Məhkəmə qərarları › İş №2(103)-9271/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9271/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9271/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(007)-455/2021 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 2955 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bank xidmət haqqına görə 40 qəpik olmaqla, cəmi 2985.40 manat pulun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 20 mart 2020-ci il tarixdə saat 19:00 radələrində özünə məxsus “Mercedes Benz 220” markalı avtomobil ilə aeroport yolunda hərəkətdə olan zaman arxadan yüksək sürətlə gələn vətəndaş Cavabdeh1 idarə etdiyi və "xxxx" şirkətində sığortalanan “Hyundai” markalı avtomobil ilə onun avtomobilini vurub. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə ziyan dəyib və Abıyevanın hadisədə günahlandırılması ilə bağlı müvafiq qərar qəbul olunub. Ona dəyən ziyanın miqdarının müəyyən edilməsi məqsədi ilə qüsur aktı tərtib olunub və o, ziyanı tələb etsə də, bunun heç bir nəticəsi olmayıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(007)-455/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və "xxxx" ASC-dən İddiaçı xeyrinə müştərək qaydada 1802 manat dəymiş ziyan, 30.40 manat məhkəmə xərclərinin tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, dəymiş ziyanın "xxxx" ASC tərəfindən ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosesində onun iştirakı təmin edilməmişdir. Onun avtomobilinin "xxxx" ASC tərəfindən icbari sığorta olunmasına baxmayaraq, ziyanın ödənilməsində o da müştərək ödəmə sisteminə salınmışdır. İşləmir, heç bir qazancı yoxdur. Hadisənin baş verməsində iddiaçının da günahı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi qeyd etdi ki, müəyyən edilmiş məbləği ödəməyə etiraz etmirlər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh1 oğluna aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. İşin müəyyən olunmuş hallarına əsasən 23.04.2020-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsinə dair aktın məzmunundan görünür ki, həmin tarixdə aeroport yolunda Cavabdeh1 idarə etdiyi “Hyundai”markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə İddiaçı idarə etdiyi “Mercedes Benz 220” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədələnmişdir. Bakı Şəhəri DYP İdarəsinin əməkdaşı, kapitan Ş.Vahidovun tərtib etdiyi inzibati tənbehvermə haqqında protokoldan görünür ki, hadisədə Cavabdeh1 təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 220” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r və İddiaçı avtomobili baş etibarnamə əsasında idarə edir. İcbari sığorta haqqında məlumatdan görünür ki, Cavabdeh1 məxsus “Hyundai”markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də 23.07.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək sığortalanmışdır. “Mercedes Benz” servis mərkəzinin tərtib etdiyi 05.05.2020-ci il tarixli zədə aktından görünür ki, “Mercedes Benz 220” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 2955 manat təşkil edir. "xxxx" ASC-dən İddiaçı ünvanlanmış 12 iyun 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, baş vermiş sığorta hasidəsi ilə bağlı avtomobilə dəymiş zərər 450 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2021-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz 220” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1802 manat müəyyən edilmişdir. İddiaçı vurulmuş ziyanı həm Cavabdeh1, həm də "xxxx" ASC-dən tələb etmiş, məhkəmə də hər iki cavabdehdən müştərək qaydada tutmuşdur. Kollegiya hesab edir ki, məhkəmə Cavabdeh1 aid hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Göründüyü kimi, 23.04.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Hyundai”markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə İddiaçı idarə etdiyi “Mercedes Benz 220” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vuraraq onu zədələmişdir. “Hyundai”markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də 23.07.2019-cu il tarixdən 23.07.2020-ci il tarixinədək sığortalanmışdır. Belə olan halda, iddiaçıya vurulmuş zərərin əvəzi "xxxx" ASC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-455/2021 saylı iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar