Məhkəmə qərarları › İş №2(103)-927/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-927/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-927/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdehə qarşı “pul” tələbinə dair ilkin, cavabdehin iddiaçıya qarşı “dəymiş zərərin ödənilməsi və pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra - cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(011)-3320/2023 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər bir-birlərini xeyli müddət əvvəl tanıyırlar. İddiaçı maye qab şampunlarını hazırlamaqla məşğul olmuşdur. Onların arasında gəlir əldə etmək məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı şifahi qaydada razılaşma əldə olunmuşdur. Razılaşmaya əsasən cavabdeh iddiaçıya fəaliyyətinin bir qədər də genişləndirilməsi məqsədilə pul verməli, iddiaçı isə əldə edilmiş qazancın bir hissəsini iddiaçıya verməli idi. 2.Şifahi razılaşmaya əsasən cavabdeh xx.xx.2022-ci il tarixdə xammal və avadanlıqların əldə edilməsi üçün iddiaçının bank hesabına 16950 manat məbləğində pul vəsaiti köçürmüşdür. Sonradan iddiaçı tərəfindən 16950 manat məbləğində puldan 2000 manat cavabdehə geri qaytarılmışdır. 3.Həmçinin, cavabdehin müraciəti əsasında iddiaçının barəsində araşdırma aparılmış, lakin onun əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız hərəkətləri (delikt) nəticəsində onun sahibkarlıq fəaliyyətinə ziyan vurulması ilə əlaqədar hesablanmış 1500 manat miqdarında maddi ziyanın, habelə ödənilmiş 35 manat dövlət rüsumunun, ümumilikdə 1535 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. 5.İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsassız hərəkətləri (delikt) ilə onun sahibkarlıq fəaliyyətinə ziyan vurulması nəticəsində 2828,26 manat maddi ziyanın, habelə ödənilmiş 48 manat dövlət rüsumunun, ümumilikdə 2876,26 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 1 ilə yaxındır fiziki şəxs qismində kiçik partiyalarla qab şampunlarının istehsalını həyata keçirir. Cavabdehi 15 ilə yaxındır ki, tanıyır. Cavabdehlə söhbət əsnasında ona məlum olmuşdur ki, o, xırda bir sexdə qab şampunlarının istehsalı ilə məşğul olur. Söhbətlərin birində cavabdeh təklif etmişdir ki, o da istehsala vəsait qoysun və birgə kommersiya fəaliyyəti ilə məşğul olsunlar. Bu söhbətlərdə ümumi tanışları olan Ruslan, habelə Asəf adlı şəxs də iştirak etmişlər. Bu zaman cavabdeh bildirmişdir ki, hissə-hissə 150000 manatadək vəsait qoya bilər. Razılaşma şifahi şəkildə olmuşdur. Birgə kommersiya fəaliyyəti ondan ibarət olmuşdur ki, cavabdeh 150000 manat vəsait qoymağı, o isə istehsal üçün avadanlıq, mal-material və xammal alaraq istehsal sahəsini artırmağı öhdələrinə götürmüşlər. Cavabdeh də həmçinin, istehsal etdiyi məhsulun müxtəlif satış mərkəzlərində satışını təşkil etməyi də öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdeh ilkin olaraq xx.xx.2022-ci il tarixdə istehsalın bank hesabına 16.950 manat pul vəsaiti köçürmüşdür. Həmin vəsait xammal və istehsal vasitələrinin əldə olunmasına sərf olunmuşdur. Bu məqsədlə cavabdehlə razılaşmışlar ki, istehsal həcmini artırmaq məqsədilə yeni anbar və istehsal sahəsi inşa ediləcəkdir. Həmçinin, hazır məhsul nümunələri götürən cavabdeh marketlərlə danışıqlar aparmalıydı ki, onların hazır məhsulunu əhali arasında realizə etsinlər. Lakin cavabdeh bir müddət sonra vəd verdiyi qalan vəsaiti ödəməkdən imtina etmiş, nəticədə alınmış xammaldan və digər ləvazimatlardan istehsal olunmuş hazır məhsulun satışı mümkün olmamışdır. Belə ki, cavabdeh tərəfindən satış keçirilməsi məqsədilə müxtəlif hərəkətlərə başlamış, lakin bunu həyata keçirə bilməyəcəyini gördükdə, şantaja keçmiş, ondan şikayət edəcəyi ilə hədələmiş və köçürdüyü pulu dərhal geri qaytarmağı tələb etmişdir, halbuki, cavabdehin bu hərəkətləri nəticəsində onun sahibkarlıq fəaliyyətinə maddi ziyan dəymişdir. Cavabdehin həqiqətə uyğun olmayan vədləri onun istehsalını iflic vəziyyətinə salıb, istehsal aşağı düşüb, istehsal olunmuş məhsullar mövcud anbara yerləşmədiyindən açıq hava şəraitində saxlandığı üçün əmtəə görünüşünü itirir, saxlama müddəti keçir və sair, ən başlıcası da o olmuşdur ki, bu qədər məhsulun istehsalı üçün əlavə işçi qüvvəsi cəlb edilmiş, nəticədə xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh həmçinin bildirmişdir ki, bəzi firmalarla danışıb pul müqabilində onun məhsullarını irəli çəkib satışını təşkil edəcək. Məsələn, "Ağbulaq" firmasına 21000 manat həcmində məhsulların satış üçün verilməsini təşkil etmək məqsədilə həmin məbləğin 20%-ni "şirinlik" kimi İsmayıllı rayon icra hakimiyyətinin vəzifəli şəxsinə verilməli olduğunu bildirmişdir. Lakin o, bu məsələni araşdırmaq məqsədilə "Ağbulaq" firmasının rəhbərliyinə müraciət etdikdə, bunların hamısının yalan olduğu aşkar edilmişdir. Bundan əlavə, İsmayıllı rayonunda 3 zavod üçün hazır məhsulun təchizatını təşkil etmək üçün “lazımlı adama” 30000 manat verilməsinin vacibliyini ona sıramaq istəmişdir. Həmçinin, “OBA” satış şəbəkələrinə 20 000 manat, “BRAVO” satış şəbəkələrinə və “Yaşıllaşdırma” birliyinə 60000 manat verilməsi üçün onu inandırmaq istəmiş, lakin onlar bundan imtina etmişlər. Cavabdeh görəndə ki, göstərilən məqsədlərinə nail ola bilmir, Xəzər RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdehin həqiqətə uyğun olmayan vədləri nəticəsində rəhbərlik etdiyi istehsala ciddi maddi ziyan vurulmuşdur. Cavabdeh ilkin olaraq xx.xx.2022-ci il tarixdə bank hesabına 16.950 manat pul vəsaiti köçürdükdən sonra istehsal gedişatında istifadə olunan xammalı, tara, butulka, etiket və sair mallar almışdır. 7.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd olunması, İddiaçı 793 manat və 14950 manat olmaqla, cəmi 15743 manat pulun, Mərkəzi Bankın uçot faizi dərəcəsi (8,75 faiz) hesablanmaqla 1377 manat pulun, ümumilikdə 17120 manat pulun və 142 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 8.Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, o iddiaçını təxminin 15 ilə yaxındır ki, tanıyır, onun yanında əvvəllər usta kimi işləmişdir. 2022-ci ilin yanvar ayından başlayaraq iddiaçı ona zəng vurub deyirdi ki, qab şampunlarının istehsalı ilə məşğul olur, işini çatdıra bilmir, firmalarla işləyir, ona borc pul lazımdır ki, şəbəkəni böyütsün. İddiaçı bildirmişdir ki, ona borc pul verməsi əvəzində “Araz” marketdən hər ayın 5-də 5-6 min manat, hər ayın 14-də “Qrand Mart” marketdən 14.000 manat pul verilir. Oradan çəkdiyi xərcləri çıxıb qazandığı pullardan ona 50% pul verəcəkdir, yəni qazandığı gəlirə onu şərik edəcəkdir. O, razılaşaraq 10.000 ABŞ dollar borca pul tapıb “AFB Bank”ın Sahil filialından iddiaçının hesabına həmin pulu manata çevirərək 16.950 manat köçürmüşfür. İddiaçı hətta bildirmişdir ki, o notariusda müqavilə də bağlayacaq və onu qazandığı pula şərik edəcəkdir. Lakin, sonra o, müxtəlif bəhanələrlə onu qazanca şərik etməmişdir. O, pulu iddiaçıya ödəmiş, bir ay oğlu ilə birlikdə iddiaçının Buzovna qəsəbəsində yerləşən sexinə gedib gəlmiş, orada köməklik etməyə başlamışdır. Sonra iddiaçı ona demişdir ki, Vüqar adlı şəxs ona 793 manat dəyərində rəng qatqıları gətircəkdir, onun pulunu versin, həmin pulu ona qaytaracaq. Vüqara 793 manat pul vermişdir. Səhəri günü həmin malı iddiaçıya təhvil vermiş, lakin iddiaçı ona malın pulunu - 793 manatı verməmiş, bildirmişdir ki, dəftərə yazır, pul gələn kimi pulu qaytaracağını desə də, qaytarmamışdır. Cavabdeh 16.950 manat pulu iddiaçının adına köçürdəndən 20 gündən sonra iddiaçı ona bildirmişdir ki, o, cavabdehə qazancdan faiz verə bilmir, ona görə də cavabdehin pulunu geri qaytaracaq. Cavabdeh də onunla razılaşmış və həmin vaxt da “Grand Mart” marketdən 14.000 pul almış, verdiyi puldan 7.000 manat qaytaracağını desə də qaytarmamışdır. İddiaçı Quba rayonunda torpaq sahəsi olduğunu, onu satıb gətirib pulu verəcəyini bildirsə də, bunu da etməmişdir. Ərizəsi ilə Xəzər rayon Polis İdarəsində iş araşdırılmış və təhqiqatçının xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Sonra o, iddiaçının qanunsuz hərəkətlərindən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, orada iş araşdırılmış və iddiaçı ona 2.000 manat ödəmiş və söz vermişdir ki, bir ay ərzində qalan pulu qaytarcaqdır. Lakin iddiaçı yenə də sözünə əməl etməmişdir. Sonradan ona məlum olmuşdur ki, iddiaçı ona qarşı pul tələbi ilə bağlı Xətai Rayon Məhkəməsində iddia qaldırıb. 9.İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh həm məhsulların istehsalına şərik olmağı, həm də istehsal olunan məhsullar üçün satış bazasının yaradılmasını üzərinə öhdəlik kimi götürmüşdür. Öncə istehsal olunan məhsullar mağazalara paylanılmış və mağazalar da məhsulları qəbul etmişdir, lakin sonradan cavabdeh şəriklikdən çıxdığına görə məhsullar satılmamış, satılmadığına görə geri qaytarılmış, anbar olmadığına görə yağışda islanmış və nəticədə məhsullar xarab olmuş, əmtəə görünüşünü itirmişlər. Cavabdehin tələb etdiyi 14950 manat pulu ödəməyə razı deyillər, çünki iddiaçıya ümumilikdə 17000 manat məbləğində ziyan dəyib, cavabdehin qarşılıqlı iddia üzrə tələb etdiyi 14950 manat çıxıldıqdan sonra qalan pul cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən 793 manat məbləğində rəng qatqılarının pulunun ödənilməsi isə yalandır. 10.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 29 avqust 2023-cü il tarixli, 2(011)-3320/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Pərviz Zamanlı) ilkin iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 14950 manat məbləğində pul, 560,62 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15510,62 manat pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 11.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsindən iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, tərəflər arasında birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün şifahi razılaşma olmuş, cavabdeh bu məqsədlə iddiaçıya 16950 manat məbləğində pul vəsaitini iddiaçının bank hesabına köçürmüş, iddiaçı razılaşdırılmış məhsulları istehsal etmiş, lakin sonradan aralarında yaranmış mübahisə nəticəsində hazırda iddiaçıya verdiyi pulun geri qaytarılmasını və əldən çıxmış faydanı, iddiaçı isə məhsulların məhv olması, əmtəə görünüşünün itirilməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. 12.Eyni zamanda da işin mübahisəsiz halıdır ki, tərəflərin birgə fəaliyyətləri ilə bağlı şifahi razılaşmalarına uyğun olaraq cavabdeh iddiaçının bank hesabına 16950 manat pul ödəmiş, sonradan razılaşmaları pozulduğundan həmin puldan 2000 manat qaytarılsa da, 14950 manat iddiaçı tərəfindən qaytarılmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, (tərəflər aralarındakı münasibəti və pulun verilməsini qanunla müəyyən edilmiş qaydada hər hansı bir müqavilə ilə rəsmləşdirməmişlər) sübuta yetriləcəyi halda, tərəflər onlara dəymiş maddi zərəri birbirilərindən tələb edə bilərlər. 13.Məhkəmə ilkin iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, ilkin iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur. 14.Əməlin delikt olmasını şərtləndirən birinci addım həmin əməlin qanuna zidd olub-olmamasının müəyyən edilməsindən ibarətdir. Cavabdehin əməlinin qanuna zidd olmasının müəyyən edilməsi üçün tərəflər arasında konkret şərtləri, öhdəlikləri göstərilən müqavilənin bağlanması və cavabdehin öhdəliyini pozması, yaxud cavabdehin qanunazidd əməli ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməsi ilə müəyyən edilə bilərdi. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehin ona maddi zərər vurmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, deliktin yaranması üçün əməlin qanuna zidd olması müəyyən edilmirsə, yaxud müəyyən edilməsi mümkün deyildirsə, bu halda digər şərtlərin araşdırılmasına və hüquqi qismət verilməsinə zərurət aradan qalxır. 15.Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya maddi ziyanın dəyməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən həmin dəymiş zərərin əvəzinin cavabdehdən tutulması barədə ilkin iddia tələbi təmin edilə bilməz. Həmçinin, ilkin iddia tələbi təmin edilmədiyindən onun üçün məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə tələb də təmin edilə bilməz. 16.Məhkəmə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından da göründüyü kimi cavabdeh tərəfindən onun bank hesabına ödənilmiş puldan 2000 manat qaytarıldıqdan sonra iddiaçı aldığı 14950 manat pulu cavabdehə qaytarmamışdır. İddiaçı bu halı cavabdehin birgə fəaliyyətləri ilə bağlı üzərinə götürdüyü öhdəliyini (istehsal olunacaq məhsulun satışının təşkil edilməsi və saxlanması üçün anbarın tikilməsi) yerinə yetirməməsi ilə əlaqələndirsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdehin pulunu heç bir hüquqi əsas olmadan qaytarmamaqla ona maddi zərər vurmuşdur. Belə ki, qeyd edilən hal iddiaçı tərəfindən həm iddia ərizəsində qeyd edilənlər, həm Xəzər RPİ-də iddiaçı tərəfindən verilmiş izahatlar, həm də məhkəmə iclası gedişində iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş izahatlar əsasında öz təsdiqini tapmışdır. Pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı isə tərəflər arasında mübahisə mövcud deyil. Məhkəmə qeyd etmişdir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdeh tərəfindən iddiaçıya 14950 manat məbləğində pul vəsaitinin iddiaçıya verilməsi ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.Eyni zamanda o da işin mübahisəsiz halıdır ki, sonradan iddiaçı tərəfindən 16950 manat məbləğində pulun 2000 manat məbləğində hissəsi cavabdehə qaytarılmışdır. Bununla bağlı da tərəflər arasında mübahisə mövcud deyil. 17.Məhkəmə qarşılıqlı iddia tələbini əldə çıxmış faydanın tələb edilməsi hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsinə uyğun olaraq iddiaçıdan pul tələb etsə də, onun tələbinin hüquqi əsasını həmin müddəa deyil, Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 18.Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüququ mövqedən də göründüyü kimi, göstərilən müddəa əsasında iddia tələbi o halda əsaslı ola bilər ki, iddiaçı cavabdehin pulunu qanunsuz saxlamaqla Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmiş olsun. Lakin cavabdeh bu halları sübut edə bilməmişdir. 19.Borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi hallarda kreditorun, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi hallarda, gecikdirilmiş vaxt üçün faiz tələb etməsinin əsasları isə MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 20.Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, pul məbləğinin gecikdirilməsinə görə faizin tələbi hissəsində iddia qismən təmin edilməlidir. İş materialların əsasında müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının hərəkətlərindən şikayət ilə bağlı Xəzər RPİ-nə ərizə ilə müraciət etmiş, məhkəməyə isə qarşılıqlı iddia barədə iddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixində (9 ay 17 gündən sonra) müraciət etmişdir. Belə ki, ödənilməli olan 14950 manat məbləğində pul vəsaitinin 5%-i 747,50 manat təşkil edir. Yəni, (747,50 / 12 ay) x 9 ay = 560,62 manat. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının onun 14950 manat məbləğində pul vəsaitini qanunsuz saxlaması nəticəsində 560,62 manat məbləğində maddi dəyərdən (sair maddi xeyrindən) məhrum olmuşdur. 21.Məkhəmə qarşılıqlı iddia tələbinin 793 manat pul vəsaitinin iddiaçıdan tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, cavabdeh bildirir ki, iddiaçı tərəfindən boya maddələrinin alınması üçün 793 manat məbləğində ödənilməli pul vəsaitinin dəyəri onun tərəfindən ödənilmiş, lakin həmin pul vəsaiti iddiaçı tərəfindən ona qaytarılmamışdır. Lakin onun bu dəlili iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlilinin təsdiqi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 443.1, 445.7, 1096.1, 1096.2, 1097.1, 445.7-ci: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119.2-ci və 216- 220-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 23.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılqılı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, tərəflər аrаsındа yаzılı müqаvilə bаğlаnmаsа dа, оnlаrın аrаsındа şifаhi müqаvilə bаğlаnmış, məhкəmə bunu qəbul еtmişdir. Еyni zаmаndа, mülki qаnunvеricilik şifаhi müqаvilənin bаğlаnmаsınа məhdudiyyət qоymаmışdır. Bаşqа sözlə, bu tipli müqаvilələrin şifаhi şəkildə bаğlаnmаsınа hər hаnsı bir qаdаğа yохdur. Məhkəmənin gəldiyi bu nəticə əsаssız və qаnunsuzdur. Bеlə ki, cаvаbdеhin şifаhi bаğlаdığı müqаvilə qаrşı tərəfin hər hаnsı mənfəət əldə еdəcəyinə dəstəк оlmuşdur. Cаvаbdеh isə ümumi işlə məşğul оlmаq üçün оrtаq mаliyyə vəsаiti qоyulmаsınа vəd vеrərək dаhа sоnrа bu vədin icrаsındаn yаyınmış, nəticədə iddiаçıyа külli miqdаrdа ziyаn dəymişdir. Lakin məhkəmə işin faktiki hallarını araşdırmaq əvəzinə şübhəli əsaslara söykənərək qanunsuz qətnamə qəbul etmişdir. Mülki iş üzrə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin məhkəmə əsassız qаrşılıqlı iddianı təmin etməklə, qeyd оlunan prоsessual nоrmaları pоzmuşdur. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar məhkəmə iclaslarında təsdiqini tapmamış, iddiaçı tərəfindən göstərilmiş hallar işin həlli üçün əhəmiyyət kəsb etdiyi hаldа, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, işə bахаn məhкəmə yuхаrıdа qeyd edilən hаllаrı nəzərə аlmаmış, mübаhisə predmeti оlаn pul vəsаitinin nə üçün vеrilməsini аydınlаşdırmаmış, müqаvilə şifаhi bаğlаnmış оlsа dа, məhkəmə bunu qəbul еtməmiş, lаkin həmin vəsаitə fаiz hеsаblаmışdır. Əslində tərəflər аrаsındа bаğlаnmış şifаhi müqаvilə özündə öhdəliklərini əks etdirməsinə bахmаyаrаq məhkəmə bu hаllаrа dа hüquqi qiymət verməmişdir. Eyni zаmаndа, iş materiallarına əlavə edilmiş sənədlər iddia tələbinin təmin оlunması üçün yetərli оlmаsınа bахmаyаrаq (bеlə ki, mаllаrın gеri qаytаrılmаsı nətcəsində istеhsаl sаhəsinə külli miqdаrdа ziyаn dəymiş, bu ziyаnı məhкəmə müəyyən еtmək əvəzinə, qеyd еdir ki, əgər "yаzılı müqаvilə yохdursа öhdəlik də yохdur". Lаkin məhkəmə qеyd еtmir ki, bu охşаr müqаvilələrin yаlnız yаzılı fоrmаdа оlmаsınа dаir qаnunun hаnsı tələbi tətbiq оlunur? Bu münаsibətləri tənzimləyən müqаvilələrin məcburi fоrmаsı Mülki Məcəllə ilə müəyyən еdilməmişdir. Еyni zаmаndа, sаhibkаrlığın inkşаfınа zərər vurаn hərəkətləri dəstəkləyən məhkəmə hеç bir əsаs оlmаdаn sаhibkаrın üzərinə hələ fаizləri də hеsаblаyır. Bаşа düşmək оlmur, cаvаbdеh pul vеrib istеhsаlа şərik оlmаq istəyir, şifаhi şəkildə üzərinə götürən öhdəlikləri icrа еtmir, nətcədə istеhsаlа külli miqdаrdа ziyаn dəyir, istеhsаl оlunmuş mаllаr gеri qаytаrılır, dаhа sоnrа məhv оlur, məhkəmə isə dеyir ki, sübut оlunmаdı! Məhкəməyə kifаyət qədər sübut təqdim оlunmuşdur ki, cаvаbdеhin mülki dеlikt nətcəsində iddiаçının istеhsаlınа mаddi ziyаn dəymişdir. Bu ziyаn pul şəklində də hеsаblаnаrаq təqdim оlunmuşdur. Məhkəmə bu hеsаblаmаlаrа inаnmаdığı üçün vəsаtət qаldırılmışdır ki, məhкəmə-əmtəəşünаslıq еkspertizası təyin еdilsin. Lаkin məhkəmə qеyri-оbyеktiv mövqеdən çıхış еdərək еkspеrtizаnın kеçirilməsindən imtinа еtmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, qarşılqılı iddia tələbinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 27.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 29.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 34.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 35.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 36.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 37.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ilk iddianın rədd olunan və qarşılıqlı iddianın qismən təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, cavabdeh isə qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Kollegiya cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(011)-3320/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 44.Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

45. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 46.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 47.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 48.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 49.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. 50.Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. 51.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün şifahi razılaşma olmuş, Cavabdeh bu məqsədlə iddiaçıya 16950 manat məbləğində pul vəsaitini İddiaçı bank hesabına köçürmüş, iddiaçı razılaşdırılmış məhsulları istehsal etmiş, lakin sonradan aralarında yaranmış mübahisə nəticəsində hazırda iddiaçıya verdiyi pulun geri qaytarılmasını və əldən çıxmış faydanı, iddiaçı isə məhsulların məhv olması, əmtəə görünüşünün itirilməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. 52.Həmçinin, tərəflərin birgə fəaliyyətləri ilə bağlı şifahi razılaşmalarına uyğun olaraq Cavabdeh İddiaçı bank hesabına 16950 manat pul ödəmiş, sonradan razılaşmaları pozulduğundan həmin puldan 2000 manat qaytarılsa da, 14950 manat iddiaçı tərəfindən qaytarılmamışdır. 53.Kollegiya ilkin iddia tələbinin təmin edilməməsi üzrə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələbinin qanuni əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandan ibarət olmaqla, iddiaçı tərəfindən cavabdehin ona maddi zərər vurmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. 54.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 56.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 57.Kollegiya qeyd edir ki, cavabdehin əməlinin qanuna zidd olmasının müəyyən edilməsi üçün tərəflər arasında konkret şərtləri, öhdəlikləri göstərilən müqavilənin bağlanması və cavabdehin öhdəliyini pozması, yaxud cavabdehin qanuna zidd əməli ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməsi ilə müəyyən edilə bilərdi. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehin ona maddi zərər vurmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. 58.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 59.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 60.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 61.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 62.Kollegiya qeyd edir ki, deliktin yaranması üçün əməlin qanuna ziddi olması müəyyən edilmirsə, yaxud müəyyən edilməsi mümkün deyildirsə, bu halda digər şərtlərin araşdırılmasına və hüquqi qismət verilməsinə zərurət aradan qalxır. 63.Göründüyü kimi, cavabdehin həqiqətə uyğun olmayan vədlərinin iddiaçının istehsalını iflic vəziyyətinə salması, istehsalın aşağı düşməsi, istehsal olunmuş məhsulların mövcud anbara yerləşmədiyindən açıq hava şəraitində saxlandığı üçün əmtəə görünüşünü itirməsi və bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 64.Kollegiya apellyatorun birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilməsi ilə bağlı vəsatətinin əsassız olaraq rədd edilməsi ilə bağlı dəlili ilə razılaşmır və qeyd edir ki, iddiaçı tərəfindən bu qərarın 63-cü bəndində qeyd olunan cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə bağlı mötəbər sübutlar təqdim olunduğu halda, qeyd olunan vəsatət təmin oluna bilərdi. 65.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya maddi ziyanın dəyməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən həmin dəymiş zərərin əvəzinin cavabdehdən tutulması barədə ilkin iddia tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. 66.Kollegiya qarşılqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində qeyd edir ki, iddiaçı tərəfindən həm iddia ərizəsində qeyd edilənlər, həm Xəzər RPİ-də iddiaçı tərəfindən verilmiş izahatlar, həm də məhkəmə iclası gedişində iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş izahatlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh Məmmədov Bətiyar tərəfindən iddiaçının bank hesabına ödənilmiş puldan 2000 manat qaytarıldıqdan sonra iddiaçı aldığı 14950 manat pulu cavabdehə qaytarmamışdır. İddiaçı bu halı cavabdehin birgə fəaliyyətləri ilə bağlı üzərinə götürdüyü öhdəliyini (istehsal olunacaq məhsulun satışının təşkil edilməsi və saxlanması üçün anbarın tikilməsi) yerinə yetirməməsi ilə əlaqələndirsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdehin pulunu heç bir hüquqi əsas olmadan qaytarmamaqla ona maddi zərər vurmuşdur. Qeyd olunan pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi mübahisələndirilməklə iddiaçının özü tərəfindən də etiraf edilmişdir. 67.Eyni zamanda o da işin mübahisəsiz halıdır ki, sonradan iddiaçı tərəfindən 16950 manat məbləğində pulun 2000 manat məbləğində hissəsi cavabdehə qaytarılmışdır. Bununla bağlı da tərəflər arasında mübahisə mövcud deyil. 68.Göründüyü kimi, İddiaçı cavabdehlə aralarına olan “birgə fəaliyyət” haqqında razılaşmaya uyğun olaraq cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüş 16950 manat pulun 2000 manatını qaytarsa da, qalan məbləği qaytarmayaraq ona maddi zərər vurmuşdur. 69.Buna görə də kollegiya qarşılqılı iddia tələbi üzrə 14950 manat pul vəsaitinin iddiaçıdan cavabdehin xeyrinə tutulması ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. 70.Kollegiya qarşılqılı iddia tələbinin bank uçot dərəcəsinə uyğun olaraq geckdirilmiş məbləğ üçün faiz tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi hallarda kreditorun, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi hallarda, gecikdirilmiş vaxt üçün faiz tələb etməsinin əsasları isə MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur. 71.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. 72.İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının hərəkətlərindən şikayət ilə bağlı Xəzər RPİ-nə ərizə ilə müraciət etmiş, məhkəməyə isə qarşılıqlı iddia barədə iddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixində (9 ay 17 gündən sonra) müraciət etmişdir. 73.Belə olan halda kollegiya hesab edir ki, ödənilməli olan 14950 manat məbləğində pul vəsaitinin 5%-i 747,50 manat olmaqla, gecikdirilən müddət 9 ay olduğundan (747,50 / 12 ay) x 9 ay = 560,62) 560,62 manat iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. 74.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 75.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 76.Beləliklə kollegiya qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(011)-3320/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 77.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 78.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 79.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(011)-3320/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar