Məhkəmə qərarları › İş №2(103)-9289/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9289/2021

26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9289/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)-3126/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəs ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmuş 28.06.2008-ci il təvəllüdlü X1 yetkinlik yaına çatana qədər saxlanması üçün Cavabdeh tutularaq ona ödənilən 130 manat miqdarında aliment artırılaraq 175 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 28.06.2008-cu ildə X3 doğulmuşdur. Tez-tez aralarında müxtəlif səbəbli və ya səbəbsiz mübahisələr olmuşdur ki, bu da hər ikisinin normal yaşayışına, psixologiyasına eləcə də uşaqlarının tərbiyəsinə ciddi şəkildə mənfi təsir göstərmişdir. Artıq xasiyyətləri də üst-üstə düşmədiyindən bir yerdə yaşamaqları qeyri-mümkün olmuş və hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. Onu da qeyd edir ki, o, hal-hazırda övladı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Plotnikov küçəsi 31 mənzil 1-də 6 ildən artıqdır ki, kirayədə həddən artıq çətin şərtlər altında yaşayır. O, uşağını dolandırmaqda kifayət qədər əziyyət çəkir. Məhkəmə qərarı ilə tutulmuş alimenti də ödəmir. Onu da nəzərə çatdırır ki, Neftçala Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (yüz otuz manat) manat alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Hesab edir ki, bu məbləğ hal-hazırkı real şəraitdə uşağın saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, məktəbdəki təhsili və sair bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayə etmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)- 3126/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)- 559/2020 saylı, 10.12.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 28.06.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 175 manat sabit pul məbləğində İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, aliment tələbi ilə bağlı işlərdə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə və ya cavabdehin qeydiyyatda olduğu ünvan üzrə verilir. Hazır ki, iş üzrə iddiaçı Paşayevanın şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı Neftçala rayonu, mənim yəni cavabdehin qeydiyyat ünvanı ünvan 2əmə prosessual pozuntu edərək aidiyyat qaydasını nəticə etibari ilə MPM-in 36.3-cü və 35.1-ci maddələrinin tələbini pozmuşdur. Digər tərəfdən aliment tələbi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən ağlabatan müddət keçmədən həmin məhkəmə qətnaməsində müəyyən edilmiş faktları nəzərə almadan, iddiaçının kassasiya şikayəti vermək imkanından istifadə etməməsi kimi məsələlərə əhəmiyyət vermədən qətnamə qəbul edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahi şetdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(053)-559/2020 saylı, 10.12.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Səadət Sarayında (Bakı nikah evi) tərəfindən 21 avqust 2007-ci il tarixdə 2445 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 28 iyun 2008-ci il tarixdə doğulmuş X5 cavabdeh - anası İddiaçı yanında saxlanılması, azyaşlı - 28 iyun 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq, cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1407/2021 saylı saylı, 21.04.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayonu 37 saylı MKİS-in 1093 nömrəli, 27 aprel 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı V.Plotnikov ev 31, mənzil 1 bu ünvanda qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin azaldılması və ya onun aliment öhdəliyindən azad edilməsi imkanlarını nəzərdə tutmuşdur. Lakin qanunvericilik alimentin azaldılması və ya alimentdən azad etmə imkanını nəzərdə tutarkən heç də aliment alan şəxsin təminatının azaldılması və ya alimentə ehtiyacı olduğu halda aliment almaq imkanından məhrum edilməsi kimi nəzərdə tutmamışdır. Ona görə də aliment ödəyən şəxsin aliment ödənilməsi vəzifəsindən azad edilməsi və ya aliment məbləğinin azaldılması üçün məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı işdə isə iddiaçının apelyasiya şikayətində qeyd etdiyi hallar onun müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsi üçün əsas hesab edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdurki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Kollegiya qeyd edir ki, Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(053)- 559/2020 saylı, 10.12.2020-ci il tarixli qətnaməsi ilə 28 iyun 2008-ci il tarixdə doğulmuş X4 İddiaçı yanında saxlanılması, azyaşlı - 28 iyun 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutulmuşdur. Qeyd olunan qətnamə aliment hissəsində Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1407/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, iddiaçı alimetnin müəyyən edilməsinə dair qətnamə qəbul edildikdən 1 ay keçməmiş, yəni, 31.05.2021-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, bu müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilmir. Belə olan halda, iddiaçının iddia tələbinni hüquqi əsası olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin ərazi aidiyyətinin pozulmasına dair dəlilinə qiymət verərək, bildirir ki, cavabdeh faktiki olaraq Bakı şəhəri Nərimanov rayonu ərasizində yaşadığından, mülki işə baxarkən ərazi aidiyyəti qaydaları pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)- 3126/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar