibi fiziki şəxs İddiaçı, maddi-məsul şəxs sürücü Cavabdehdur. Maddi məsul şəxs-sürücü Cavabdeh, ona etibar edilmiş maddi sərvətləri (yol vərəqində göstərilən nəqliyyat vasitəsini və onun komplekt hissələrini) qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, baş vermiş yol-nəqliyyat hadisələri zamanı onun günahı üzündən nəqliyyat vasitəsinə və zərərçəkmişə dəymiş ziyana görə tam məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.4-cü maddəsində göstərilir ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sadalanan qanunvericilik əsaslarından göründüyü kimi iddiaçının reqres qaydada tələb etmək hüququ borc öhdəliyini yerinə yetirdiyi andan əmələ gəlir. Vurulmuş zərərin əvəzini ödəmiş şəxsin reqres qaydada tələb hüququ yaranır. İş materiallarından və iddiaçının izahatından görünür ki, 24 may 2017-ci il tarixində Cavabdeh yol vərəqəsi ilə idarə etdiyi İddiaçı məxsus 90- SE-455 dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi ilə **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Bu əsasla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə vurulmuş zərərin əvəzi olaraq 12595,30 (on iki min beş yüz doxsan beş manat otuz qəpik) manat, məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı məxsus “Daewoo BS090” markalı nəqliyyat vasitəsi ilə delikt törətdiyindən və məhkəmə qətnamələrində onun reqres hüququnun olduğu göstərildiyindən hazırki iş üzrə iddiaçı cavabdehdən reqres qaydada pul məbləğini tələb etməkdədir. İddiaçı məhkəmə qətnaməsilə tutulmuş məbləğin "xxxx" ASC-yə hissə-hissə ödənişinin davam etdiyini və ödənişin tam ödənilmədiyini bildirmiş, pulun ödənilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2833/2021 nömrəli 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2833/2021 nömrəli 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9243/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9243/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver